Xroniki prostatit haqqında heç yerdə oxumadıqlarınız
Xroniki prostatit müalicə oluna bilən haldır. Prostatit nədir sualına cavab tapmaq üçün əlbəttə ki, prostat nədir sualını özünüz üçün aydınlaşdırmanız gərəkdir. Xroniki prostatit dedikdə prostat vəzinin uzun müddətdəq qalan iltihabı nəzərdə tutulur. Prostat vəzinin iltihabı iki formada təzahür edə bilər. Əlamətlərin kəskinlik dərəcəsinə görə bunlardan biri kəskin, digəri isə xroniki prostatit adlandırılır. Kəskin prostatit, prostat vəzin irinli iltihabı xəstəliyidir. Bütün digər kəskin iltihabı xəstəliklər kimi qızdırma ( hərarətin yüksəlməsi ), üşütmə, ümumi halsızlıq və.s əlamətlərlə müşahidə olunur. O cümlədən sidik ifrazının ağrılı olması və çətinləşməsi, qarının aşağısında, aralıq nahiyyəsində və anus ətrafı sahədə ağrı ilə müşaiyət olunur. Xroniki prostatit olan xəstələrdə isə qızdırma, üşütmə, halsızlıq kimi əlamətlər olmur. Sidik ifrazındakı əlamətlər və ağrının xarakteri daha mülayim olur və cinsi sferada müəyyən dəyişikliklər yaranır. Xroniki prostatit olduqda xəstədə əlamətlər çox vaxt mövsümi xarakter daşıyır. Adətən soyuq aylarda kəskinləşir və daha qabarıq olur. İsti aylarda isə zəif nəzərə çarpır, yaxud ümümiyyətlə əlamətlər itir. ( Xroniki prostatit müalicə )
Xroniki prostatit infeksion və qeyri – infeksion olmaqla iki qrupa bölünür.
- infeksion prostatit
- qeyri – infeksion prostatit
İnfeksion prostatitlərdə xəstəliyin törədicisi hər hansı bir bakteriya, virus, cinsi yolla yoluxan xəstəliyin törədicisidir ( urogenital xlamidioz, trixomoniaz, ureaplazmoz, mikoplazmoz, qonoreya, kandidoz, və.s.). Bakerial törədicilərdən ən çox aşkarlanan bağırsaq çöpləri, enterokok, stafilokok – dur. Ona görə də prostat vəzi ilə bağlı şikayətləri olan pasientlər cinsi yolla yoluxan xəstəliklərlə əlaqədar müayinədən keçməlidir. ( Xroniki prostatit müalicə )
Xroniki prostatit olan xəstələrin müayinəsi.
Müayinə sidik kanalından sıyrıntı şəklində götürülür. Əgər sidik kanalından axıntı varsa, sıyrıntı yox axıntıdan müayinə götürülür. Götürülmə qaydasının eyni olmasına baxmayaraq analizin olunma metodu fərqli ola bilir. Sidik kanalından sıyrıntı şəklində götürülən müayinə materialı mikroskopiya, bakterioloji müayinə ( bakterioloji posev ) və PZR ( polimeraz zəncirvari müayinə ) edilə bilər. Götürülmüş materialın hansı müayinədən keçirilməsini müalicə həkimi müəyyən edir. Qeyri – infeksion prostatit yaxud durğunluq prostatiti, prostat vəzidə qan dövranı və innervasiya pozğunluğu ( sinir təchizatı pozğunluğu ) olan kişilər üçün daha xarakterdir. Risk qrupuna aiddir:
- cinsi həyat yaşamayan.
- passiv, azhərəkətli həyat tərzi keçirən.
- siqaret çəkmə və digər pis vərdişləri olan.
- çanaq orqanlarının xəstəlikləri olan və bu orqanlarda cərrahi əməliyyat keçirmiş.
- onurğanın bel – oma – büzdüm hissəsinin müxtəlif xəstəlikləri, travmaları.
- digər xroniki xəstəlikləri ( şəkərli diabet, böyrək çatışmazlığı, qanda xolesterini yüksək olan) olan kişilər. ( Xroniki prostatit müalicəsi ).
Professor Johansen
Prostatit alayışını izah eləməyə çalışan müxtəlif fikirlər mövcuddur. Bunlardan daha mükəmməl olanını professor Johansen söyləmişdir :
Prostatit nədir?- sualına o belə avab vermişdir.
“ Özündə prostat vəzin iltihabını və aşağı sidik yollarının əlamətlərini cəmləşdirən hal, prostat vəzin əlamətsiz keçən iltihabı və ya prostat vəzidə heç bir iltihabı proses aşkarlanmadan iltihabı prosesin əlamətlərini cəmləşdirən hal prostatit adlanır ” .
Aşağı sidik yolları əlamətləri dedikdə, demək olar ki, prostat vəzin bütün xəstəlikləri üçün xarakter olan əlamətlər nəzərdə tutulur.
- tez – tez və az – az sidik ifrazı.
- ağrı və yandırma ilə müşaiyət olunan sidik ifrazı.
- sidiyin qırıq – qırıq, damcı – damcı gəlməsi.
- sidik şırnağının nazikləşməsi, təzyiqinin zəifləməsi, haçalanması, duşdan gəlməni xatırladan səpələnməsi.
- sidik ifrazı vaxtının uzanması – gecələr bir neçə dəfə sidik ifrazına durmaq – sidik kisəsinin tam boşalmaması hissiyyatı ( sidik ifrazından sonra sidik kisədə sidik qalması ). Bəzən isə sidik ifrazından sonra sidik kisədə sidik qalmır, lakin xəstə ele hiss edir ki, kisədə sidik qaldı.
Xroniki prostatitin əlamətləri.
Xroniki prostatitli xəstələrdə kəskin tutmaşəkilli ağrılar olmur. Ağrı 40 % – ə qədər hallarda aralıq nahiyyəsinə, 30 – 35 % xayalığa və ya xayalardan birinə, 5 – 6 % cinsi orqana, xüsusən baş hissəsinə, 10 – 15 % qarının aşağısına, sidik kisəsinin proyeksiyasına, qasıq nahiyyəsinə, 5 – 7 % hallarda isə büzdüm – oturaq nahiyyəsinə ötürülür.
Eyakulyasiyadan ( cinsi aktdan ) sonra ağrının yaranması və ya güclənməsi və s. mümkündür.
Erektil disfunksiya ( cinsi zəiflik ) prostatitli xəstələrdə ən çox rast gəlinən şikayətlərdəndi.
Xroniki prostatit ilə müraciət edən pasientlərdə üç əsas simptom – triada müşahidə olunur.
1. cinsi ( seksual ) sferada dəyişikliklər – erkən boşlma və erektil disfunksiya
2. sidik ifrazında dəyişikliklər ( buna dizurik əlamətlər deyilir )
3. ağrı
Başqa bir tərəfdən yanaşdıqda isə, cinsi problemlərlə müraciət edən kişilərin əksəriyyətində cinsiyyət sistemi orqanlarının iltihabı xəstəlikləri, ən çox isə məhz xroniki prostatit aşkarlanır. Belə olan halda nəyin birincili xəstəlik, nəyin onun ağırlaşması ( nəticəsi ) olmasını müəyyənləşdirmək həkim klinisist üçün heç də həmişə asan olmur. Yəni ki, prostatit birinci yaranıb və onun nəticəsində erektil disfunksiya ( cinsi zəiflik ) əmələ gəlib, yaxud da bunlar hər biri ayrı – ayrılıqda iki xəstəlik kimi inkişaf ediblər. Hər iki halda bu xəstəliklər biri digərinin gedişini daha da ağırlaşdırır. Xroniki prostatitli xəstələrdə cinsi sfera əlamətləri müxtəlif xarakterli olur və bir neçə faktorla əlaqədardır. Məsələn: iltihabı prosesin kəskinliyindən, qonşu orqanlara yayılmasından, hormonal statusdan, xəstənin yaşından, yanaşı gedən xəstəliklərin olub – olmamasından və.s. ( Xroniki prostatit müalicə )
Prostatit olan xəstələrdə cinsi zəiflik üç formada təzahür edir.
- Cinsi istəyin ( həvəsin ) azalması
- Ereksiya zamanı cinsi orqan rigidliyinin ( sərtliyinin ) zəif olması
- Premator eyakulyasiya ( erkən boşalma )
Hətta müəyyən edilmişdir ki, xroniki prostatitli kişilərdə bu əlamətlər müəyyən ardıcıllıqla inkişaf edir. Belə ki, əvvəlcə erkən boşalma yaxud tezləşmiş eyakulyasiya ( erkən eyakulyasiya ), daha sonra ereksiyanın zəifləməsi, daha sonra isə libido azlığı ( yəni cinsi istəksizlik, həvəssizlik ) yaranır. Prostatitli pasientlərin təqribən 1/3 – də eyakulyasiya zamanı yaxud ondan dərhal sonra ağrı da olur. Bu isə o pasientlərdə toxum qabarının da çox ciddi şəkildə iltihabı prosesə məruz qalması ilə əlaqədardır. Toxum qabarı dedikdə sidik kanalının prostat vəzidən keçən hissəsində olan və hər iki toxumdaşıyıcı axacağın parostat vəzidən keçərək sidik kanalına açıldığı hissə nəzərdə tutulur.
Erkən boşalma prostatitli pasientlərin təqribən 30 – 35 % – də rast gəlinən seksual pozğunluqlardan biridir. Məhz bu pasientlərin də uretroskopik müayinəsi zamanı toxum qabarının ciddi iltihabı müəyyən edilmişdir. Uretroskopiya sidik kanalının xüsusi endoskopik kamera ilə videogörüntülü müayinəsidir. Bu haqda saytımızda müvafiq bölmədə ətraflı məlumat verilib. Həmçinin, o pasientlər ki, erkən boşalma ilə müraciət ediblər, onların müayinəsi zamanı təqribən yarısından çoxunda xroniki prostatt diaqnozlaşdırılıb. ( Xroniki prostatit müalicə )
Xroniki prostatit cinsi zəifliyin əsas səbəbidir.
Xroniki prostatit olan xəstələrdə cinsi əlaqələrin sayı azalır. Müəyyən vaxtdan sonra pasientdə depressiya, cinsi əlaqədən çəkinmə və.s yaranır. Xəstələr özlərini cinsi güc nöqteyi nəzərdən olduqlarından daha zəif hiss edirlər və ciddi stres yaşayırlar. Əvvəllər epizodik ( hərdən ) müşahidə olunurdusa, xroniki prostatit müalicə olunmadıqda cinsi zəiflik daha dərinləşir, xəstələri daha çox narahat edir və sinir – psixi dəyişikliklərə səbəb olur. Yuxarıda qeyd olunan və xroniki prostatitli pasientlərdə rast gəlinən üç əsas simptomdan ( ağrı, erkən eyakulyasiya, və erektil disfunksiya ) pasientə daha çox psixoloji zərbə vuran erektil disfunksiyadır. Məhz ona görə də tətbiq olunan müasir müalicə protokolları ilkin olaraq pasientin cinsi həyatında pozitiv dəyişikliklərin yaradılmasına, ereksiyasının bərpasına yönəlib.
Xroniki prostatit vaxtında müalicə olunmadıqda prostat vəzidə normal toxuma elementlərinin birləşdirici toxuma ( çapıqla ) ilə əvəz olunması ( fibrozlaşma ), başqa sözlə desək çapıqlaşma prosesi getdiyindən ağrılar və bütün digər əlamətlər daha dayanıqlı xarakter alır.
Bildiyimiz kimi prostat vəzi sperm kütləsinin formalaşmasında da iştirak edir. Ona görə də prostatitli xəstələrin sperm göstəricilərində çox ciddi dəyişikliklər aşkarlanır və bir çox hallarda kişi sonsuzluğunun səbəbi olur. ( Xroniki prostatit müalicə )
Xroniki prostatit – müşahidələr.
Müşahidələr göstərir ki, 20 – 50 yaş arasında olan kişilərin təqribən 35 – 40 % – də klinik əlamətlərin olmasına baxmayaraq bunların yalnız 10 – 12 % – i həkimə müraciət edir. Bunun əsas səbəbi isə əlamətlərin vaxtaşırı olaraq itməsi, sanki xəstədə yalançı sağalma hissiyyatının yaranması, bəzən əlamətlərin mövsümi xarakter daşımasıdır. Ona görə də statistik məlumatlar əslində xroniki prostatitli kişilərin az bir qismini əhatə edir.
Xroniki prostatit kişilərin həyat keyfiyyətinə çox ciddi təsir göstərir. Müasir müalicə prinsipləri və protokolları tərtib olunmuşdur ki, bunların köməkliyi ilə də prostat vəzi xəstəliklərindən əziyyət çəkən insanların həyat keyfiyyətinin yaxşılaşması ya tamamilə mümkün olur yaxud maksimum kompensasiya olunur. Şəhərdə, az hərəkətli həyat tərzi yaşayan hər bir kişi, ömründə heç olmuya bir dəfə prostat vəzi ilə əlaqədar həkimə müraciət etməli olur. Cavan vaxtı prostatitlə, yaşlaşdıqda isə prostat adenomasına görə.
Xroniki prostatitin səbəbləri.
Prostatit müxtəlif səbəblərdən yarana bilər. Risk qupuna daxildir :
- tez – tez cinsi partnyorunu dəyişən və cinsi yolla yoluxan xəstəliklərə tutulan
- qeyri – requlyar cinsi həyat yaşayan
- uzun müddət sidik kanalında kateter qalan ( hər hansı bir əməliyyat və ya prosedura ilə əlaqədar, sidiyə çıxa bilməməkə əlaqədar )
- sidik kanalında hər hansı tibbi prosedura, endoskopik cərahi müdaxilə keçirən insanlar
- uzun müddətli soyuqdəyməsi olan
- az hərəkətli həyat tərzi keçirən insanlar daxildir.
- şəxsi gigiyenaya riayət etməyən.
Prostat vəzin xəstəlikləri niyə görə bu qədər geniş yayılmışdır ?
Səbəblər çoxdur, birinci səbəb isə bizim, yəni müasir kişilərin həyat tərzidir. Biz özümüzə yaratdığımız yüksək komfort şəraitə görə sanki prostatitlə cəzalandırılırıq. Son 200 ildə müasir insan fiziki aktivliyinin təqribən 90 % – ni itirib. Əgər yaxın keçmişin kişisi öz işlərinin demək olar ki, hamısını öz fiziki əməyi, əzələ gücü hesabına edirdisə müasir kişi isə əksər vaxtını evdə, işdə, maşında yumşaq kresloda oturmaqla keçirdir. Təbiət də bu cür davranışı sanki bizə bağışlamır və nəticədə bizi prostatitə düçar edir. ( Xroniki prostatit müalicə )
Xroniki prostatit az hərəkət edən kişilərin xəstəliyidir.
Məsələ ondadır ki, canlı toxuma olaraq bütün digər orqanlar kimi, prostat vəzinin də normal qan dövranına, qidalı maddələrə ehtiyacı var. Prostat vəzi insan bədənində çanağın dibində yerləşir, onun qan dövranı bütünlükdə çanaq qan dövranı, bədənin aşağı hissəsinin ( aşağı ətrafların ) qan dövranı ilə əlaqədardır. Müasir kişinin yaşadığı az hərəkətli həyat tərzi isə bunu deməmək olar ki, mümkünsüz edir.
Aşağı ətraflardan venoz qanın drenajını çox güclü inkişaf eləmiş venoz sistem ( venalar ) həyata keçirir. Bu venaların daxilində aşağı ətraflar və bədənin aşağı hissəsindən gedən qanın yuxarıya, ürəyə doğru qalxması bir neçə mexanizmlə tənzimlənir. Ürəyin sorucu qüvvəsi, venoz damarların daxilindəki qapaqlar və kiçik venalardan tutmuş magirtral venalara qədər onları mufta şəklində əhatə edən güclü əzələ yatağı ( futulyarı ). Ona görə də venoz qanın normal dövriyyəsi üçün, daha doğrusu orqandan vaxtında uzaqlaşdırılması üçün bu venaların ətrafında yerləşən, onları əhatə edən əzələlərin güclü inkişaf etməsi vacibdir. Məhz bu əzələlərin yığılması nəticəsində venalarda qanın hərəkətinə təkan verilir. Buna venoz – əzələ pompası deyilir. Bu mexanizmin formalaşması üçün isə insanın daima fiziki hərəkətdə olması vacibdir. Görünən isə odur ki, müasir insanın yaşaması üçün əzələ işlədmək, fiziki işlə məşğul olmaq yox, daha çox baş ( beyin ) işlədmək lazım gəlir və bu isə xaricdən venalara dəstək, komək olan əzələlərin zəifləmisi ilə müşahidə olunur.
Məhz bu səbəbdən də yuxarıda qeyd etdiyimiz venoz – əzələ pompası zəif inkişaf edir və nəticədə də çanaq orqanlarında, harada ki prostat vəzi yerləşir, qan dövranı zəifləyir, durğunluq yaranır. Beləliklə də müasir kişinin prostatı qidalı maddələr və oksigenlə az təchiz olunur.
Az hərəkət etdikdə prostat vəzidə nə baş verir?
Hər şeydən əvvəl bilmək lazımdır ki, istənilən bir orqandan gedən venoz qanın daşınması ( drenajı ) ləngiyirsə, zəifləyirsə, o orqana gələn arterial qanın sürəti də zəifləyir. Nəticədə həmin orqana qidalı maddələr və oksigen az gəlir və orqan oksigen aclığı, qidalı maddələr aclığı yaşayır.
Beləliklə də normal qidalanmıyan və normal oksigen təchizatı olmuyan orqanda distrofik dəyişikliklər gedir, orqanın immuniteti zəifləyir və beləliklə də aseptik iltihabı proses yaranır. Sağlam prostat vəzin txumasında və şirəsində bir sıra antimikrob təsirli maddələr ( lizosimlər ) var ki, xəstəlik törədici mikroorqanizmlər düşdükdə onları tələf edir. Qan dövranı pozulmuş prostat vəzidə isə bu maddənin sintezi zəifləyir yaxud tam dayanır və prostat vəzin özünü müdafiə qabiliyyəti olmur. Orqanın ( prostat vəzinin ) immuniteti zəiflədikdə isə, istənilən bir bakteriya və ya virus onu xəstələndirə bilir və infeksion prostatit yaranır. Bu halda isə prostat vəzin yerli immuniteti daha da zəifləyir. Proseslərin belə cərəyan etdiyi prostat vəzidə iltihabı proses yarandıqca sərbəst radikallar da artır. ( saytda sərbəst radikallar haqqında əlavə məlumat verilmişdir ).
Sərbəst radikalların təsiri hüceyrə səviyyəsində, daha doğrusu hüceyrəni təşkil edən maddələr səviyyəsindədir. Belə ki, sərbəst radikal adlandırdığımız maddənin hüceyrənin hər hansı bir hissəsini təşkil edən atom və ya molekullarla qarşılıqlı təsiri baş verir. Nəticədə sərbəst radikal özü stabil maddəyə çevrilir, digər maddəni isə sərbəst radikala çevirir. Sərbəst radikala çevrilmiş olan və hüceyrənin hər hansı bir hisssəsini təşkil edən maddə özü sərbəst bir radikal maddə kimi digər maddələrlə reaksiyaya girir və bununla da hüceyrənin məhvinə səbəb olur.
Niyə görə prostat vəzin xəstəlikləri müalicəyə çətin tabe olur ?
Yuxarıda sadalanan anatomik faktorlarla yanaşı, prostat vəzidə iltihabı prosesin proqressivləşməsinə və müalicəyə çətin tabe olmasına şərait yaradan faktorlar mövcuddur.
Bildiyimiz kimi prostat vəzi sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edir. İltihablaşma zamanı prostat vəzin ölçüləri böyüyür və bu səbəbdən sidik kanalı daralır və uzanır. Sidik ifrazı zamanı isə sidiyin şırnağının sidik kanalı divarına təzyiqi artır. Prostat vəzin axacaqlarının sidik kanalının prostatdan keçən hissəsinə açıldığı üçün, iltihabı proses olduqda bu axacaqların tonusu zəifləyir və sidik ifrazı zamanı sidiyin prostat axacaqlarından prostatın daxilinə keçmə ehtimalı yüksəlir. Sidiyin aqressiv kimyəvi təsirindən iltihab daha dərinləşir, prostat axacaqlarındakı atoniya artır və təkrarən sidiyin prostat vəzi daxilinə keçməsi asanlaşır. Beləliklə də prostat vəzin iltihabı daha da artır, prostatitin daha gec sağalmasına yaxud sağalmamasına şərait yaranır.
Digər bir faktor prostat vəzi daxilində qan dövranı ilə əlaqədardır. Belə ki, prostat vəzi daxili arteriollar ( kiçik arteral damarlar ) prostatın vəzili hissəsində deyil, onun daha bərk birləşdirici toxumadan ibarət hissəsində (payarası stromada ) qurtarır. Prostatın böyüməsi ( ödemi ) ilə müşahidə olunan xəstəliklər ( prostatit ) zamanı bu arteriollar sıxılır və prostat vəziyə yetərincə qan daxil ola bilmir. Əksər hallarda prostat vəzi xəstəliklərində iltihab əleyhinə aparılan müalicənin effektsizliyi yaxud az effektli olması da bununla izah edilir. Məhz buna görə də prostat vəzin iltihabını tam ləğv etmək üçün digər fiziki müalicə üsullarından geniş istifadə olunur. Məsələn, prostat masajının müxtəlif növləri ( prostat trenajorlar ), elektrostimulyasiya, lazer, ultrasəs və.s.
Müalicənin effektivliyini təmin etmək üçün xroniki prostatitin yaranmasına şərait yaradan faktorların aradan qaldırılması.
Kompleks müalicə planı ( fizioterapiya metodları da daxil olmaqla ).
Reabilitasiya və aktiv dispanser müşahidə.
Prostatiti digər xəstəliklərdən fərqləndirmək lazımdır.
Prostat vəzin müayinəsi çox bəsid və ağrısız prosedurdur. Xəstə ilə ilkin soğu məlumatlarından başlamış lobarotor, və digər müayinə metodlarının köməkliyi ilə diaqoz formalaşdırılır. Xroniki prostatitin əlamətlərini xatırladan xəstəliklərləri prostatitlə qarışdırmaq olmaz. Bunlara düz bağırsaq çatları,daxili hemorroy düyünləri, düz bağırsağın ltihabı prosesi, paraproktit, sidik kanalının daralmaları ( striktura ), sidik kisəsinin iltihabı, daşı, onurğanın oma-büzdüm hisəsinin xəstəlikləri, sidik kisəsi boynunun sidik ifrazında iştirakını tənzimləyən sinirlərin zədələnməsi, onurğanın, baş beynin travmaları və bir sıra xəstəlikləri ilə əlaqədar sidik ifrazının pozulması ilə müşaiyət olunan hallar aiddir.
Prostat vəzin düz bağırsaqdan barmaqla müayinəsi – palpator rektal müayinə nədir və onun əhəmiyyəti ?
Prostat vəzin xəstəliklərində ən çox istifadə olunan və yüksək informativliyi olan və ucuz müayinə metodu prostat vəzin düz bağırsaqdan barmaqla müayinəsidir.
Bu zaman biz prostat vəzi haqqında aşağıdakı bilgiləri almış oluruq : -prostat vəzin düz bağırsağa az və ya çox qabarmasını,
- səthinin hamar yaxud kələ – kötür ( nahamar olmasını )
- konsistensiyasının bərk və ya yumşaq olmasını
- düz bağırsaq selikli qişasının prostat vəzi üzərində nə dərəcədə sərbəst olmasını və ya prostat vəziyə fiksə olunmasını
- ağrılı olub – olmamasını, ağrının daha çox hansı hissədə olmasını
USM ( ultrasəs müayinəsi ).
Ultrasəs müayinəsi prostat vəzi toxuması haqqında demək olar ki, həkimə lazım olan bütün göstəriciləri verir. Prosat vəzin ölçüləri, həcmi, prostat toxumasının sərtliyi, konsistensiyası,kista, daşın, adenoma, şişin olması və.s sidik ifrazından sonra kisədə sidik qalmasını müəyyən edir. Prostat vəzin usm – lə müayinəsi həm transabdominal ( yəni usm datçiki xəstənin qarnının aşağı hissəsinə, sidik kisəsi proyeksiyasına qoymaqla ), həm də transrektal icra olunur. Transrektal müayinə dedikdə usm aparatının datçikinin xəstənin düz bağırsağına salınmaqla prostatın müayinəsi başa düşülür. Transabdominal və transrektal müayinə üçün usm aparatın datçikləri fərqlənir. Pasientlər usm müayinəsinə gələrkən sidik kisəsi dolu vəziyyətdə olmaları vacibdir.
Prostatitin kompleks müalicəsi.
Bütün digər xroniki xəstəliklərdə olduğu kimi xroniki prostatitin də müalicəsində kompleks yanaşma və ardıcıllıq prinsiplərinə ciddi əməl olunmalıdır.
- İlk növbədə isə xəstənin həyat, düşüncə tərzini, dəyişməyə cəhd göstərmək, soyuqdəymə, az hərəkətlilik, siqaret və spirtli içkilər, və.s kimi zərərli vərdişlərdən uzaqlaşdırmaq lazımdır.
- Nisbətən requlyar cinsi həyat tərzinə keçməsi. Bunlar isə xətəliyin müalicəsinin daha uğurlu başlanğıcı olmaqla sonradan təyin olunacaq müalicənin effektivliyini təmin edir. ( Xroniki prostatit müalicə )
Xroniki prostatitli xəstələr nəyə diqqət yetirməlidirlər ?
- nisbətən requlyar cinsi həyat yaşamalı.
- eyakulyasiya ( boşalma ) anında məcburi şəkildə cinsi aktın uzanmasına çalışmamalı
- soyuqdan qorunmalı.
- soyuq havalarda axşamlar 20 – 30 dəqiqə isti vanna qəbul eləməli.
- dənizdən yaxud hovuzdan çıxdıqda yaş paltarla gəzməməli, onu dərhal dəyişməli.
- soyuq beton və ya yerdə oturmamalı.
- qəbizlik olmamalı.
- ədviyyatlı, acılı, turşulu yeməklər yeməməli.
- hərəktsiz oturaq həyatdan uzaq olmalıdırlar.
Nəzərə alsaq ki, əgər prostat vəzin çəkisi yetkin insanda 20 – 25 qramdırsa, yetkin insanın çəkisi 70 kq – dır. Ona görə də əgər biz istəyiriksə ki, xroniki prostatit ilə müraciət edən pasienti sağaldaq, bunun üçün mütləq yerli təsir edən fizioterapiya metodlarından və masajdan istifadə eləməklə prostat vəzinin qan dövranını yaxşılaşdırmalı və bununla da prostata gələn qanın miqdarını artırmalıyıq.
Xroniki prostatit və prostat masajı.
Həmçinin nəzərə almaq lazımdır ki, prostat vəzin axacaqları, hansı ki, sidik kanalına açılır, onların mənfəzi iltihabı möhtəviyyatla və irinlə dolur ( mikroabses ) və axacaqların ağzını tıxac kimi tutur. İltihab əleyhinə təyin olunan dərman preparatları bu mikroabseslərə gəlib çatmır, çünki bu nahiyyələrdə qan dövranı yoxdur. Bu halda həkimin köməyinə prostat trenajorlar adlanan proststik massajorlar gəlir.
Əvvəllər çox geniş tətbiq olunan və düz bağırsaqdan edilən prostat masajı çox narahat və diskomfortlu proseduradır. Xəstələrin çoxu ondan imtina edir. Həmçinin prostat masajı çox travmatik proseduradır. Belə halda xroniki prostatit olan xəstələrin köməyinə prostat trenajorlar gəlir. Prostat trenajorlar müxtəlif modifikasiyalarda, müxtəlif formada istehsal olunur və təsir mexanizmləri prostat vəzi toxumasının qan təchizatının normallaşmasına yönəlib. Xəstə trenajorun yəhər hissəsində oturur. Prostat trenajorun pultu xəstəyə verilir və həkimin göstərişlərinə əsasən masajın intensivliyini xəstə özü tənzimləyir.
Prostat trenajorlar haqqında ayrıca bölmədə ətraflı məlumat verilib.
Xroniki prostatit olan xəstələrin dispanser müalicəsi dedikdə nə nəzərdə tutulur?
- Müalicədən sonrakı ilk ayın tamamında təkrar həkim qəbulu
- İkinci kontrol vizit birinci müalicədən 3 ay sonra
- Üçüncü vizit birinci kurs müalicədən 6 ay sonra
- Daha sonra isə ildə iki dəfə həkim uroloqun qəbulunda olmalıdırlar. ( Xroniki prostatit müalicəsi ).
Xroniki prostatitin fəsadları.
Xroniki prostatit vaxtında müalicə olunmazsa yaxud düzgün müalicə olunmazsa nə ilə nəticələnə bilər ?
- cinsi zəiflik.
- kişi sonsuzluğu.
- prostat adenoması ( hiperplaziyası ).
- prostat xərçəngi ( prostatitlə prostat xərçəngi arasında birbaşa əlaqə olmasa da, uzun müddət daham edən xroniki iltihabıi fon xərçəg prosesinə başlangıc verə bilər. Xüsusən də prostat xərçənginə irsi meyillik olduqda)
- prostat vəzin daşları.
- sidik kisəsi daşları – müalicəsi cərrahi yolladır.
- sidik kanalında daralma ( striktura ) – müalicəsi cərrahi yolladır.
Prostatit prostat xərçənginə yol aça bilərmi?
Birbaşa deyil, lakin dolayı olaraq xroniki prostatit prostat xərçənginin inkişafı üçün zəmin yarada bilər, əsasən də ailəvi olaraq prostat xərçənginə irsi meyillik olan şəxslərdə. Belə irsi meyillik olan insanlarda xroniki prostatit təsbit edildikdən sonra ildə iki dəfə qanda PSA ( prostatspesifik antigen ) yoxlanması məsləhət olunur. PSA – nın iki fraksiyası müəyyən edilmişdir. Ümumi PSA və sərbəst PSA. Xərçəngin daha ilkin mərhələdə təyin edilməsində və orta yaşama müddətinin uzadılmasında PSA müayinəsinin dinamik olaraq ildə iki dəfə yoxlanmasının mühüm əhəmiyyəti var.
PSA haqqında əlavə məlumat xüsusi bölmədə verilmişdir.
http://androloq.az/uslugi/prostat-spesifik-antigen-psa/
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.