Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat vəzin masajı ( prostat masajı – masaj prostat )

Prostat vəzin masajı

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat masajı

    Keçən əsrin əvvəllərindən etibarən xroniki prostatit diaqnozu qoyulan xəstələrin əsas müalicə metodu prostat masajı olmuşdur. Son dövrlərə qədər böyük əksəriyyət uroloqlar o fikirdydilər ki, xroniki prostatitin müalicəsində masaj prosedurası çox vacibdir. ( Prostat vəzin masajı – prostatit )

    Belə ki, prostat vəzin masajı düzgün olunduqda prostat vəzin qan dövranı yaxşılaşır. Düzgün prostat masaji zamani barmaq hərəkətləri elə olmalıdır ki, vəzin şirə hazırlayan axacaqları az travma alsın və daxilindəki şirə çölə ( sidik kanalına və oradan da xaricə ) qovulsun. Qısa müddət ərzində bütün dünyada prostat masajı prosedurası xroniki prostatitin əsas müalicə prosedurası olaraq geniş tətbiq olunmağa başlamışdır. Lakin masajın olunma günləri ( iki masaj arasında vaxt ) hələ də uroloqlar arasında mübahisə mövzusu kimi qalmaqdadır. Bir çox uroloqların fikrincə prostat masajı həftədə iki dəfə olmaqla bir neçə həftə,  sonra isə daha gec – gec aparılmalıdır. Buna prostat vəzi şirəsinin mikroskopiyasından sonra qərar verilir. Əgər prostat şirəsində leykositlərin miqdarı azalmağa doğru gedirsə masaj prosedurası da daha gec – gec aparıla bilər.

     

    Prostat masajının aparılma qaydası Prostat vəzin masajı

    Prostat masajı tibbi proseduradır və o klinik bilik və bacarığı olan peşəkar həkim uroloq tərəfindən aparılmalıdır. Çünki prostat masajını düzgün aparmaq üçün mütləq prostat vəzin yerləşməsini, anatomiyasını, onun xəstəliklərini, xəstəliklərin təzahür formalarını bilmək lazımdır. Çünki prostat vəzin bir sıra xəstəlikləri vardır ki, bu zaman prostat vəzinin masajı nəinki prostatiti sağaldır, hətta həm prostatın özünə həm də ümumilikdə bütün orqanizmə zərər verər. Ona görə də prostat vəzin masajını yalnız peşəkar həkim uroloq etməlidir.

     

     Prostat masajı – olunma qaydası haqqında

     

    Prostat vəzin masajı xəstənin diz – dirsək vəziyyətində edilir. Bu vəziyyət həm həkim üçün, həm də xəstə üçün əlverişli vəziyyətdir.Prostat vəzin masajı Yaxud da xəstə ayaq üstdə olduğu vəziyyətdə dizlərini bükməmək şərtilə bədənini önə doğru 90 dərəcə əyib əllərini dizlərinə dirəyir ( qoyur ), başqa bir halda isə yenə də bədəni 90 dərəcə önə əyilmiş vəziyyətdə dirsəklərini stola söykədiyi halda aparılır. Həkim əlinə tibbi əlcək geyinib sağ əlinin ikinci ( göstərici ) barmağını vazelin yağına batırıb xəstənin düz bağırsağına ( anus dəliyinə ) salır. Anus dəliyinin 3 – 5 sm – də barmağın altında prostat vəzini müəyyən etmək mümkündür. Prostat vəzi düz bağırsağın önündə yerləşən, adətən ağrısız, elastik hamar səthli orqandır.

    Təcrübəli həkim uroloq prostat vəzini düz bağırsaqdan müayinə edərkən bir sıra vacib məlumatları almış olur. Bunlara, prostat vəzin təxmini ölçüsü, prostat səthinin hamar yaxud kələ – kötür, konsistensiyasının sərt yaxud elastik, yumşaq olması, ağrılı yaxud ağrısız olması, ağrının dərəcəsi, düz bağırsaq selikli qişasının prostat vəzi üzərində hərəkətliliyi yaxud fiksə olunması, payarası şırımın hamarlaşması yaxud normal olmasını müəyyən edə bilir. Bütün bunları müəyyənləşdirdikdən sonra həkim masaj prsesinə qərar verir.

    Düzdür prostat masajı zamanı ağrının dərəcəsi xəstənin psixoloji durumundan, prostat vəzinin və düz bağırsağın vəziyyətindən, masaj edən həkimin peşəkarlığından və.s asılı olaraq dəyişə bilər. Məsələn, əğər xəstədə hemorroy ( babasil ) yaxud düz bağırsaq çatı varsa prosedura çox ağrılı olacaq. Bütün bunları əvvəlcədən xəstəni müayinə edərkən dəqiqləşdirmək lazımdır. Əgər xəstədə böyük hemorroy düyünləri varsa prostat vəzini nəinki masaj etmək olmaz, hətta düz bağırsaqdan müayinə etmək məsləhət deyil. Əgər masaj olunsa belə, prostatitin sağalmasına heç bir faydası olmayacaq. Çünki, prostat vəzin venoz drenajı ( prostatdan venoz qanın daşınması ) düz bağırsağın venoz drenajından çox asılıdır. Ona görə də əgər xəstədə hemorroy yaxud düz bağırsaq çatı varsa bu xəstə proktoloqa getməli və əməliyyat olunmalıdır. Əməliyyatdan bir neçə ay sonra prostat masajını etmək olar və xəstə fayda görər. ( Prostat vəzin masajı – prostatit )

    Prostat masajı nə qədər davam edir ?

    Prostat masajı 1 – 2 dəq davam edir. Bir sıra uroloji dərnək və rəhbərliklərin rəylərinə görə prostat vəzin masajı xroniki prostatitin müalicəsində çox effektiv prosedura olaraq  qəbul edilir. Xüsusən də həftədə bir dəfə olmaqla 5 – 6 həftə. Lakin prostat masajını inkar edən, onun ümumiyyətlə tibbi – cərrahi prinsiplərə zidd olduğunu qeyd edənlər də az deyildir. Onların fikrincə prostat vəziyə kompressiya vermək, əzmək, mexaniki qıcıqlandırmaq oradakı iltihabı daha da kəskinləşdirə bilər, qansızma ocaqları yaranar və.s. Bütün bunlara baxmayaraq xroniki prostatitli xəstələr, xüsusilə də erektil disfunksiya ilə ağırlaşmış hallarda prostat vəzin masajı heç bir fizioterapiyanın vermədiyi effekti verir və xəstə məmnun qalır.

     

     Prostat masajının müalicəvi effekti nə ilə əlaqədardır ?

    Prostat vəzinin axacaqlarına mexaniki təsir göstərməklə axacaqlardakı irin və selik sidik kanalına qovulur və xaric olur.

    Xəstənin qəbul elədiyi antibakterial preparatların prostat toxumasında yayılmasına şərait yaradır

    Prostat vəzin qan dövranını yaxşılaşdırır, ora çox miqdarda oksigen gəlir, vəzin immuniteti güclənir

    Prostat vəzin toxumasına, əzələ tonusuna müsbət təsir göstərir

    Prostat şirəsinin laborator müayinəsi zəruri olduqda da prostat masaj edilir və xaric olan şirə müayinə materialı kimi yoxlanılır

    Aparılmış çox saylı laborator müayinələrin nəticəsi olaraq müəyyən edilib ki, ilk masaj zamanı alınan şirə heç də həmişə prostat vəzin həqiqi vəziyyətini əks etdirmir. Məlum olmuşdur ki, prostatitlə əlaqədar prostat şirəsi götürərkən 3 – cü və 4 – cü masajdan götürülən şirə daha informativdir. Çünki, uzunmüddətli xroniki prostatitli xəstədə prostat vəzin axacaqları qatı irinlə tutulmuş olur və onun birinci masajda boşalması, xaric olması demək olar ki, mümkün deyil. Ona görə də bəzi xəstələrdə 1 – ci və 2 – ci masajdan sonra olan qismən yaxşılaşma, rahatlaşma heç də ilttihabllaşmış prostatın sağalması ilə əlaqədar deyildir. Bu sadəcə sağlam axacaqların mexaniki olaraq boşalması və masajın prostat vəzin qan dövranına müsbət təsiri ilə əlaqədardır. Əsasən isə daha dayanıqlı yaxşılaşma 4 – 6- cı masajdan sonra müşahidə edilir.

     

    Prostat masajına göstəriş və əks göstərişlər

     

    Yuxarıda qeyd olunduğu kimi bütün xəstələrdə prostat vəzini masaj etmək olmaz. Bunun üçün müəyyən göstərişlər və əks göstərişlər mövcuddur.

    Göstəriş : – xroniki prostatitin müxtəlif formaları

    Hansı hallarda və hansı xəstəliklərdə prostat masajı etmək olmaz, əks göstərişlər :

    – Kəskin prostatit

    – Prostat xərçəngində və prostat xərçənginə şübhə olduqda

    – Prostat adenomasında

    – Prostat vəzinin daşları və kalsinatı, fibrozu (iltihabdan sonra qalan çapıq) olduqda

    – Prostat vəzin kistalarında

    – Xəstədə kəskin sidik ləngiməsi olduqda və qalıq sidik olduqda. Kəskin sidik ləngiməsi dedikdə sidik kisə sidiklə dolu olduğu halda xəstənin sidiyə çıxa bilməməsi halı başa düşülür. Qalıq sidik isə sidik ifrazından sonra kisənin tam boşalmaması zamanı qalıq sidiyin qalması halıdır.

    – Sidik cinsiyyət orqanlarında kəskin iltihab, temperaturlu vəziyyətlər zamanı prostat masajı etmək olmaz. Bunlara kəskin orxit, epididimit, pielonefrit, sistit, parafimoz, fimoz, balanopostit və.s aiddir.

    – Düz bağırsağın kəskin xəstəlikləri – çat, paraproktit, hemorroy, pararektal sviş və.s

     

    Prostat masajının incəlikləri

    Göründüyü kimi prostat vəzinin masajına əks göstərişlər qat – qat çoxdur, nəinki göstərişlər. Ona görə də prostat masajının edilməsi yalnız peşəkar həkim uroloq tərəfindən aparılmalıdır. Çünki bütün bu nüansları yalnız peşəkar uroloq düzgün müəyyənləşdirə və prostat masajının zəruriliyi və zərəri haqqında qəti qərarı o qəbul edə bilər. Müxtəlif klinik situasiyalarda yalnız həkim uroloq androloq-müəyyən edir ki, prostat masajı hansı intensivlikdə aparılmalı, mülayim yaxud daha aqressiv, uzunmüddətli yaxud cəmi bir neçə seanslıq masaj seçilməlidir. Fərdi yanaşma prostat masajında da vacib bir məqamdır. Prostat vəzin vəziyyətindən asılı olaraq masaj zamanı vəziyə olan mexaniki təsirin gücü, kopressiyanın dərinliyi, masaj seansları arasında fasilənin müddəti, masaj seanslarının sayı məhz fərdi seçilir. Elə bir normativ yoxdur ki, masaj mütləq 10 seans olmalıdır.

    Beləliklə də prostat vəzin masajı xroniki prostatitin müxtəlif formalarıda prostat masajının edilmə qaydalarına əməl edilməklə, göstəriş və əks göstərişləri nəzərə almaqla məqsədyönlü edilərsə xroniki prostatitin əsas müalicə metodlarından biri hesab olunan, ucuz, təhlükəsiz və effektiv müalicə prosedurasıdır.

    Müasir dövrdə xroniki prostatitin müxtəlif müalicə metodları mövcuddur. Müxtəlif tabletlər, inyeksiya ( iynə ), infuziya, müxtəlif şamlar, imalə, prostat masajı və.s. Adətən bunların bir neçəsi eyni vaxtda olduqda müalicəvi effekt daha yaxşı olur. Xüsusən də prostat masajı edilərsə. Lakin çox incə və delikat bir məqam ondan ibarətdir ki, pasientlərin bir qismi prostat masajını elətdirməkdən utanır və xoşagəlməz hisslər keçirdiyi üçün ondan imtina edir. Onların mövqeyini həkim olaraq mən yaxşı başa düşürəm, çünki bu işdə psixoloji məqamlar da var.

     

    Prostat vəzin masajı - prostatit - tam müalicəsi Bakıda -xroniki prostatit- cinsi zəiflik - sonsuzluq-androloq-uroloq- Ziyad Aliyev

    Prostat trenajor nədir ?

    Bütün bunları nəzərə alaraq, insan bədəninə düz bağırsaqdan heç bir müdaxilə olmadan prostat vəzin elektromasajı prosedurası işlənib hazırlanmışdır ki, hal-hazırda bütün dünyada xroniki prostatitli xəstələrin əsas müalicə metdu kimi geniş tətbiq edilməkdədir. Xəstə çox rahat və isti şəraitdə prostat trenajorun ( xüsusi aparat ) üzərində oturur və aparatın idarəetmə pultuxəstənin əlinə verilir ki, masajın intensivliyini özü idarə etsin. Sözsüz ki, əvvəlcə aparatın istifadə qaydası, məsləhət görülən intensivlik xəstəyə izah edilir və xəstə xüsusi stulda oturaraq bu masaj prosedurasını qəbul edir. Düz bağırsaqdan edilən masaja nisbətən elektromasaj ağrısızdır, qeyri – invazivdir ( yəni bədənə müdaxilə edilmir xaricdən ), əksinə xəstədə xoşagələn hiss yaradır. Prostat trenajor haqqında ətraflı və ayrıca məqalədə ətraflı məlumat verəcəyəm. Bizim praktikamızda demək olar ki, iki ildən artıqdır ki, prostat trenajoru geniş istifadə edirik və xəstələr də çox məmnun qalırlar. Saytımızı izəyin.

     

    Xroniki prostatit haqqında aşağıdakı linkdə ətraflı məlumat verilmişdir.

     

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

    ( Prostat vəzin masajı, masaj prostat )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər