Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikoselin müalicəsi, mikroskopik varikosel əməliyyatı.

Varikosel müalicə, mikroskopik varikosel əməliyyatı Bakıda, androloq Ziyad

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikosel müalicə.

    Varikosel müalicə mikroskopik əməliyyatdır. Varikosele dedikdə toxum ciyəsi venalarında yaranan varikoz genişlənmə nəzərdə tutulur. Varikosele zamanı xaya venalarında yaranan genişlənmə eynilə aşağı ətraf venalarının genişlənməsini xatırladır. Genişlənmə 90 – 92 % solda, 1 – 2 % sağ, 5 – 7 % hallarda isə hər iki xaya venalarında rast gəlinir. Varikoseleyə müxtəlif yaş qruplarında rast gelməsinə baxmayaraq 90 % – dən artıq hallarda 15 – 30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosele ağır fiziki işlə ( 75 % ) və idmanla məşğul olan insanlarda rast gəlinir.

    Varikosele ilə müraciət edən pasientlərin böyük əksəriyyətində ( 60 – 70  % – də ) daha çox rast gəlinən və diqqəti çəkən hal aktiv hərəkətli spermatozoidlərin sayının kəskin azlığı və ya olmaması, əksinə yararsız spematozoidrin sayının çox olmasıdır. Varikoselenin xayaların toxumyaratma ( spermyaratma ) funksiyasına təsiri müasir dünya ədəbiyyatında əsasən üç mexanizmlə əlaqələndirilir:

     

    Varikosel müalicə edilərkən, məqsəd onun spermaya təsirini aradan qaldırmaqdır.

    1. Xayaların temperatur tənziminin pozulması

    2. Xaya toxumasında sərbəst radikallarin miqdarının artması

    3. Genişlənmiş venaların xaya toxumasına mexaniki təsiri

     

    Bu 3 mexanizm haqqında ayrı – ayrı məqalələrdə ətraflı məlumat veriləcəkdir, saytımızı izləyin.

    1. Xayaların temperatur tənziminin pozulması. Varikosel müalicəsi zamanı əsas məqsəd.

     

    Yuxarıda xaya toxumasının temperatura nə dərəcədə həssas toxuma olduğu haqqında ətraflı məlumat vermişdik. Bu əlamətləri hər bir kişi öz üzərində hiss edir. Xayalığın dərisi istidə boşalır sallanır, soyuqda isə yığılır. İnsan bədən temperaturu normada 36.6 – 37 C olduğu halda, xayalığın temperaturu təqribən 2 – 3 C aşağıdır, yəni 33.6 – 34 C – dir.

    Varikosel müalicə, mikroskopik varikosel əməliyyatı Bakıda, androloq Ziyad

    androloq.az

    Bildiyimiz kimi mayalanma hadisəsi çoxsaylı fizioloji, biokimyəvi proseslər məcmusundan ibarət, çox səlis və mükəmməl dəqiqliklə tənzimlənən prosesdir. Mayalanma dedikdə, spermmatozoid və yumurtahüceyrənin ( kişi və qadın cinsi hüceyrəsi ) nüvələrinin birləşməsi halı başa düşülür. İlkin mərhələdə, mayalanmaya qədərki dövrdə spermatozoidlə yumurtahüceyrə arasında gedən ZP 1 – 3 resepsiya ( zona pellusida – yumurtahücüyrənin şəffaf qişasıdır. ZP adı da oradan götürülmüşdür ) adlanan və sanki tanışlığı xatırladan proses baş verir. Bu zaman səthi akrosomal zülallarla ( spermatozoidin baş hisssəsini örtən akrosomal membrananın səthi qlikozaaminqlikan qatı ) yumurtahüceyrə şəffaf qişasının səthi reseptorları arasında tanıma prosesi gedir və bu reaksiya mayalanma prosesinin başlanğıcıdır. Akrosoma dedikdə spermatozoidin baş hissəsinin önündə yerləşən qovuqcuq nəzərdə tutulur.

     

    Xayanın temperaturu yüksəldikdə xayalarda nə baş verir ? Varikosel müalicə edilmədikcə bu təsir daha uzunmüddətli olur.

    Xatırladım ki, varikoselenin sperm kütləsinə təsir mexanizmlərindən daha çox öyrəniləni xayaların temperatur tənziminin pozulması ilə əlaqədardır. Normal halda insan bədən temperaturu 36.6 – 37 C olduğu halda, xayaların temperaturu bədən temperaturundan 2,0 – 3,0 C aşağıdır. Məhz bu temperaturda normal spermyaranma prosesi gedir. Başqa sözlə desək, spermyaranma prosesində iştirak edən, onu tənzimliyən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar bədən temperaturundan 2 – 3 C aşağı temperaturda normal fəaliyyət göstərir.

    Varikosel müalicə, mikroskopik varikosel əməliyyatı Bakıda, androloq Ziyad

    androloq.az

    Varikosele zamanı xaya ətrafı venalar genişlənir və onlarda venoz qan durğunluğu yaranır. Yığılan qanın temperaturu bədən temperaturu olduğundan ( 36,6 – 37 C ) xayalığın temperaturunu da bədən temperaturuna qədər qaldırır. Yuxarıda göstərildiyi kimi spermatozoidlərin səthi akrosomal zülallarının normal qruluşu yumurtahüceyrə ilə zp resepsiya ( yəni yumurta hüceyrəni tanımaq ) üçün zəruridir. Varikosele ilə əlaqədar xayalığın temperaturunun yüksəlməsi nəticəsində bu zülallar ( səthi akrosomal zülallar ) denaturasiya olunur, başqa sözlə desək öz təbii qruluşunu dəyişir. ( Zülalın təbii qruluşunun dəyişməsinə misal olaraq, çiy yumurtanı qaynar suya atdıqda yumurta zülalının denaturasiyasını göstərmək olar. Buna zülalın pıxtalaşması da deyilir ). Belə spermatozoidlərin aktivliyi saxlansa da, onlar yumurta hüceyrə ilə görüşə bilsə də, aralarında ZP resepsiya ( spermatozoidin yumurtahücüyrəni tanıması prosesi ) və akrosomal reaksiya getmir. Nəticədə spermatozoid yumurtahüceyrəni mayalandıra bilmir və tələf olur. Varikoseledə kişi sonsuzluğunun bir səbəbi də budur.

     

    Varikoselin spemanın əmələ gəlməsinə təsiri. Varikoselin müalicəsi bu təsiri azaldır.

    Spermatozoidlərin əmələ gəlmə prosesi spermatogenez adlanır. Spermatogenezin 4 mərhələsi var. Yaranma ( əmələ gəlmə ), çoxalma, yetişmə və formalaşma. Məhz yetişmə və formalaşma fazasında olarkən spermatozoidin baş hissəsində akrosomal membrananın səthində səthi akrosomal zülallar ( molekulyar qruluşuna görə bu zülallar qlikozaaminqlikanlara aiddirlər ) formalaşır. Varikosele olan pasientlərdə spermatozoidin səthində olan akrosomal zülallar xayalıqda temperaturun yüksəlməsilə əlaqədar denaturasiya ( öz təbii qruluşunu dəyişərək pıxtalaşır ) olur. Belə spermatozoidlər preakrosomal və akrosomal reaksiyaya girmirlər və onların mayalandırmaq xüsusiyyəti olmur.

    Mövzuya bu qədər diqqət və yer ayırmağımın səbəbi az da olsa rastlaşdığımız hal kimi, klinik aşkarlanan varikosele ( 2, 3 və 4 – cü dərəcə ) fonunda sperm göstəricilərində ciddi bir dəyişiklik olmasa belə varikosele əməliyyatının vacib olmasına diqqəti çəkməkdir. ( Varikosel müalicə dedikdə mikroskopik əməliyyat başa düşülür. Çünki, varikosel cərrahi bir xəstəlikdir və bu xəstəliyin yeganə qəbul olunmuş müalicə yolu mikroskopik əməliyyatdır. )

    Xayalarda tempeeraturun yüksəlməsi zamanı sperm hüceyrəsi daxilində bir çox biokimyəvi proseslər pozulmaqla, sperm nüvəsinin, cinsi xromatin adlanan hüceyrə cisimciklərinin formalaşması, spermatozoidin aktiv hərəkəti üçün eneji mənbəyi sayılan mitoxondrilərin funksiyası pozulur. Bu spermatozoidlərin mayalandırmaq, dölyaratmaq qabiliyyəti olmur yaxud məhdud olur. Belə spermatozoiddən əgər hamiləlik qalsa belə bətndaxili inkişafın ilkin mərhələlərində, adətən 10 – 12  həftəliyinə qədərki dövrdə hər hansı bir səbəb olmadan yaxud çox kiçik bir səbəb üzündən hamiləlik qırılır, döl inkişafdan qalır. Belə hallarda biz həkim klinisistlər çox vaxt nə ilə rastlaşırıq. Məlum olur ki, adətən belə ailələrdə növbəti müayinələrə yalnız qadın cəlb olunur.

     

    İnsanların maarrifsizliyi və həkimlərin qeyri – peşəkar yanaşmaları üzündən hamiləliyin I trimestrində bətndaxili inkişafdan qalmanın yaxud uşaqsalmanın əsas səbəbi ola bilən kişilər heç bir müayinəyə cəlb olunmurlar. Belə inkişafdan qalmalar bir neçə dəfə təkrarlanır, hər dəfə ailə ciddi stres yaşayır və hər stresdən, hər uşaqsalmadan sonra da növbəti dəfə hamilə qalma şansı azalır. Nəticədə isə sağlam və cavan bir ailə sonsuzluq kimi ağır bir problemlə üzləşmiş olur. Tətqiqatlar və klinik müşahidələr bir daha onu göstərir ki, hamiləliyin gedişinin idarə olunması təkcə yumurtahüceyrə və qadın orqanizmindən deyil eyni zamanda mayalanmada iştirak edən spermatozoidin sağlamlığından da asılıdır.

    Varikosel müalicə edilmədikcə spermada sərbəst radikallar kəskin artır.

    2. Oksidativ stres nədir. Sərbəst radikallar mexanizmi.

    Yəqin ki, hər biriniz sərbəst radikallar haqqında eşidmisiniz, əsasən də onların mənfi təsiri haqqında. Sərbəst radikallar nə dərəcədə təhlükəlidir və ondan qorunmaq mümkündürmü ?

    Sərbəst radikallar haqqında elmdə məlumat artdıqca bir sıra xəstəliklərin və hətta insanın qocalmasının da sərbəst radikallarla çox əlaqəsi müəyyən edilmişdir. Məsələn, sonsuzluq və onkoloji xəstəliklərlə mübarizədə istifadə olunan bir çox dərman preparatları ( antioksidantlar ) məhz sərbəst radikalların neytrallaşmasına, onların təsirinin aradan qaldırılmasına əsaslanır.

    Sərbəst radikal nədir ?

     

    Sərbəst radikallar dedikdə, xarici elektron təbəqəsi natamam olan, qeyri stabil atom və molekullar nəzərdə tutulur. Bu maddələr çox aktiv olurlar və asanlıqla digər molekullardan özünə elektron birləşdirərək öz xarici elektron təbəqəsini tamamlayır. Belə ki, canlı orqanizmin hüceyrələri normal, stabil ( xarici elektron təbəqəsi tamamlanmış yaxud dolmuş ) molekullardan təşkil olunub. Sərbəst radikallarin təsiri nəticəsində bu stabil molekullar oksidləşməyə məruz qalırlar, yəni ki, öz xarici elektron təbəqəsindəki elektronu sərbəst radikallara verir və bununla da sərbəst radikallar stabil molekulaya çevrilir. Əvəzində isə elektronu verən maddə özü ( hansı ki, canlı orqanızmin hüceyrəsini təşkil edir ) qeyri stabil maddəyə yəni sərbəst radikala çevrilir.

    Sərbəst radikala çevrilən hər bir yeni molekula, əvvəllər inert ( başqa maddələrlə reaksiyaya girmək qabiliyyətinin olmaması ) olduğu halda sərbəst radikala çevrildikdən sonra kimyəvi aktivlik əldə edir və asanlıqla kimyəvi reaksiyalara girir. Beləliklə də hüceyrənin tamlığı pozulur və onun dağılmasının, məhvinin əsası qoyulur. Bununla da orqanizmdə sərbəst radikalların iştirakı ilə gedən kimyəvi reaksiyalar kaskadı işə düşür. Bütun bu proseslər məcmusu oksidativ stres adlanır. Məsələn, oksigenin sərbəst radikalı ilə oksidləşməyə məruz qalan kollagen molekulları kimyəvi cəhətdən o qədər aktiv olurlar ki, hətta öz aralarında reaksiyaya girib birləşirlər. Nəticədə tikilmiş kollagen alınır. Tikilmiş kollagen ( kollagen dimerləri ) adi kollagenə nisbətən az elastik olur və nəticədə isə dərinin elastikliyinin azalmasına və qocalmaya səbəb olur. Eləcə də digər orqan və sistemlərdə analoji proseslər müşahidə olunur. Varikoseledə xaya toxumasında sərbəst radikallarla zəngin olan venoz qanın ləngiməsi nətiəsində ən çox zərər görən spermatogen toxumadır ( yəni toxum yaradan hüceyrələr, yaxud toxum hüceyrələri ).

     

    Sərbəst radikalların təsiri daha mikroskopik hüceyrə orqanoidləri səviyyəsində olduğundan tam axıra qədər öyrənilməyib və elmə qaranlıq qalan məqamlar çoxdur.

     

    Oksidativ stres nədir ?

    Ümumdünya  Səhiyyə Təşkilatının məlumatına görə 8 – 10 % – ə qədər hallarda kişi sonsuzluğu məhz sperm kütləsinin keyfiyyət göstəricilərinin ( morfoloji cəhətdən sağlam spermatozoidlərin azlığı ) aşağı olması ilə əlaqədar olaraq yaranır. Məlum olmuşdur ki, oksigenin aktiv formalarının ( sərbəst radikallar ) az miqdarda olması spermatozoidlərin normal həyat fəaliyyətləri üçün mühüm əhəmiyyət  kəsb edir. Belə ki, spermatozoid nüvəsindəki zülalların oksidləşməsində, tirozin zülalının fosforlaşması prosesində, DNT – nin ( Dezoksiribonuklein Turşusu -spermatozoid nüvəsinin əsasını təşkil edir ) formalaşmasında və spermatozoid səthinin yumurtahüceyrə ilə kontaktda olan hissəsinin böyüməsində və formalaşmasında vacib rol oynayır. Lakin, sərbəst radikalların orqanizmdə artıq miqdarda toplanması spermatozoid membranının, xromosom DNT – nin zədələnməsinə səbəb olmaqla onların əvvəlcə hərəkətsizləşməsinə daha sonra isə tələf olmalarına səbəb  olur. Bu hal oksidativ stres adlanır.

    Başqa sözlə, oksidativ stres dedikdə orqnizimdə sərbəst radikalların artması prosesi ilə onların neytrallaşaraq zərərsizləşməsi prosesi arasındakı balansın pozulması nəzərdə tutulur.

    Belə olan halda spermatozoidlər mayalandırmaq qabiliyyətlərini ( başqa sözlə desək fertilliyini ) ya tamamilə yaxud da qismən itirirlər. Bu zaman nisbətən aktivliyini saxlayan spermatozoid müxtəlif süni mayalanma proseduralarında istifadə edilərsə mayalanma ehtimalı çox aşağıdır. Əgər mayalanma baş tutarsa inkişafdan qalma ehtimalı çox yüksəkdir. Həmçinin DNT – si spermatozidin mayalandırdığı yumurtadan doğulan uşaqda müxtəlif genetik defektlərlərin və hətta xərçəng riskinin olması ehtimalı var.

     

    Sərbəst radikallar nə zaman artır?

    – qocalıq

    – siqaret çəkmək, narkotik maddələr, spirtli içkilər

    – iltihabi proses

    – varikosele

    – şəkərli diabet

    – piylənmə

    – vitamin çatışmazlığı və.s

     

    3. Mexaniki təsir yaxud kompressiya

    Mexaniki təsir dedikdə genişlənmiş, deformasiya olmuş venaların sağlam xaya toxumasına mexaniki təsiri və ya kompressiyası nəzərdə tutulur. Varikoz xəstəliyi zamanı vena divari da dəyişikliyə məruz qalır, qalınlaşır, elastikliyini itirir, diametri bir necə dəfə artır.

     

    Xayanın atrofiyası ( xayanın ölçüsünün kiçilməsi, büzüşməsi )

    Varikoselenin ağırlaşmalarından ( fəsadlarından ) biri də xaya atrofiyasıdır. Xayanın həcminin kiçilməsi atrofiya adlanır. Normal halda hər iki xayanın ölçüsü və konsistensiyası eyni olmalıdır. İki xayanın ölçüləri arasında fərq 3 kub sm – dən çox olmamalıdır. Varikoselenin 1 və 2 – ci dərəcəsində xayanın həcmi dəyişməz qalır. Bəzi ədəbiyyatlar hətta 2 – ci dərəcə varikoselede de xayanın hipotrofiyasını qeyd edirlər. Müvafiq olaraq 3 və 4 dərəcələrdə isə xayanın atrofiyası daha çox müşahidə olunur. Tətqiqatların nəticələrinə görə 2 – ci dərəcə varikoselede 34 % , 3 – cü dərəcədə isə 80 % – ə qədər hallarda atrofiya müşahidə olunur.

     

     

    Xaya atrofiyası nə ilə nəticələnə bilər ?

    – sonsuzluq

    – xayada ağrı

    – erektil disfunksiya

    Kliniki müşahidələr göstərir ki, varikosele fonunda atrofiya olan  pasientlərdə , əsasən də yeniyetmələrdə əməliyyatdan sonra xayanın həcmində böyümə müşahidə olunur. Bu çox vacib göstəricidir. Əgər yeniyetmə vaxtı varikosele aşkarlanıbsa deməli buna daha ciddi yanaşılmalıdır. Belə ki, vaxtında əməliyyat etdirməklə nəinki xayanı kiçilməkdən xilas edirik, hətta kiçilmiş xayaya qismən də olsa həcmini bərpa etmək imkanı veririk.

     

    DİQQƏT !

    Sizə ətraflı məlumatlandırmaqda məqsədimiz varikosele adlanan və insanlar arasında damar genişlənməsi kimi papulyar olan bu xəstəliyin vaxtında əməliyyat olunub qarşısı  alınmadıqda hansı fəsadlarla üzləşə biləcəyinizi sizə ətraflı şəkildə anlatmaqdır.

     

    Varikoz damar genişlənməsi cərrahi xəstəlikdir. Varikosel müalicə də mikrocərrahi yəni mikroskopik əməliyyat deməkdir.

    Varikosel müalicə, mikroskopik varikosel əməliyyatı Bakıda, androloq Ziyad

    androloq.az

    Sonsuzluqdan əziyyət çəkən ailələrdə kişilər özündə varikosele olduğunu bilərək əməliyyat olunmaqdan qorxub uzun illər dərman və.s müalicələrinə üstünlük verirlər. Nəticədə isə uzun sürən varikosele, xaya toxumasında özünəməxsus geridönməyən dəyişikliklər yaradır. Belə olan halda əməliyyat olsa belə sperm göstəricilərində ciddi bir irəliləyiş olmur. Varikosele uzun müddət davam elədikcə fəsadlar da dərinləşir.

    Bu işdə sizə ən yaxın yardımçınız, dostunuz həkimlərdir. Həkim androloq – uroloq sidik-cinsiyyət sistemi xəstəliklərini, onların digər orqan və sistemlərə təsirini, digər orqan və sistemlərin xəstəliklərinin sidik – cinsiyyət sisteminə təsirini öyrənən, bunları müalicə edən həkimdir.

     

    Varikosele haqqında bütün digər ətraflı məlumatları aşağıdakı  linklərdən oxuya bilərsiniz. http://androloq.az/uslugi/varikosel-nedir-spermaya-nece-tesir-edir-sonsuzluq-xayada-agri/

     

    Mikrocerrahi varikosel əməliyyatı, onun üstünlükləri

    http://androloq.az/uslugi/mikrocerrahi-varikosel-emeliyyati-mikroskopik-varikosel-mualice-sonsuzluq/

     

    İkitərəfli varikosel eyni vaxtda əməliyyat oluna bilərmi ?

    http://androloq.az/uslugi/ikiterefli-varikosel-emeliyyat-olunmalidirmi-mikroskopik-varikosel-baku/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər