Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Uretraplastika əməliyyatı

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Uretraplastika nədir ?

    Uretra dedikdə sidik kanalı başa düşülür. Uretraplastika isə sidik kanalında

    aparılan plastik əməliyyatların ümumiləşdirilmiş adıdır. Başqa sözlə desək sidik

    kanalının normal anatomik və fizioloji xüsusiyyətlərinin bərpasına yönəlmiş

    əməliyyatdır. Daha doğrusu sidik kanalının keçiriciliyinin bərpasına yönəlmiş əməliyyatdır.

    Uretraplastika nə zaman aparılır ?

    Uretraplastika əməliyyatı əsasən sidik kanalının daralması, hipospadiya,

    epispadiya olan pasientlərdə icra edilir. Hipospadiya sidik kanalının xarici dəliyinin

    cinsi orqanın alt səthində hər hansı bir səviyyəyə, xayaların arasına yaxud aralıq

    hissəyə ( xayalıqla düz bağırsaq arasında qalan nahiyyə aralıq adlanır ) açılmasıdır.

    Epispadiya isə sidik kanalının xarici dəliyinin cinsi orqanın üst ( dorzal ) səthinə

    açılmasıdır.

    Beləliklə də aydın olur ki, uretraplastika uretranın ( yəni sidik kanalının )

    keçiriciliyinin tamlığına yönələn əməliyyatdır.

     

    Uretraplastika əməliyyatları iki böyük qrupa ayrılır :

    1. Uc – uca anastomoz yolu ilə uretraplastika . Anastomoz dedikdə sidik kanalının darlma olan hissəsinin sağlam toxumalar sərhəddində kəsilərək xaric edilməsindən sonra kanalın sağlam uclarının kateter üzərində uc – uca tikilməsindən ibarətdir. Adətən qısa məsafəli daralmalarda və sidik kanalının bulboz, membranoz və prostat vəzidən keçən hissəsinin daralmalarında istifadə olunur. Uzunluğu 2sm – i aşan daralmalarda bu əməliyyat tövsiyyə edilmir.

     

    1. Auqmentasion (əvəzedici) uretraplastika yaxud bukkal uretraplastika. Bu üsulun mahiyyəti ondan ibarətir ki, sidik kanalının daralmış hissəsinin divarları ağızın selikli qişasından götürülmüş fraqmentlə bərpa edilir. Bu zaman daralma olan hissə ya tamamilə kəsilib götürülür yaxud daralma olan hissəni saxlamaqla ağızın selikli qişasından götürülmüş fraqmentin sidik kanalının daralmış hissəsinin kənarlarına tikməklə kanalın mənfəzinin genişlənməsinə nail olunur. Bütün hallarda əsas məqsəd sidik kanalının normal keçiriciliyinin bərpa edilməsinə yönəlir. Uretraplastika əməliyyatı hər bir konkret situasiyada çox ciddi fərdi yanaşma tələb edir. Bu əməliyyat uzun məsafəli daralmalarda xüsusilə effektivdir.

    Bukkal qreft nədir ?

    Son onillikdə ən çox istifadə olunan və özünü doğruldan auqmentasion material ağızın selikli qişasından alınan selikli qişa fraqmenti hesab olunur. Ona görə də bu əməliyyat bukkal uretroplastika adlanır. Bukkal sözü latıncadan “buccal“  “yanaq“  yaxud  “ağız boşluğu” kimi tərcümə edilir. Ağızın selikli qişası kimi isə ən çox yanağın iç səthindən götürümüş selikli qişa istifadə edilir. Nisbətən az hallarda isə alt dodağın selikli qişası istifadə edilir. Bunun əsas səbəbi isə dodağın iç səthindən götürüldükdə oral fibroz əlamətlərinin daha tez – tez rast gəlinməsi və daha nəzərə çarpan olmasıdır. Oral fibroz dedikdə götürülmüş selikli qişanın yerində yaranmış fibroz toxuma – çapıq toxuması başa düşülür.

    Ağızın selikli qişasından götürülən fraqment bir çox xüsusiyyətlərinə görə sidik kanalı plastikası üçün xüsusi üstünlüklərə malikdir. Belə ki, ağız boşluğunun selikli qişası morfoloji xüsusiyyətlərinə görə sidik kanalını daxilən örtən uroteli toxumasına çox yaxındır. Onun sürətli regenerasiya ( bərpaolunma ) xüsusiyyətinin olması bu əməliyyat üçün xüsusi özəllik qazandırır. Bildiyimiz kimi sidiyin tərkibi çox mürəkkəb kimyəvi maddələrdən təşkil olunub. Məhz bu maddələr sayəsində sidik yüksək aşındırıcı xüsusiyyətə malikdir. Ağızdan alınan selikli qişa fraqmentinin bu aşındırıcı xüsusiyyətə dayanıqlılığı uzunmüddətli klinik təcrübələrdən keçmişdir. Ağızın selikli qişasının digər fiziki xüsusiyyətləri məsələn möhkəmliyi, elastikliyi həmçinin infeksiyalara qarşı dözümlülüyü uretroplastikada tətbiqinə geniş yol açmışdır. Həmçinin ağızdan selikli qişanın alınmasının texniki cəhətdən bəsid, asan olması, digər orqanlara zərər vermədən, onları zədələmədən alınması xüsusi üstünlüyüdür.

    Uretroplastika əməliyyatı – bukkal transplantant

    Bədənin hər hansı bir nahiyyəsindən başqa bir yerə köçürülən bioloji material, toxuma fraqmenti transplantat adlanır. Bu transplantatı köçürdükdən sonra onun köçürülən nahiyyəyə yapışmaması, yaxud bitişməməsi halları ola bilir. Buna transplantantın ayrılma reaksiyası deyilir. Məhz ağızın selikli qişasından alınan transplantant ayrılma reaksiyası bütün digər alternativ materiallara nisbətən minimaldır. Məhz sadalanan və sadalanmayan çox saylı üstünlüklərə görə sidik kanalının daralmasında bukkal uretraplastika əməliyyatı qızıl standart hesab olunur. Ən mürəkkəb daralmalarda, hətta sidik kanalının bütün uzunluğu boyu olan daralmalarda bukkal uretraplastika ilə sidik kanalının keçiriciliyini bərpa etmək mümkündür. Hipospadiyanın aralıq formasında sidik kanalı aralıq nahiyyəyə, xayalıq formasında isə iki xayanın ortasına açılır. O nahiyyədən cinsi orqanın uc hissəsinə qədər isə sidik kanalı ümumiyyətlə anadangəlmə olmur. Hipospadiya haqqında ətraflı məlumat saytımızda verilmişdir.

    Bukkal uretroplastika əməliyyatı bir mərhələdə və iki mərhələdə aparıla bilir. Əgər bir mərhələli əməliyyat mümkün deyildirsə, iki mərhələli əməliyyat taktikası seçilir. Birinci və ikinci mərhələlər arasında təqribən altı – 8 ay fasilə olmalıdır.

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər