Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Xayada kista, xaya artımının kistası

(Xayada kista, xaya artımının kistası - xayada ağrı - xayanın kistası - xayalıqda böyümə - uroloq - androloq Bakıda)

QƏBULA YAZIL

Anonimlik qorunur

Xaya artımı yaxud toxum ciyəsinin kistası nədir? Kimlərdə rast gəlinir? Kista xaya artımında yerləşdikdə spermatosele, toxum ciyəsində olduqda funikulosele adlandırılır.Xayada kista, xaya artımının kistası - xayada ağrı Kista içərisi maye ilə dolu olan, oval formalı, hamar və elastik kapsulası ( divarı ) olan xoşxassəli törəmədir. Əsasən xaya artımının başında, az hallarda isə cismində və quyruq hissəsində olur. Sağ və sol xayada rastgəlmə tezliyi eynidir. Eyni vaxtda sağ və sol xayada olması da mümkündür.

Kistanın əmələ gəlməsinin səbəbləri

Xaya artımında kistanın əmələ gəlməsi xaya artımı kanalcıqlarının mənfəzinin hər hansı faktorun təsirindən daralması yaxud tam tutulmasıdır.Xayada kista, xaya artımının kistası - xayada ağrı Belə ki, bildiyimiz kimi spermatozoidlərin əmələ gəlməsi xayada, onların yetişməsi və formalaşması isə xaya artımında gedir. Xaya artımı kanalcıqları spermatozoidlərin yetişmə və formalaşması üçün zəruri olan maddələrlə zəngindir və bu kanalcıqların daxilində olan mayedə spermatozoidlərin hərəkəti üçün optimal şərait vardır. Məhz bu kanalcıqların mənfəzinin hər hansı travma yaxud iltihabdan sonrakı çapıq toxuması ilə daralması nəticəsində kanalcığın mənfəzi şarabənzər formada genişlənir və kistaya çevrilir. Xaya artımının kistası toxum ciyəsinin kistasına nisbətən daha çox rast gəlinir. Kişilərin hər üçündən birində xaya artımının kistası olur və əsasən digər xəstəliklərlə əlaqədar müayinə zamanı aşkarlanır. Əksər hallarda kistanın əmələ gəlməsi uşağın 7 – 14 yaşına təsadüf edir.

 

Kistanın əlamətləri

Kistalar əksər hallarda əlamətsiz keçir. Əlamətləri daha çox kistanın ölçüsündən və yerləşdiyi yerdən asılıdır. Kiçik kistalar xayalığın müvafiq tərəfində vaxtaşırı yaranan, hərdən isə artan ağrı və diskomfort hissi yaradır. Nisbətən böyük kistalar xayalığın müvafiq tərəfini deformasiya edərək həm kosmetik defekt yaradır, həm də ağrı, diskomfort daha çox narahat edir. Əllə baxdıqda xaya artımı başında müəyyən oluna bilir, toxunduqda əksər hallarda ağrılıdır. Həmçinin eyakulyasiya zamanı bir çox pasientlərdə ağrının olmasını da müşahidə edirik.

 

Xaya artımının kistası təhlükəlidirmi ?

Xaya artımı kistası insan sağlamlığı üçün ciddi təhlükə törədmir. Lakin, xayalıqda ağrı, diskomfort törətməklə insanın həyat keyfiyyətini aşağı sala bilir. Həmçinin xaya artımı kistası xaya artımında olan digər kanalcıqları sıxır və spermatozoidlər üçün keçiriciliyi pozur və bununla da sonsuzluğa səbəb ola bilir. O müalicə olunan xəstəlikdir. Lakin kistanın ölçüsü çox kiçik olduqda xəstəyə ciddi narahatçılıq törətmədiyi üçün heç bir müdaxilə tələb etmir. Kistanın ölçüsü böyüyərsə, ağrı verərsə və xayalığın müvafiq tərəfinin ölçüsü böyüyüb assimmetriyayaradaraq kosmetik defekt törədərsə kiçik mikrocərrahi müdaxilə yolu ilə kistanın kəsilib götürülməsi əməliyyatı icra edilir. Mikrocərrahi əməliyyat demək olar ki, tam qansız olaraq mikcokəsik yaxud mikrodəlikdən icra edilir. Bu zaman digər əməliyiyatlarda olduğu kimi xaya ətraf toxumalardan ayrılmır, xayalıqdan xaricə çıxarılmır. Kista mikrocərrahi alətlərlə, lazerlə yandırılır yaxud kəsilib götürülür. Dəridə kosmetik tikiş qoyulur, əməliyyatdan sonra heç bir iz, çapıq qalmır. (Xayada kista, xaya artımının kistası – xayada ağrı – xayanın kistası – xayalıqda böyümə – uroloq – androloq Bakıda)

 

Xaya artımı kistasının ağırlaşmaları ( kistanın fəsadı )

Kistanın irinləməsi

Xayalığın travması zamanı kistanın partlaması, cırılması

Sonsuzluq

Cinsi zəiflik

Kistanın müəyyən edilməsi. Xaya kistasının müayinəsi

Adətən kista nın ölçüsü 0,5 sm – ə ( 5 mm ) qədər olduqda ciddi əlamət vermir və əllə müayinə zamanı aşakarlana bilmir yaxud çox çətinliklə müəyyən olunur. Lakin, 1,0 sm və daha böyük kistalar əksər hallarda xayalıqda yüngül diskomfort, yad cisim hissiyyatı yaradaraq xəstənin həkimə müraciətinə səbəb ola bilir. Əllə müayinə ( palpasiya ) etdikdə də 1,0 sm və daha böyük kistalar asanlıqla müəyyən edilir. Zaman keçdikcə kista böyüyüb xaya ölçüsündə və daha böyük ola bilir.

Nisbətən köhnə müayinə metodu hesab olunan xaya artımı kistaları və hidroselenin diaqnostikasında aktuallığını itirməyən müayinələrdən biri də diafonoskopiyadır. Diafonoskopiya müayinəsi kistanın proyeksiyasında müsbət olur. Diafonoskopiya parlaq işıq lampası yaxud adi fonar işığı altıda qaranlıq otaq şəraitində xayalığın işıqlandırılmasıdır. Hidrosele yaxud kista olan tərəfdə toplanmış maye işıq şüalarının təsirindən al qırmızı yaxud çəhrayı rəngdə görünür. Bu isə hidrosele və kista üçün tipik mənzərə hesab olunur. Xayanın şişməsi ilə müşahidə olunan digər xəstəliklərdə diafonoskopiya edərkən hidroselede gördüyümüz mənzərə alınmır.Xayada kista, xaya artımının kistası - xayada ağrı Həmçinin xəstənin xayalığa aid hər hansı şıkayəti olduqda usm müayinəsi aparılarkən kista asalıqla müəyyən edilir. USM xaya kistalarının müayinəsində ən dəqiq müayinə metodudur.  (Xayada kista, xaya artımının kistası – xayada ağrı – xayanın kistası – xayalıqda böyümə – uroloq – androloq Bakıda)

Hansı xəstəliklərdən fərqləndirmək lazımdır ?

Birinci növbədə xayanın bəd xassəli şişləri inkar edilməlidir.

Xaya artımı kistasının müalicəsi

Xaya artımında olan kistaların müalicə yollu yalnız cərrahi müdaxilədir. Son zamanlar daha çox tətbiq etdiyimiz metod mikrocərrahi ( mikroskopik, lazerlə ) əməliyatdır. Cərrahiyyə spinal keyidmə ( beldən ) və vena daxili narkoz ( yatızdırma ) altında aparılır. Əməliyyat 30 – 35 dəq davam edir. Növbəti gün xəstə evə yazılır.

Mikrocərrahi əməliyyatın üstünlükləri

  1. Əməliyyatın icrasının texniki cəhətdən asan olması
  2. Əməliyyatın böyüdücü mikroskop altında icra olunması ilə əlaqədar toxum daşıyıcı axacaq ( duktus deferens ), arteriya və limfa damarlarının zədələnmə ehtimalının, yaxud səhvən kəsilmə, bağlanma ehtimalının olmaması. Həmçinin kistanın deşilmə, cırılma ehtimalı minimuma endirilir.
  3. Əməliyyat kəsiyinin kiçik olması ( 1,5 sm – 3sm )
  4. Qanaxmanın az olması ( 5-10 ml )

Xəstənin istəyindən və klinik göstəricilərdən, yanaşı gedən xəstəliklərdən asılı olaraq əməliyyatı yerli keyitmə, vena daxili, yaxud spinal ( bel nahiyyəsindən keyidici maddənin vurulması ) keyitmə altında icra edirik.
Yerli keyitmə dedikdə yalnız əməliyyat aparılan sahəyə ağrısızlaşdırıcı maddə vurmaqla yalnız əməliyyat sahəsi ağrısızlaşır. Əməliyyatdan bir necə saat sonra ( 2 – 3 saat ) xəstə evə yazılır. Xayada kista, xaya artımının kistası - xayada ağrı

Vena daxili keyitmə ( narkoz ) zamanı xəstə yatızdırılır.

Spinal keyitmə dedikdə isə, xəstənin bel nahiyyəsindən keyidici maddə vurmaqla bədənin beldən aşağı hissəsi ayaq barmaqlarına qədər keyləşir, hissiyyatsızlaşır və heç bir ağrı hiss etmir. Əməliyyat zamanı xəstənin huşu aydın olur. Əməliyyatdan 10 – 12 saat sonra yaxud əməliyyatın səhəri günü xəstə evə yazılır.

 

Xaya artımında kistanın olmaması üçün nə etməli? Profilaktikası

Bunun üçün xayalığı travmadan, soyuqdəymədən, iltihabdan qorumaq lazımdır. Requlyar cinsi həyat yaşamaq, təsadüfi cinsi əlaqələrdən çəkinmək, cinsi yolla yoluxan xəstəliklərə tutulmamaq.

 

Çox tez – tez verilən suallarXayada kista, xaya artımının kistası - xayada ağrı - xaya kistasi - androloq - uroloq - urolog - anddrolog urologiya - andrologiya - Ziyad Əliyev Bakıda

 

Əməliyyatdan sonra kista təkrar yarana bilərmi?

Xaya artımının kistalarının müalicəsində olan böyük təcrübəmiz onu deməyə əsas verir ki, kistanın mikrocərrahi yolla ətraf toxumalardan ayrılması ilə onun yerində təkrarən kistanın əmələ gəlmə şansı yoxdur. Çünki, mikrocərrahi əməliyyatda xaya artımında olan qıvrım toxum kanalcıqları zədələnmir. Ona görə də kistanın təkrarən əmələ gəlmə ehtimalı yoxdur.

Xaya artımı kistalarının başqa müalicə yolu varmı?

Xeyir, kistaların yeganə tam müalicə yolu cərrahi ( mikrocərrahi ) üsuldur.

 

Əməliyyatdan sonra nə etməliyəm?

İlk iki – üç həftə ərzində sıx alt paltar geyinmək, nisbətən az gəzmək məsləhətdir. Çalışmaq lazımdır ki, cinsi yolla yoluxan xəstəliklərə yoluxmayasız.

 

Nə vaxt işə çıxa bilərəm?

Bəli, 3 gündən sonra siz normal həyat tərzinə qayıdırsınız. Amma, əlbəttə ki, işə çıxmaq məcburiyyəti yaxud zərurəti yoxdursa bir həftə ərzində ev şəraitində olmağınız daha məsləhətdir. Ona görə də pasientlərə xəstəlik vərəqəsi açılaraq bir həftə ərzində evdə olmaları daha yaxşı olar.

 

Xaya qişaları arasında mayenin toplanması hidrosele adlanır. Hidrosel haqqında ətraflı məlumat aşağıdakı linkdə verilib.

 

(Xayada kista, xaya artımının kistası – xayada ağrı – xayanın kistasi – androloq – uroloq – urolog – androlog – urologiya – andrologiya – Ziyad Əliyev Bakıda – xayada agrinin sebebi – xayada kistanin sebebi – androloqbaku – uroloqbaku – androloqbaki – uroloqbaki – xayada kistanin mualicesi – xayada kista emeliyyati – xayada sis – xayada şiş – xayada böyume – kistanin sebebi )

Sosial şəbəkələrdə paylaş

Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər