Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Meatostenoz yaxud sidik kanalının xarici dəliyinin daralması

Meatostenoz nədir? Sidik kanalının uc hissəsinin daralması meatostenoz adlanır. Uzman dr Ziyad Əliyev uretroplastika, meatoplastika əməliyyatı laımdır.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Meatostenoz nədir?

    Sidik kanalının xarici dəliyi meatus adlanır. Bu dəliyin daralması isə meatostenoz. “ Stenozis – daralma “ deməkdir.

    Meatostenoz zamanı sidik kanalının xarici dəliyi daralır, ətrafında çapıq toxuması formalaşır. Bu isə sərbəst sidik ifrazını çətinləşdirir. Başqa sözlə desək sidik kanalının uc hissəsinin daralması meatostenoz adlanır.

    Meatostenoz nədir? Sidik kanalının uc hissəsinin daralması meatostenoz adlanır. Uzman dr Ziyad Əliyev uretroplastika, meatoplastika əməliyyatı laımdır.

    dr Ziyad Əliyev

    Meatostenoz səbəbləri haqqında

    Meatostenoz anadangəlmə və qazanılma ola bilir. Yeni doğulmuş körpələrdə və yaşlı insanlarda rast gəlinə bilən haldır.

    Meatostenoz ən çox oğlanlarda rast gəlinir. Oğlanlarda daha çox rast gəlinməsi isə sidik kanalının xarici dəliyinin anatomik xüsusiyyətlərindən və sünnət əməliyyatı ilə əlaqədardır. Bildiyimiz kimi sünnət olunmamış oğlan uşaqlarında sidik kanalının başı dəri ( pülük ) ilə örtülü olur. Əgər uşağın valideyinləri yaxud özü şəxsi gigiyena qaydalarına ciddi yanaşmırsa, yəni cinsi orqanın başını örtən dəri geri çəkilərək gündəlik təmizlənmirsə zaman keçdikcə bu dəri cinsi orqanın başına yapışır. Sonra bu dərini penis başından aralamaq çətin və ağrılı olur. Ona görə də sünnət olunana qədər bu yapışma davam edir.

    Daima sünnət başını örtən dərinin altına sidik düşür, oranı ildihablaşdırır. Bu hal fimoz adlanır. Fimoz zamanı sidik kanalının xarici dəliyi tamamilə tutula bilir. Belə halda sərbəst sidik ifrazı mümkün olmur və təcili təxirəsalınmaz yardım şəklində sünnət başı dəridən azad edilir.

    Ümumilikdə meatostenozun səbəbləri aşağıdakı kimi təsnif olunur :

    Amadangəlmə və qazanılma

    Qazanılma meatostenozun səbəbləri :

    • sidik kanalının travmatik zədələnmələri. Bunlara aiddir sünnət əməliyyatı, müxtəlif endoskopik müdaxilələr zamanı, kateterin qoyulması, yaxma analizi götürülən zaman olan zədələnmələr.
    • infeksion zöhrəvi xəstəliklər

      Meatostenoz nədir? Sidik kanalının uc hissəsinin daralması meatostenoz adlanır. Uzman dr Ziyad Əliyev uretroplastika, meatoplastika əməliyyatı laımdır.

      androloq.az

    • bir sıra dəri xəstəlikləri
    • Yenicə sünnət olunmuş uşaqlarda sidik kanalının ucu daima alt paltara yaxud bezə sürtünmə nəticəsində mikrotravma alır və vaxtaşırı olaraq sidiyin aşındırıcı təsirinə məruz qalır. Sidiyin tərkibində olan amonyakın ciddi aşındırıcı, masserasiyaedici təsiri var. Uşağın dərisi zərif olduğundan zaman keçdikcə meatusun massserasiyasına və daralmasına səbəb ola bilir.

     

    Xəstənin şikayətləri. Meatostenozun əlamətləri

    – Sidik ifrazının çətinləşməsi

    – Sidik şırnağının nazik olması səbəbindən sidik ifrazı vaxtının uzanması

    – Adətən ubu uşaqlar yuxarıya doğru işəyirlər və şırnağı hədəfə doğru yönləndirməkdə çətinlik çəkirlər.

    – Sidik ifrazının ağrılı, yandırma ilə olması

    – Sidik ifrazının axırında cüzi qanlı olması da bilər

    – Eyakulyasiya zamanı spermanın az çıxması əlamətləri ola bilər

    – Sidik kisənin tam boşalmaması hissiyyatı. Sidik kisə tam boşalmadığı üçün sidik kisə və sidik kanalı tez – tez iltihablaşır. Hətta sidik kanalından irinli axıntı şəklində də ola bilər.

     

    Meatostenozun fəsadları

    Sistit : sidik kisənin tam boşalmaması nəticəsində sidik kisə iltihablaşır. https://androloq.az/uslugi/xroniki-sistit/

    Sidik kisə daşı : qalıq sidik səbəbindən kisədə daşlar əmələ gələ bilir. https://androloq.az/sidik-kis-dasi/

    Pielonefrit : qalıq sidik səbəbindən iltihab sidik axarları ilə böyrəklərə yayıla bilir. Böyrəklərin iltihabı pieonefrit adlanır.

    Sidik kisənin divertikulu : sidik ifrazınıda olan çətinlik səbəbindən kisə sidiyi xaricə qovmaq üçün əlavə qüvvə sərf edir. Ona görə də sidik kisənin divarları qalınlaşır. Bu hal uzun müddət davam etdikdə kisə divarları nazikləşməyə başlayır. Kisə divarlarının əzələləri gücdən düşür. Əzələ lifləri zaman keçdikcə aralanır və onların arasından sidik kisənin selikli qişası xaricə qabarır. Bunu avtomobil təkərlərində yaranan kisəyəbənzər genişlənmə ilə müqayisə etmək olar. Buna sidik kisənin divertikulu deyilir. https://androloq.az/uslugi/sidik-kis-nin-divertikulu/

     

    Meatostenozun aşkarlanması

    Meatostenoz sidik kanalının xarici dəliyinin daralması olduğundan onun aşkarlanması peşəkar uroloq – androloq üçün çətinlik törədmir. İlkin müayinə zamanı sidik kanalın xarici dəliyinin insanın yaşına, boyuna, cinsi orqanın ölçüsünə nisbətən kiçik olması asan aşkarlanır. Bəzən pasientin sidik ifrazına baxmaq əlavə informasiya verir. Sidik ifrazı zamanı pasientlə ayaqyoluna girib baxmaq da olar. Lakin bu zaman pasientin utanıb sıxılması nəticəni dəyişdirə bilər və diaqnostik xətaya yol açar. Pasient özü tək halda ayaqyoluna girib sidik kifrazını video çəkiliş edə bilər.

    Bunun üçün daha dəqiq müayinə metodu urofloumetriyadır. Urofloumetriya sidik şırnağının xüsusiyyətləri haqqında məlumat verə biləcək müayinə metodudur. Urofloumetr unitaz şəklində aparatdır. Pasient sidik kisə dolu vəziyyətdə yaxınlaşır və sidik ifrazını reallaşdırır. Əlbəttə ki, bu zaman müəyyən təlimatlar alır müayinə həkimindən. Meatostenoz əksər hallarda gözlə aşkar edilə bildiyindən digər müayinələrə ehtiyac qalmır. Urofloumetriya müayinəsi adətən daha dərində olan daralmaları müəyyənləşdirmək üçün aparılır.

    Sidik kanalının kalibrovkası adlanan müayinə də mövcuddur. Belə ki, kiçik ölçülərdən başlayaraq sidik kanalının xarici dəliyinə nömrələnmiş bujla daxil olunur. Sidik kanalından səbəst keçən bujun ölçüsü sidik kanalının xarici dəliyinin (  meatus ) real ölçüsüdür. Buna meatometriya deyilir.

     

    Meatostenozun müalicəsi

    Əvvəlcədən onu qeyd edək ki, müasir uretral cərrahiyyədə bujlama metodu ilə müalicə yoxdur. Bujlama dedikdə buj adlanan və kalibri xüsusi nömrələnmiş dəmir alətin sidik kanalına salınmaqla sidik kanalının xarici dəliyinin genişlənməsinə yönəlik prosedura başa düşülür. Çox təəssüf  ki, indiki müasir dövrdə də bujlama ilə meatostenozu müalicə edənlər mövcuddur. Nəinki meatostenozu, sidik kanalının bütün digər nahiyyələrində olan heç bir daralmanı bujlamaq olmaz. Hər dəfə bujlanan daralma nahiyyəsi daha çox travma alır, ətrafında olan daraldıcı həlqə ( çapıq toxuması ) daha da kobudlaşır. Müvafiq olaraq sağalma ehtimalı daha da azalır. Nəticədə isə, aparılması onsuz da ki, qaçılmaz olan uretrapllastika əməliyyatının həcmi böyüyür.

    Daralma ilə əlaqədar yazdığım digər məqalələrdə qeyd etdiyim kimi sidik kanalı daralmasının qızıl standart hesab olunan müalicə yolu bukkal uretraplastikadır. Bukkal dedikdə, sidik kanalında aparılacaq plastik rekonstruktiv əməliyyatda ağızın selikli qişasından ( yanağın iç səthi ) götürüləcək fraqmentin istifadəsi başa düşülür. Məlum olmuşdur ki,sidik kanalının keçiriciliyinin bərpasına yönəlmiş bərpaedici rekonstruktiv əməliyyatların ən uğurlu olanları, ağızın selikli qişasından götürülən fraqmentin ( bu fraqment buccal greft adlanır.) kanalın daralma olan hissəsinə transplantasiya olunması ilə əldə oluna bilər. ( Buccal dedeikdə – yanaq başa düşülür. )

    Meatostenozun müalicəsi meatusun xarici dəliyinin vəziyyətindən, onun təkrar daralma yaxud birincili daralma olub – olmamasından sılıdır. Əgər təkrar yaranmış daralmadırsa peşəkar həkim baxıb düzgün qərar verməlidir. Çünki, bəzən təkrari yaranmış daralmalarda yenidən meatotomiya adlanan əməliyyatın aparılması faydasızdır. Peşəkar həkim bunu düzgün dəyərləndirib bukkal meatoplastika əməliyyatı edir. Bukkal meatoplastika ( uretroplastika ) ağızın selikli qişasından sidik kanalının uc hissəsinə yamaq şəklində atmaqla sidik kanalının xarici dəliyinin genişlənməsinə nail olmaqdır. Bu əməliyyat altı ay fasilə ilə iki mərhələdə aparılır. Birinci mərhələdə sidik kanalının daralmış hissəsi cinsi orqanın əsasını təşkil edən mağaralı cisimdən soyularaq ayrılır. Daha sonra sidik kanalının normal genişlikdə olan hissəsi ilə daralmış hissənin sərhəddində kəsilir.

    Məsələn : sidik kanalının uc hissəsində təqribən 2 sm uzunluqda daralma müəyyən edilibsə, bu daralma olan hissə soyulub yaxud kəsilib götürülür. Belə olduqda sidik kanalının xarici dəliyi 2 sm daha geridə xaricə açılır. Uc hissəyə qədər olan və sidik kanalının davamını təşkil etməli olan hissəyə isə ağızın selikli qişasından götürülmüş fraqment ( buccal qreft ) çox nazik və sorula bilən saplarla fiksasiya edilir.

    6 ay ərzində köçürülən selikli qişa fraqmenti ( buccal qreft ) alt toxumalara sıx bitişir və daxilinə yeni damarlar inkişaf edir. Buna angioneoenez deyilir. Məhz bu dövrdən sonra artıq sidik kanalının xarici dəliyinin cinsi orqanın başına çatdırılmasına yönəlik əməliyyatın 2 – ci mərhələsi icra edilə bilər. Sidik kanalının uc hissəsində olan defekti, məhz o nahiyyəyə əvvəlcədən köçürülmüş olan buccal qret hesabına bağlanır. Yəni köçürülmüş qreft kənarlarından sərbəstləşdirilərək sidik kateteri üzərində böruyabənzər şəkildə yığılır. Bu mərhələ  tubulyarizasiya adlanır. Beləliklə də 2 sm geridə açılan sidik kanalının xarici dəliyi cinsi orqanın başına qədər çatdırılır. 2 – 3 həftə sonra sidik kateteri xaric edilir.

     

    Meatotomiya əməliyyatı

    Sidik kanalının xarici dəliyi ön ( ventral ) tərəfdən iti üsulla genişləndirilir. Vena daxili anesteziya ( narkoz ) altında sidik kanalının xarici dəliyi hər iki tərəfdən sıxıcı ilətutularaq cinsi orqan qaldırılır. Hər iki sıxıcının arasından kiçik və iti alətlə kanal açılır. Bu alət skalpel yaxud qayçı ola bilər. Daha sonra kəsilən nahiyyədə təkrari daralma olmasın diyə selikli qişaya sorulan sapla bir neçə tikiş qoyulur. Həmçinin sidik kanalına da insanın yaşına və boyuna müvafiq kateter yerləşdirilir. Kateterin 4 – 5 gün qalması tövsiyyə olunur. Sidik ifrazı kateterlə olur. Kateterin ucuna sidik torbası birləşdirirlir.

    Meatoplastika əməliyyatı

    Bir neçə dəfə meatotomiya keçirmiş və təkrari daralma yaranan pasientlərdə ən effektiv seçim bukkal meatoplastikadır. Sidik kanalının daralma olan hissəsi sağlam toxuma sərhəddində kəsilib atılır. Kəsilib atılmış hissəyə ağızın selikli qişasından götürülmüş hissə sorulan saplarla fiksasiya edilir. Sidik kanalının ucu cinsi orqanın başına deyil, bir qədər aşağıya açılır. Təqribən 5 – 6 ay ərzində sidik ifrazı nisbətən aşağıda olan dəlikdən mümkün olur. 6 aydan sonra isə əməliyyatın ikinci mərhələsi aparılır. Buna tubulyarizasiya mərhələsi deyilir. Əvvəl ağızdan götürülərək sidik kanalının uc hissəsinin yerinə tikilmiş selikli qişadan sidik kanalının çatışmayan hissəsi formalaşdırılır. Bu zaman 6 ay əvvəldən əlavə olaraq tikilmiş selikli qişa toxuması yanlardan kəsilərək kateter üzərində tikilərək boru şəklinə salınır. Əməliyyatdan sonra 2 həftə ərzində sidik kanalında kateter saxlanılır. Yuxarıda da bu barədə məlumat verilmişdir.

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər