Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Uşaqlarda cinsi inkişaf, uşaq uroloqu Ziyad Əliyev

Uşaqlarda cinsi inkişaf, uşaq uroloqu, cinsi inkişafdan qalmanın müalicəsi. Uşaqlarda ereksiya, kiçik cinsi orqan, cinsi orqanın sərtləşməsi uşaqlarda.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Uşaqlarda cinsi inkişaf, uşaq uroloqu bu barədə ətraflı.

    Uşaqlarda cinsi inkişaf, uşaq uroloqu, cinsi inkişafdan qalmanın müalicəsi. Uşaqlarda ereksiya, kiçik cinsi orqan, cinsi orqanın sərtləşməsi uşaqlarda.

    Uşaqlarda ereksiya

    Uşaqlarda cinsi inkişaf və ereksiya anlayışı nədir ? Hər hansı faktorun təsirindən cinsi orqanın sərtləşməsi, bərkiməsi ( durması ) ereksiya adlanır. Ereksiyanın müxtəlif formaları haqqında digər məqalələrdə ətraflı yazmışam.

    https://androloq.az/uslugi/ereksiya-n-dir/ .

    Hələ ana bətnində olarkən, bətndaxili inkişafın sonlarına yaxın döldə ereksiya epizodları hiss olunur. Uşaq doğulduqdan sonra da 2 – 3 yaşına qədər qısamüddətli ereksiya epizodları olur. 3,5 – 4 yaşından etibarən artıq ereksiya epizodları daha dayanıqlı xarakter alır. Gün ərzində 4 – 5 dəfə, həçinin yuxuda olarkən yaranır. Bəzən uşağın yuxudan oyanmasına qədər gətirib çıxarır. Adi vəziyyətdə ( ereksiya olmadıqda ) cinsi orqana arterial qan axını çox zəif olur. Bildiyimiz kimi bütün canlı hücüyrələrin yaşaması, həyat fəaliyyəti üçün lazımı qida maddələri və oksigen məhz arterial qanla onlara çatdırılır. ( uşaqlarda cinsi inkişaf, uşaq urloqu bu barədə )

    Uzun müddət ( bir neçə saat, bir neçə gün ) ereksiya olmadıqda cinsi orqana arterial qanın yetərincə daxil olmadığından cinsi orqanı təşkil edən hüceyrələrdə qida və oksigen aclığı yaranır. Müəyyən müddət hücüyrələr bu aclığa dözüm göstərməyə çalışırlar. Aclıq davam etdikcə onlarda sanki bir ereksiya tələbatı yaranır.

    Uşaqlarda cinsi inkişaf və ereksiya. Cinsi orqan hüceyrələrində özünəməxsus tənəffüs və qidalanma uşaqlarda ereksiyaya səbəb olur.

    Uşaqlarda cinnsi inkişaf və ereksiya. Cinsi orqanı təşkil edən hüceyrələr də digər orqanlar kimi qida maddələri və oksigenə ehtiyac duyur. Bunun üçün isə orqana normal miqdarda arterial qan axını olmalıdır. Cinsi orqana normal miqdarda qan axını isə əsasən ereksiya zamanı olur.

    Hüceyrələrdə ciddi aclıq həyəcanı axırıncı ereksiyadan təqribən 48 saat sonra yaranır. Əgər bu həyəcana bütünlükdə orqanizim bir cavab vermək istəmirsə yaxud baş beyinin bu işdə hətta marağı yoxdursa ( cinsi qıcıqlandırıcının olmaması ), mağaralı cismi daxildən örtən endoteli hücüyrələri özləri bu aclığa cavab vermək məcburiyyətində qalır. Belə ki, endotel hüceyrələri xüsusi bioloji aktiv maddə hazırlayaraq qana ifraz edir. Bunun nəticəsində ereksiyanın yaranması üçün heç bir lüzum olmadığı halda və şəraitdə ereksiya yaranır. Bildiyimiz kimi ereksiya zamanı orqana güclü arterial qan axını olur. Arterial qanla orqana həm çoxlu qida maddələri həm də oksigen daxil olur. Məhz gecə ereksiyalarının hesabına cinsi orqan belə aclıq  imtahanına çəkilmir. Gecələr özü – özünə yaranan ereksiyanın hesabına öz oksigen və qida maddələrinə olan təlabatını ödəmiş olur. Belə spontan ereksiyalar uşaqlar və ümumiyyətlə cinsi həyat yaşamıyan insanlar üçün xüsusilə vacibdir.

    Uşaqlarda cinsi inkişaf, uşaq uroloqu, cinsi inkişafdan qalmanın müalicəsi. Uşaqlarda ereksiya, kiçik cinsi orqan, cinsi orqanın sərtləşməsi uşaqlarda.

    androloq.az

    Səhər ereksiyaları da gecə ereksiyalarının davamıdır. Onlardan heç nə ilə fərqlənmir, hansı ki, səhərlər hətta bizi yuxudan oyadır. Lakin bəzi alimlərin fikrincə səhər ereksiyaları daha çox refleksogen xarakter daşıyır. Yəni sidik kisəsinin dolması, gərginləşməsi ilə əlaqəli yaranan ereksiyadır. Amma bunu nə təsdiq nə də inkar eliyən sübutlar yoxdur.

     

    Uşaqlarda cinsi inkişaf və ereksiya. Niyə gecə və səhər ereksiyaları yaranır yəqin ki, sizə aydın oldu.

    Bir sıra xəstəliklər zamanı gecə ereksiyaları kəskin zəifləyir hətta olmur. Bu isə cinsi orqan toxumalarında xroniki hipoksiya və qida maddələri çatışmazlığı yaradır. Nəticədə isə cinsi orqanın əsasını təşkil edən mağaralı cismdə ciddi destruktiv dəyişikliklər yaranır. Bu isə öz növbəsində müalicəyə çox çətin tabe olan haldır. Ona görə də uşaqlarda belə ereksiya epizodlarının olması olduqca vacibdir. Kişinin normal cinsi sağlamlığı üçün çox vacibdir.

    Buna görə də uşaqlarda belə ereksiya epizodlarının olması cinsi orqanın əsası olan mağaralı cisimi ( kavernoz cisim ) təşkil edən toxumanın qidalanma xarakterindən irəli gəlir. Mağaralı cisim əzələlərinin boşalması ilə mağaralı cismin mağaralarının ( boşluqlarının ) genişlənməsi baş verir. Bu boşluqlarda mənfi təzyiq yaranaraq ora güclü qan axını cəlb olunur. Güclü qan axını nəticəsində boşluqlarda təzyiq kəskin yüksəlir, boşluqlar şişir, gərginləşir və cinsi orqandan venoz qanı aparan vena damarlarını kompressiya edir, yəni sıxır. Beləliklə onları sıxaraq qanın cinsi orqandan getməsinə mane olur və əlavə olaraq mağaralı cismin boşluqlarında təzyiqin yüksəlməsinə şərait yaradır. Bu mexanizmə korporal venooklyusiv ( okklyuziya – qapanma, sıxılma deməkdir ) mexanizim deyilir. Nəticədə cinsi orqan daha da sərtləşir və bu vəziyyət ereksiya adlanır.

    Ereksiya zamanı arterial qanın cinsi orqana axınının güclənməsi ilə cinsi orqanın toxumasına çoxlu qidalı maddələr, oksigen çatdırılır. Hər dəfə belə ereksiya epizodlarında mağaralı cismin boşluqları daha çox qanla dolur. Ona görə də  əvvəlki dəfələrə nisbətən daha çox gərgin olur. Ümumilikdə mağaralı cismin həm də ayrı – ayrı mağaraların böyüməsinə, nəticədə isə cinsi orqanın böyüməsinə səbəb olur.

    Göründüyü kimi uşaqlarda və yeniyetmələrdə olan spontan ( öz – özünə yaranan ) ereksiyanın əhəmiyyəti cinsi orqanın normal inkişafı, böyüməsi baxımından çox əhəmiyyətlidir.

     

    Uşaqlarda cinsi inkişaf və ereksiya. Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

     

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər