Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Uretroskopiya nədir ?

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Uretra dedikdə sidik kanalı başa düşülür. Uretroskopiya sidik kanalının, sistoskopiya sidik kisəsinin daxildən vizual müayinəsidir. (uretroskopiya)

     

    Əksər hallarda bu iki müayinə eyni vaxtda aparılır və uretrosistoskopiya adlanır. Çünki, sidik kisəsinə baxmaq üçün sidik kanalından keçməliyik. Sistoskopiyanı çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş alətlə edirik, bu alət sistoskopdur. Müayinə zamanı həkim ekranda sidik kanalının və sidik kisəsinin daxilini görür və onu sistoskopik nöqteyi – nəzərdən dəyərləndirir, sonda isə əməliyyatın protokolu və video yazısı xəstəyə verilir. Sidik kisə xəstəliklərinin müalicəsi ilə çox ciddi məşğul olan həkim kimi mən öz pasientlərimə sistoskopiya müayinəsini çox tez – tez təyin edirəm. Sistoskopiyanı edən həkim onun normal mənzərəsini, selikli qişanın normal relyefini və digər xarakterik xüsusiyyətlərini xəstəliklərdən ayırmağı bacarmalıdır. Ona görə də uretroskopiyanın keyfiyyəti və effektivliyi onu edən həkimdən çox asılıdır. ( uretroskopiya )

     

    Normal uretroskopiya protokolu

     

    uretroskopiya

    Sidik kanalının xaici dəliyindən uretroskopun ( sistoskopun ) tubusu maneəsiz daxil oldu. Sidik kanalı keçiriciliyi normalır, daralma yoxdur, selikli qişada patoloji dəyişiklik yoxdur. Sidik kisə selikli qişası fiziolojidir, divarları hamardır.

    Uretroskopiya zamanı sidik kanalı daxilində nə aşkarlana bilər ?

    Daralma

    Polip, şiş, papilloma

    Divertikul

    Erozoya, kimyəvi yanıq və.s

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər