Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Hamilə qalmaq üçün nə etməli ? Hamilə qalmaq üçün günlər. Cinsi əlaqənin sıxlığı ( tezliyi ) hamilə qalmağa necə təsir edir ?

Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Hamilə qalmaq üçün nə etməli ? Bu barədə ətraflı aşağıdakı məqalədə

    Sonsuzluqla əlaqədar pasientləri konsultasiya edərkən onların ən çox soruşduğu və dəqiqiləşdirmək istədiyi suallardan biri də cinsi əlaqənin hansı intervalda olması ilə bağlıdır. Başqa sözlə buna cinsi əlaqənin sıxlığı deyilir.

    Mənə elə gəlir ki, bu sual ətrafında apardığımız müzakirələr təbii yolla hamiləlik arzulayan hər bir ailə cütünə maraqlı və faydalı olacaq. Xüsusən də o ailələrə ki, müayinə zamanı həm ərdə həm də həyat yoldaşında sonsuzluğa səbəb ola biləcək ciddi səbəb tapılmayıb. Həmçinin hamiləlikdən qorunan ailələrə də maraqlı gələcək.

     

    Aybaşı tsiklinin neçənci günü cinsi əlaqədə olmaq hamilə qalmaq ehtimalını artırar? Ovulyasiya nədir?

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq

    androloq.az

    Follikulun partlaması ilə nəticəsində yümürtahüceyrənin oradan çıxması ovulyasiya adlanır. Adətən ovulyasiya, növbəti aybaşı tsiklinin başlamasına 14 gün qalmış baş verir. Çox vaxt pasientlər hətta bəzi həkimlər ovulyasiya gününü düzgün hesablamırlar. Belə ki, onlar adətən keçən aybaşı başlayan gündən hesablayırlar. Daha düzgünü isə yuxarıda deyildiyi kimi növbəti aybaşının başlanmasından geriyə 14 gün saymaq lazımdır. Bunun səbəbi vardır. Çoxsaylı pasientlər üzərində aparılan tətqiqatlardan məlum olmuşdur ki, aybaşının ikinci yarısı daha stabildir nəinki birinci yarısı.

    Hamilə qalmaq üçün günlər.

    Məlumat üçün nəzərinizə çatdırım ki, spermatozoidin qadın cinsiyyət yollarında 5 sutkaya qədər yaşamaq müddəti vardır. Bu müddət spermatozoidin və qadın cinsiyyət yollarının sağlamlığından asılıdır. Yumurtahüceyrənin yaşamaq müddəti isə ovulyasiyadan ( follikul partladıqdan ) sonra təqribən 48 saata qədərdir. Spermatozoidlər cinsi əlaqə zamanı uşaqlıq yoluna tökülür və onların uşaqlıq borularına çatması üçün müəyyən vaxt lazımdır. Məhz ona görə də ovulyasiyadan əvvəl cinsi əlaqədə olduqda hamiləlik ehtimalı daha yüksək olur. Ovulyasiya günü cinsi əlaqədə olduqda isə keçən hər növbəti saatda mayalanma ehtimalı azalır. Çünki yumurtahüceyrənin yaşama müddəti 48 saata qədərdir. İlk 24 saata qədər mayalanmanın olması daha arzu olunandır, çünki bir sutkadan sonra yumurtahücüyrə keyfiyyətini itirməyə başlayır ki, bu da döldə hansısa defektin əmələ gəlməsinə səbəb ola bilər.

     

    Tsiklin hansı günü cinsi əlaqədə olmaq lazımdır ki, hamiləlik qalsın? sualına aşağıda cavab tapacaqsız.

    … və beləliklə

     

    Hansı intervalda yaxud neçə gün fasilə ilə cinsi əlaqədə olduqda hamilə qalmaq ehtimalı daha yüksəkdir ?

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq

     

    Sual əlbəttə ki, daha çox kişilərə aiddir, amma qadınların da bilməsi çox vacibdir.

    Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə spermaqramma analizi vermək üçün kişi 3 – 6 gün ərzində cinsi əlaqədə olmamalıdır. Optimal 3 – 4 gün hesab edilir. Bu müddət sadəcə xayaların spermyaratma xüsusiyyətini, potensialını qiymətləndirmək üçündür. Belə ki, əgər pasient müxtəlif vaxtlarda bir neçə dəfə spermaqramma verərsə bu analizlərin nəticələrində iki əsas fərq ola bilər.

    1. spermatozoidlərin eyakulyatdakı ümumi sayı
    2. aktiv hərəkətli spermatozoidlərin sayı

    Bunlar nədən asılıdır? Əgər fasilə 6 gün və daha çox olursa eyakulyatda spermatozoidlərin ümumi miqdarı  çox olur, həmçinin “qocalmış”, “köhnəlmiş” spermatozoidlər üstünlük təşkil edir. Və əksinə cinsi sakitlik 2 – 3 gün olursa spermatozoidlərin ümumi miqdarı eyakulyatda nisbətən az olsa da, cavan spermatozoidlər üstünlük təşkil edir.

     

    QEYD

    Spermatozoidlərin “köhnəlmə”, “qocalma”  anlayışı nə deməkdir?

    Spermatozoidlər 6 gündən çox qaldıqda köhnəlmiş qocalmış hesab olunur ona görə ki, əgər xayada bu müddətdən çox qalarsa ( cinsi əlaqə olmazsa ) onlar toxum mayesində fraqmentasiyaya uğrayır, əriyir, həll olur. Bu proses spermolizis adlanır. Lizis – ərimə, həll olma deməkdir. Daha sonra isə ərimiş spermatozoidin tərkibi yenidən orqanizm tərəfindən rezorbsiya olunur ( sorulur ), mənimsənilir ki, bu da yeni nəsil cavan spermatozoidlərin əmələ gəlməsnə sərf olunur. Başqa sözlə desək təzə spermatozoidlər üçün titkinti materialı kimi istifadə edilr. 

     

    Tez – tez cinsi əlaqə spermatozoidlərə necə təsir edir?

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq

    androloq.az

    Həmçinin 2 – 3 gün və 6 gündən artıq cinsi sakitlik fonunda götürülmüş sperm nümunələrində aktiv spermatozoidlərin orta sürətinin manitorinqi göstərir ki, 2 – 3 günlük spermatozoidlərin orta hərəkət sürəti daha yüksəkdir nəinki 6 günlüklərdə. Həmçinin gec – gec cinsi əlaqədə olduqda eyakulyatda zədələnmiş DNT – li (DNT -dezoksiribonuklein turşusudur) spermatozoidlərin sayı artır. Ona görədə anormal (morfoloji defektli) spermatozoidləri çox olan pasientlərə tez – tez cinsi əlaqədə olmaq məsləhət görülür.

    Əgər nəzərə alsaq ki, spermatozoidlər ömrünün son 4 – 5 gününü də qadın cinsiyyət yollarında keçirəcək, deməli onların bura daha erkən gəlişini təmin etmək lazımdır. Yəni 2 gündən artıq gözləmək lazım deyil ki, onlar xayalarda ( xaya artımında ) toplansı ( ” qocalsın ” ) . Müəyyən olunub ki, uşaqlıq borularının istmik hissəsini daxildən örtən epiteli hücüyrələrindən ibarət xüsusi bir qatı vardır ki, onlar spermatozoidlərin uşaqlıq borularında daha ” isti qarşılanması ” , daha uzun müddət yaşaması üçün xüsusi qidalı maddələr ifraz edirlər.

    Məlum olmuşdur ki, aybaşı tsiklinin 10 – cu günündən başlayaraq 18 – ci günə qədər hər gün və gün aşırı cinsi əlaqədə olan ailələrdə hamiləlik qalma şansı eynidir. Ona görə də 10 – 18 günlər ovulyasiyanın birinci 24 saatını qaçırtmamaq üçün gündəlik cinsi əlaqədə olmaq tövsiyyə edilir. Həftə ərzində koitusların optimal sayı isə 4 – 7-dir. Koitus dedikdə boşalma ( spermanın xaric olması ) başa düşülür.

     

    Belə bir fikir də da var ki, çox tez – tez, hər gün və çox gec – gec ( həftədə, 10 gündə 1 dəfə ) cinsi əlaqədə olduqda Y və X xromosom daşıyan spermatozoidlərin miqdarı dəyişir. Belə olduqda Y spermatozoidlər ( oğlan ) azalır, X spermatozoidlər ( qız ) çoxalır. Ona görə də oğlan uşağının doğulma ehtimalı azalır. ( Bu fikir tanınmış elmi ədəbiyyatlarda öz əksini tapmayıb )

    Yekun rəy (nəticə)

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər

    Spermanı yığıb saxlamağın, depolamağın əhəmiyyəti varmı ? – Bəli, əlbətə ki, var, amma kişi orqanizmində yox, qadın cinsiyyət yollarında. Yəni ki, spermatozoidlər qadın orqanizminə çox cavan ( erkən ) düşsələr də, onların orada yaşaması və formalaşması üçün əlverişli şərait vardır.

    Spermanı toplamaq məqsədilə kişinin uzun müddət gözləyib cinsi əlaqədə olmaması hamiləlik ehtimalını artırırmı ? – xeyir, əlbəttə ki, yox, əksinə ehtimalı azaldır.

    Yəni, belə bir nəticəyə gəlirik ki, cinsi əlaqə sayı çox olduqca hamilə qalmaq ehtimalı da yüksəlir. Bunu çox saylı elmi araşdırmalar da sübuta yetirib. Həftədə iki dəfə yaxşıdır, üç dəfə daha yaxşı, üç dəfə yaxşıdır dörd dəfə daha yaxşı.

     

    Günün hansı vaxtında cinsi əlaqədə olmağın hamilə qalmağa təsiri varmı?

    Aparılmış tətqiqatlar göstərir ki, günün hansı saatında cinsi əlaqədə olmağın hamiləliyin rastgəlmə ehtimalına təsiri yoxdur. Düzdür bioritmologiya adlanan belə bir elm sahəsi var ki, onlar sutkanın gecə saatlarında hamiləliyin qalma ehtimalının daha yüksək olmasını ehtimalını iddia edirlər. Lakin dünyanın müxtəlif ölkələrində sutkanın gecə saatları və günün müxtəlif saatlarında aparılmış çoxsaylı süni mayalanmaların nəticələrində demək olar ki, heç bir fərq olmamışdır.

    Hamilə qalmaq üçün günlər, hamiləlik üçün əlverişli günlər, sonsuzluq, Cinsi əlaqənin sıxlığı (tezliyi) hamilə qalmağa necə təsir edir?

    androloq.az

    Başqa bir məqam vardır. Belə ki, müasir kişi gündəlik həyatında cinsi aktivliyə mənfi təsir göstərən çox saylı müxtəlif faktorların təsirilə üzləşir. Həmçinin yorğunluq faktoru axşam işdən qayıdarkən kişinin cinsi əlaqəyə istirahət kimi yanaşmasına, ondan zövq almasına mane olur və o istirahətini daha çox yatmaqda görürür. Beləliklə də axşamlar cinsi əlaqələrin sayı azalır.

    Digər tərəfdənsə axşamlar yorğun gəlib uzanan (yatan) kişi səhərə yaxın yorğunluğu çıxır, belə deyək ki, gümrahlaşır. Həmçinin səhərə yaxın orqanizmdə cinsi hormonların pik vaxtıdır.  Yəni ki, həm qadın həm də kişidə böyrəküstü vəzilərdə testestoron sekresiyası artır, qana daha çox testosteron ifraz olunur. Kişilərdə səhər ereksiyasının səbəbi də məhz budur. Deməli səhərlər cinsi əlaqəyə başlamaq üçün motivasiya var. Motivasiya odur ki, yuxudan oyanarkən ereksiya hazır (səhəri ereksiya ilə açır), əhval-ruhiyyə yaxşı, axşam da cinsi əlaqədə olmayıb. Ona görə də müasir kişidə cinsi əlaqə sıxlığı səhərlər və axşam demək olar ki, bərabərdir.

     

    Ovulyasiya vaxtını ( follikulun partlaması ) necə dəqiqləşdirməli?

    Bu sualı məqalənin axırında qoymağımın bir mənası vardır. Əgər əvvəldən axıra qədər oxudunuzsa yəqin siz də o nəticəyə gəldiniz ki, ovulyasiya vaxtının dəqiqləşməsinə ehtiyac yoxdur. Daha doğrusu ehtiyac yoxdur, amma dəqiqləşdirmək də olar.

    Çox tez – tez mən öz praktikamda əvvəllər heç vaxt ereksiya problemi olmayan parientlərdə qəfildən erektil disfunksiya problemi ilə üzləşirəm. Bunun əsas səbəbini nədə görürəm indi sizə xırdalıyacam. Belə ki, neçə il sonsuzluqla əlaqədar müalicə alan və hər dəfə ginekoloq tərəfindən ovulyasiya izlənərək həmin günü cinsi əlaqədə olmalısız əmrini alan ailə artıq elə başa düşür ki, cinsi əlaqədə olmaq lazımdır yalnız ona görə ki, ovulyasiya var. Başqa bir tərəfdən isə hamiləlik olmadıqca onlarda ruh düşkünlüyü yaranır, çünki cinsi əlaqəyə girmək üçün motivasiyanı yalnız ovulyasiyada görürlər.

     

    Motivasiya demişkən, sizə olmuş bir hadisəni danışım.

    Universitetlərin birində tələbələr dərsdən sonra qalıb hansısa bir oyunu sevə – sevə oynayırmışlar. Tələbələrin özləri də bilmədən iki müxtəlif qrupun tələbələri üzərində belə bir təcrübəni müşahidə ediblər. Birinci qrupa həmişə sevə – sevə oynadıqları bu oyuna görə simvolik olaraq mükafat təyin edirlər və hər oyuna görə onlara kiçik miqdar da olsa pul verilir. İkinci qrupun isə nə birinci qrupdan nə də onların mükafatından xəbəri olmur. Bir neçə aydan sonra birinci qrupun tələbələrinə mükafat verilməsi dayandırılır və onlara deyilir ki, kim oynamaq istəyir əvvəlki kimi mükafatsız oynasın. Buna tələbələrin əksəriyyəti hiddətləndi, öz etirazını bildirdi. Nəyə görə pulsuz oynamlıyıq ? Və beləliklə də onlar həmişə sevə – sevə oynadıqları bu oyunu get – gedə daha az-az oynadılar, bəziləri ümumiyyətlə oynamaqdan imtina etdi. İkinci kontrol qrupda isə heç bir dəyişiklik olmayıb, əvvəl necə oynayırdılarsa elə də zövq alaraq oynayırlar.

    Bəli, eləcə də cinsi həyat, onu nəyə görəsə, neyinsə xatirinə etmək lazım deyil. Aktiv cinsi həyat tərzi stresi azaldır, əsəbləri sakitləşdirir, bədəndə madələr mübadiləsinin tənzimlənməsində rol oynayır, müsbət emosiyalar yaradır, bədəni tonuslandırır. Bir sözlə qadın və kişinin sağlamlığı üçün çox vacibdir, həmçinin müasir adinamiya şəraitində antistress gimnastikadır. Sonsuzluqla müraciət edən ailələri bir çox hallarda süni mayalanmaya göndərirlər heç də ona görə yox ki, onlarda təbii yolla hamiləliyin olması mümkün deyil və ciddi problem var. Ona görə ki, onlar çox ciddi stress yaşayırlar və bu onların həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.

     

    Sonsuzluq nədir, niyə və nədən yaranır ? Bu barədə aşağıdakı linkdə ətraflı oxuya bilərsiniz.

    http://androloq.az/uslugi/sonsuzluq-kisi-sonsuzlugu-mualicesi-androloq-uroloq-dr-ziyad-bakida/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər