Varikoselin əlaməti nədir. Varikosele hansı əlamətlərlə özünü göstərir ?
Varikoselin əlaməti nədir, varikosel dedikdə nə başa düşülür? Gənclər bunu özlərində necə aşkarlaya bilərlər və ya hansı hallarda həkim androloq – uroloqa müraciət etməlidirlər ? Varikosele cox zəif sürətlə ikişaf edir, məsələn : I dərəcədən II dərəcəyə, yaxud II dərəcədən III dərəcəyə kecməsi bir neçə ay və ya bir neçə il davam edir. Məhz buna görə də xəstələrin əksəriyyətində ( təqribən 90 % – ə qədərində ) ağrı şikayəti olmur. Varikosel əksər hallarda təsadüfən aşkarlanır. Bunun da əsas səbəbi onun ağrısız keçməsidir. Xəstələrin yalnız 10 % – ə qədərində ağrı şikayəti olur, bütün digər hallarda isə xayalığın müvafiq tərəfində keçici xarakterli diskomfort, qısamüddətli sızıltı, digər xayaya nisbətən çox sallanma və.s kimi əlamətlərlə özünü göstərir. Varikoselin əlamətləri onun dərəcəsindən çox asılıdır.
Bu əlamətlər o qədər zəif olur ki, pasientin diqqətini çəkmir. Əsasən isə hec bir əlamətsiz keçir. Bu əlamətlər əsasən piyada uzun məsafə gəzdikdə, ağır fiziki iş gördükdə və cinsi əlaqə zamanı və ya ondan az sonra yaranır, yaxud artır. Uzanmış vəziyyətdə isə sadalanan əlamətlər azalır yaxud tam itir. ( Varikoselin əlaməti nədir aşağıda bu barədə daha ətraflı yazmışam )
Varikoselin əlaməti nədir? Varikosele zamanı ağrı ola bilərmi ?
Hətta bəzən varikosele olan insanlar ağrı zamanı xayanı şalvarın cibindən əlləri ilə nisbətən yuxarıda saxlamağa çalışırlar ki, ağrı azalsın, yaxud çıxış yolunu sıx alt paltar geyinməkdə görürlər. Bu isə öz növbəsində varikoselenin daha uzun müddət gizlədilməsinə, fəsadlarının isə daha dərinləşməsinə gətirib çıxardır. Belə gecikmiş ( III,IV cü dərəcə) varikosele zamanı adətən xayanın ölçüləri kiçilir, konsistensiyası yumşalır, toxumyaratma ( spematozoidlərin əmələ gəlməsi) funksiyası zəifləyir. I, II dərəcədə isə xayanın xarici görünüşündə, həcmində dəyişiklik yaranmır.
Sadalalan əlamətlərlə yanaşı agır fiziki işdən sonra varikosele olan tərəfdə xayalığın daha çox sallanması, digər tərəfə nisbətən böyük görünməsi, həmçinin müvafiq tərəfin dərisində qaşınma, dəridə genişlənmiş damarların proyeksiyasında gözlə görülə bilən, əllə hiss olunan damar təsviri müəyyən oluna bilər. Məlumatlı insan üçün bu əlamətlər kifayət qədər asan aşkarlana bilər və həkimə vaxtında müraciət eliyərsə gələcəkdə özünü və ailəsini sonsuzluq adlanan həm tibbi həm də sosial ağır bir problemdən qismən də olsa sığortalamış olar. ( Varikoselin əlamətləri )
Həmçinin varikosele uzun müddət davam edərsə xayanın həcmi kiçilir ( atrofiya ), cinsi sferada müəyyən dəyişikliklər yaradır. Başqa bir qism pasientlər isə sperm ( toxum ) mayesində duruluq, ereksiya zəifliyi və.s qeyd edir. Düzdür, sadalanan əlamətlərin varikosele ilə nə dərəcədə əlaqəsi tam müəyyən olunmasa da, məlum olan odur ki, varikosele əməliyyatından sonra, sadalanan bu əlamətlər itir və xəstə özünü tam normal hiss edir. Əlamətsiz keçdiyinə görə də pasientlərin həkimə müraciətlərinin gecikməsinə və müraciət edən pasientlərin əksəriyyətində varikoselenin gecikmiş və ağırlaşmış formalarının aşkarlamasına səbəb olur. Əgər həkimə vaxtında müraciət edərsinizsə gələcəkdə özünüzü və ailənizi yaxud övladınızı sonsuzluq kimi tibbi və sosial ağır problemdən sığortalamış olarsınız. Təqribən 10 % – ə qədər hallarda hər hansı bir ağrı, diskomfort hissiyyatı ilə müşahidə edilir. Qalan digər hallarda isə ( təqribən 90 % – də ) təsadüfi müayinə zamanı, yaxud sonsuzluqla, cinsi zəifliklə əlaqədar müraciət edərkən aşkar edilir.
Varikoselin dərəcələri necə təyin etməli ? – varikoselin əlamətləri onun dərəcəsindən asılıdır.
Təzahür formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :
I-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı zaman ( buna valsalva sınağı deyilir ) toxum ciyəsini əllə müayinə edərək aşkarlamaq olur.
II-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.
III-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur.
IV-DƏRƏCƏ : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir ( atrofiyalaşır ), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.
Xəstəlik, xaya səthidə ( 90 % – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir. Əməliyyatdan sonrakı dövrdə də sperm göstəricilərinin bərpa olunma sürəti varikoselin dərəcəsindən və onun davametmə müddətindən asılıdır. Əlbəttə ki, varikosele aşkarlandığı müddətdən nə qədər qısa müddətdə əməliyyat olunarsa xaya toxumasına olan mənfi təsir daha qsamüddətli olur. Nəticədə isə xaya toxumasının normal qan dövranı bərpa olunur, sərbəst radikalların mənfi təsiri aazalır və morfoloji normal spermatozoidlər əmələ gəlir. Qısa müddət sonra isə demək olar ki, əksər pasientlərimizin həyat yoldaşları hamilə olur. Söhbət yalnız mikroskopik əməliyyatdan gedir.
Artıq uzun illərdir ki, varikoselenin müalicəsinin qızıl standartı mikroskopik əməliyyatdır. Başqa formada desək mikrocərahi varikosel əməliyyatı. Əməliyyat tam mikroskopik şəraitdə, damarların və toxumdaşıyıcı axacağın heç bir travma riski olmadan aparılır.
Varikosel haqqında daha ətraflı məlumatı aşağıdakı məqalədən oxuya bilərsiniz. Məqalədə varikoselin əlamətləri və bütün digər xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir.
http://androloq.az/uslugi/varikosele-nedir-sperma-faizi-sonsuzluq/
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.
( varikoselin əlamətləri – varikoselenin əlaməti – varikoselin emametleri – varikaselin əlamətləri – varikosel xəstəliyi – damar genişlənməsi )