Gərginlik zamanı sidik saxlamazlıq yaxud stress sidik saxlamazlığı nədir ?
Qarın daxili təzyiqin artmasına səbəb olan istənilən faktorun təsirindən yaranan sidik qaçırma halı, gərginlik zamanı sidik saxlamazlıq adlanır. Bu faktorlara aiddir : asqırmaq, öskürmək, gülmək ( gülüş zamanı ), qaçmaq, tullanmaq, ağırlıq qaldırmaq, uzanıq vəziyyətdən oturaq vəziyyətə keçmək və.s. Doğuş travmaları, menopauza ərəfəsində hormonal dəyişikliklər, artıq çəki, uzunmüddətli öskürək və.s bu prosesi daha da dərinləşdirir.
Gərginlik zaman sidik saxlamazlıq yaxud stress sidik saxlamazlıq.
Hər 3 qadından biri özündə gərginlik zamanı sidik saxlamazlıq hiss edir. Lakin bunların cəmi 4 % – i həkim uroloqa yaxud uroginekoloqa müraciət edir. Bəlli səbəblərdən bu qadınlar həkimə müraciət etməkdən çəkinirlər. Bu barədə daha sonra.
Ölümcül olmayan bu xəstəlik bəs niyə insan həyatını bu qədər pozur ?
Daima sidik iyi vermək, nəm alt paltarda gəzmək, həmişə sidik hopdurucu bez geyinmək, asqırmaq, öskürmək hətta gülmək qorxusu… Belə insanlar bir çox hallarda özlərinə qapanır, qonaq getmək, işə getmək, evdən bayıra çıxmaq istəmirlər. Ətraf mühitdən izolyasiya olunurlar. Çox təəssüf ki, bu qadınların böyük əksəriyyəti bunu yaşla əlaqələndirirlər. Onlar ağıllarına belə gətirmirlər ki, bu bir gün içərisində həll oluna bilən problemdir. Cəmi 20 – 30 dəqiqə davam edən kiçik müdaxilə ilə həyatlarını dəyişə bilərlər. Aşağıda bu barədə əlbəttə ki, daha geniş məlumat vermişəm. Hətta pasientlərin təqribən 50 % – in dediyi : “ doktor, anamda da, nənəmdə də belə olub “. İş burasındadır ki, sidik saxlamazlıq səbəbindən bir çox qadınlar özlərini qocalmış, yaşlanmış kimi qəbul edirlər. Baxmayaraq ki, 40 – 50 yaşları var. ( Gərginlik zamanı sidik saxlamazlıq, stres sidik saxlamazlıq )
Gərginlik zamanı sidik saxlamazlıq olan xəstə ilə söhbət.
Doktor, asqırmaq, öskürmək mümkün deyil, dərhal sidik qaçırdıram. Gündə 10 – 15 bez dəyişirəm. Sanki, daima məndən sidik iyi gəlir kimi hiss edirəm özümü. Bu hiss məni bir an belə tərk etmir. Baxmayaraq ki, gün ərzində bir neçə dəfə çimirəm. Bu səbəbdən uşaqlarımı, nəvələrimi, yaxınlarımı qucaqlamaqdan çəkinirəm. Düşdüyüm mühitdə, iş kollektivimdə çox gülməli hadisə olarsa belə, var gücümlə özümü sıxıb gülməməyə çalışıram. Bu isə ətrafdakıların diqqətini cəlb edir. Sənə nə olub deyə soruşurlar. Hətta ailəm, uşaqlarım belə mənim gülüşümə həsrət qalıb.
“ Göründüyü kimi, gərginlik zamanı sidik saxlamazlıq qadınların gülüşünü əllərindən alan, hətta ürəkdən asqırmağa qoymuyan xəstəlikdir “
Demək olar ki, bu xəstələr gülməkdən qorxurlar, özlərini qaşqabaqlı aparırlar. Problem dərinləşdikcə pasientin üz cizgilərində iz buraxır, sanki azacıq dodağı qaçarsa sidiksaxlamazlıq olacaq kimi davranır.
Başqa bir xəstəmiz, hansı ki, özündə gərginlik zamanı sidik saxlamazlıq hiss edir.
- Salam doktor !
- Salam buyurun, təqribən 60 – 65 yaşında qadın.
- Buyurun əyləşin… Sanki bizə gəlməzdən əvvəl ağlamış kimi görünür, gözləri qızarıb.
- Buyurun əyləşin deyib, müayinə nəticələrinə baxıram. Yaşı 50 olduğunu biləndə çox təəcübləndim.
Sizi nə narahat edir soruşduqda nə desə yaxşıdır ?
– nəvəm, deyib cavab verdi. Onun 3 yaşı var, məni yanına buraxmır, itələyir, mənimlə oynamaq istəmir. Deyir ki, səndən pis iy gəlir. Mən isə onu çox sevirəm, az qalır huşumu itirəm.
Mən ayağa qalxdım, krantın suyunu açdım və guya ki, əlimi yuyuram. Əslində isə xəstənin suyun şırnağına olan reaksiyasını bilmək istəyirəm. O buna heç bir reaksiya vermədi, sakit oturub.
- Zəhmət olmasa deyin, sizdə nə zaman olur sidik qaçırtma?
- Öskürmə, asqırma, gülmə zamanı. 5 ildən artıqdır ki, gülməməyə çalışıram. Gün ərzində tez – tez çimirəm, bez dəyişirəm, buna baxmayaraq təmizə çıxmıram. 5 ildir ki, gülmürəm, bunu isə heç düşmənimə də arzulamıram.
- Bəs niyə həkimə müraciət etməmisiniz əvvəllər ?
- Mən fikirləşdim ki, yaşla əlaqədardır və bununla razılaşdım. Çünki, yaşca məndən böyük rəfiqələrimdə də belədir, birtəhər yaşayırlar …
Gərginlik zamanı sidik saxlamazlığın müalicəsi.
Təqribən xəstələrin yarısında sidik saxlamazlıq tam müalicə olunur əməliyyatsız.
Hazırda sidik saxlamazlığın bütün formaları demək olar ki, tam müalicə olunur. Stres sidik saxlamazlıq yaxud gərginlik sidik saxlamazlığın səbəbi bildiyimiz kimi, sidik kanalı ətrafı və uşaqlıq yolu əzələlərin zəif olmasıdır. Ona görə də sidik saxlamalığın ləğv olunması üçün bu əzələ – bağ aparatını möhkəmləndirmək lazımdır. Bildiyimiz kimi qadınlarda sidik kanalı qısadır, enlidir. Sidik kanalı ətrafındakı əzələlərin ( sfinktor ) boş olması, sidik kisə daxilində olan sidiyin özbaşına olaraq xaricə axmasına səbəb ola bilir. Sfinktorun zəifliyindən asılı olaraq ola bilər ki, adi vəziyyətdə sidik xaricə axasın. Ola da bilər ki, qarındaxili təzyiqin artması nəticəsində bu baş versin, yəni asqırma, öskürmə və.s. Əgər sidik kanalını əhatə edən əzələ – bağ aparatı çox zədələnibsə, adi sakit vəziyyətdə, piyada gəzdikdə, oturaq vəziyyədən ayaqüstü vəziyyətə keçdikdə sidikqaçırma olacaq. Əgər problem nisbətən yüngüldürsə ağır fiziki iş, asqırma, öskürmə zamanı sidik saxlamazlıq olacaq.
Bütün dünyada stres sidik saxlamazlığın qəbul olunmuş müalicə yolu slinq əməliyyatıdır. Əməliyyatın mahiyyəti odur ki, uşaqlıq yolunun girişində 2 – 3 sm kəsik aparılmaqla ora sidik kanalını yuxarı qaldırmaq üçün nəzərdə tutulmuş xüsusi sintetik tor ( ilgək ) yerləşdirilir. Bu ilgək vasitəsilə sidik kanalı nisbətən yüxarı qaldırılır. Bu ilgək sidik kanalını əhatə edən və funksiyasını yerinə yetirə bilməyən əzələləri əvəz edir. Belə ki, bu ilgəyi yerləşdirdikdən sonra sidik kanalı daxili təzyiq yüksəlir. Nəticədə qarın boşluğu təzyiqin artmasına səbəb ola biləcək hallarda sidik qaçırma olmur. Bununla da insan normal həyata qayıdır. Bu əməliyyatların bir neçə modifikasiyası var, bunlardan TOT, TVT daha geniş tətbiq olunanlarıdır. Bu əməliyyatları ümumilikdə slinq əməliyyatları adlandırırlar. Hazırda bunların hər ikisi klinikamızda geniş tətbiq edilməkdədir.
Gərginlik zamanı sidik saxlamazlığın urgent saxlamazlığından fərqi aşağıdakı cədvəldə göstərilmişdir. Başqa sözlə desək sidik qaçırma və sidik saxlamazlıqğın fərqi.
Əlamətlər | Hiperaktiv sidik kisə (urgent sidiksaxlamazlıq ) | Stres sidiksaxlamazlıq yaxud gərginlik sidik saxlamazlığı |
Sutka ərzində 8 dəfədən çox sidik ifrazı ( gün ərzində 6 dan, gecə 2 dəfədən çox ) |
Bəli | Xeyir |
Gözlənilmədən, qəfildən yaranan və saxlanılması çox çətin olan sidik ifrazı çağırışı |
Bəli | Xeyir |
Gecələr yuxuda olarkən qəfildən yaranan sidik ifrazına çağırışla əlaqədar 1-2 və daha çox sidiyə durma |
Bəli |
Xeyir |
Sidik ifrazına çağırış yarandıqdan sonra xəstənin ayaqyoluna təlsmədən çata bilməsi |
Xəstə əlində nə işi varsa onu atıb ayqyoluna qaçır. | Xeyir |
Xəstə ayaqyoluna çatana qədər (sidiyi saxlıya bilmirsə) qaçırtdığı sidiyin müqayisəli miqdarı |
Adətən çox miqdarda, az da ol bilir. | Az miqdarda yaxud cüzi. |
Askırma, öskürmə, gülmə, qaçma, tullanma zamanı sidik qaçırtma |
Xeyir | Bəli |
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.
Qaçdıqda, hoppandıqda, güldükdə, öskürdükdə, asqırdıqda, tullandıqda, idmala məşğul olduqda sidik qaçırma yaxud sidik buraxma, yaxud sidik saxlamazlıq.