Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Ereksiyanın formaları. Erksiya nədir ?

Ereksiya nədir, cinsi zəifliyin səbəbləri, müalicəsi - uroloq Ziyad Əliyev

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Ereksiya nədir?

    Cinsi orqanın sərtləşməsi ereksiya adlanır. Ereksiya olması üçün cinsi orqana gələn arterial qanın axını bir neçə dəfə yüksəlir. Əksinə olaraq cinsi orqandan gedən venoz qanın axını bir neçə dəfə zəifləyir. Nəticədə cinsi orqanın daxilində qanın ləngiməsi baş verir. Bu isə cinsi orqanı təşkil edən mağaralı cisimin mağaralarının qanla dolmasına və cinsi orqanın sərtləşməsinə gətirib çıxarır. Məhz bu hal ereksiya adlanır. Erigere – latın dilində sərtləşmiş, qalxmış, yüksəlmiş, yetişmiş mənasını verir. Ereksiya ərəfəsində cinsi orqana gələn arterial qanın axını 8 – 10 dəfədən 25 dəfəyə qədər arta bilir. Ereksiya zamanı cinsi orqanın ölçüsü 2,5 – 4 dəfə böyüyür, uzunluğu orta hesabla 12 – 16 sm – ə qədər uzanır. Ereksiya cinsi qıcıqlandırıcı olmadan da yarana bilir. Buna spontan erksiya deyilir. Aşağıda ereksiyanın müxtəlif formaları haqqında ətraflı məlumat yazmışam. ( Ereksiya nədir )

     

    Ereksiyanın yaranma mexanizminə görə 3 forması ayırd edilir.

     

    1. psixogen
    2. refleksogen
    3. spontan – yuxuda yaranan ereksiyalar, səhər ereksiyalar

     

    Psixogen ereksiya nədir ?

    Ereksiya nədir, androloq - uroloq ziyad aliyev

    Ereksiya nədir, necə yaranır?

    Psixogen ereksiya erotik fantaziyalarla yaranır. Məsələn, erotik qıcıqlandırıcını görmə, eşitmə, təsəvvür, təxəyyül, xəyal etmə, iyini hiss eləməklə, cazibəsi ilə yaranır. Bu zaman baş beyinin göstərişi ilə cinsi orqana gələn qan axını kəskin artır. Həmçinin digər köməkçi mexanizmlər işə düşür. Nəticədə cinsi orqan sərtləşir, ereksiya halına gəlir.

     

    Refleksogen ereksiya nədir ?  – sidik kisə dolu olduqda da ereksiya yaranır, bu nə ilə əlaqədardır ?

    Refleksogen ereksiya yalnız erogen zonaların mexaniki qıcıqlanması ilə yaranmır. Həmçinin sidik kisə, hətta düz bagırsaq divarı və anal dəlik nahiyyəsinin qıcıqlanması nəticəsində də yarana bilir. Buna misal olaraq bəzən sidik kisə gərgin dolduğu zaman yaranan ereksiyanı xatırlayaq. Defekasiya aktı ( nəcis ifrazı ) öncəsi yaranan ereksiya da buna misal ola bilər. Bunun səbəbi sidik kisə və düz bağırsağın dolması nəticəsində çanağın sinir ucluqlarının mexaniki qıcıqlanmasıdır. Sidik kisəsi boşaldıqdan və defekasiya aktından sonra bu ereksiya özbaşına sönür. Refleksogen ereksiya, onurğa beyində yerləşən ereksiyaya cavabdeh olan xüsusi mərkəzin qıcığa qarşı müvafiq reaksiyasıdır. Bu ereksiya baş beyinlə razılaşdırılmadan,  “ məsləhətləşmədən ” oradakı ereksiya mərkəzinin müdaxiləsi, əmri olmadan, yalnız onurğa beyinin nəzarəti altında yaranır. ( ereksiya nədir )

    Ereksiyanın yaranmasında adətən eyni vaxtda həm psixogen həm də refleksogen faktorlar iştirak edir. Lakin bir sıra hallarda, xüsusən də cavan, yeniyetmə uşaqlarda yalnız psixogen ereksiya ola bilir. Yaxud da əksinə yalnız refleksogen ereksiya ola bilir. Nisbətən yaşlı insanlarda isə ereksiyanın yaranması üçün refleksogen və psixogen faktorlar eyni vaxtda iştirak etməlidirlər. Ereksiya yarandıqdan sonra cinsi qıcıqlandırıcının təsiri davam edirsə və daha da güclənirsə bu halda ereksiya sperm kütləsinin xaric olması ( eyakulyasiya ) ilə nəticələnir. Əksinə olaraq ereksiya yarandıqdan sonra cinsi qıcıqların intensivliyi olduğu kimi qalırsa yaxud azalırsa, yavaşıyırsa, cinsi orqanın qanla dolma intensivliyi azalır və cinsi orqan eyakulyasiya olmadan tədricən yumşalır.

     

    Spontan ereksiya nədir ? – gecə yaranan ereksiya nəyə xidmət edir?
    Ereksiya nədir

    androloq.az

    Spontan ereksiya isə özbaşına, heç bir cinsi qıcıqlandırıcının təsiri olmadan və baş beyinin iştirakı olmadan yaranan ereksiyadır. Məsələn : yuxuda olarkən ( gecə və səhərə yaxın ), ereksiyanın yaranmasına gərək, lüzum olmayan situasiyalarda, hovuzda, dənizdə çimərkən yaranan ereksiya. Spontan ereksiya əks cinsə olan maraqdan yaranmayan və cinsi orqanın normal qan təchizatına yönələn profilaktik ereksiyadır.

    Spontan ereksiya gecə ərzində orta hesabla 4 – 6 dəfə olur və hər dəfə 10 – 15 dəqiqədən 40 – 45 dəqiqəyə qədər davam edir. Bu isə ümumilikdə gecə yuxusunun 15 – 20 % – ə qədərini təşkil edir. Sayca 6 – cı ereksiya adətən gecə yuxusu 8 saatdan artıq olan kişilərdə rast gəlinir. Bu isə səhər ereksiyasına müvafiq gəlir. ( ereksiya nədir )

    Müəyyən olub ki, gecə erksiyaları sürətli yuxu fazasına təsadüf edir və təqribən sürətli yuxu fazasının davam etdiyi müddətdə saxlanılır. Əgər biz yatmış bir sağlam kişini sürətli yuxu fazasında olmuşkən oyadsaq onun cinsi orqanının ereksiya vəziyyətində olmasını görmək şansımız çox yüksəkdir. Amma biz ondan hansısa bir erotik yuxu görüb – görmədiyini soruşsaq o heç nə xatırlamadığını yaxud ümumiyyətlə belə yuxu görmədiyini deyəcək. Ona görə də gecə ereksiyaları cinsi qıcıqlandırıcıya olan reaksiya olmayıb, orqanizmin özünümüdafiə reaksiyasıdır və spontan ereksiya adlanır.

    Normal sağlam kişidə spontan ereksiya bütün ömür boyu davam edə bilir, lakin onun yaranma tezliyi və keyfiyyəti, sürətli yuxu fazasına mənfi təsir edən faktorların təsirindən zəifləyə bilər yaxud itər. Bu faktorlara sakitləşdirici, yuxugətirici dərman preparatları, trankvilizator adlanan dərman preparatları, həmçinin narkotik vasitələr aiddir.

     

    Ereksiya hansı yaşda başlayır?

    Hələ ana bətnində olarkən, bətndaxili inkişafın sonlarına yaxın döldə eresiya epizodik olaraq hiss olunur. Uşaq doğulduqdan sonra da 2 – 3 yaşına qədər qısamüddətli ereksiya epizodları olur. 3,5 – 4 yaşından etibarən artıq ereksiya epizodları daha dayanıqlı xarakter alır. Gün ərzində 4 – 5 dəfə, həmçinin yuxuda olarkən yaranır, bəzən uşağın yuxudan oyanmasına qədər gətirib çıxarır. Adi vəziyyətdə ( ereksiya olmadıqda ) cinsi orqana demək olar çox cüzi arterial qan axını olur. Hansı ki, bütün canlı hücüyrələrin yaşaması, həyat fəaliyyəti üçün lazımi qida maddələri və oksigen məhz arterial qanla onlara çatdırılır. (ereksiya nədir )

     

    Ereksiya nədir

    Uşaqlarda ereksiya

    Uzun müddət ( bir neçə saat, bir neçə gün ) ereksiya olmadıqda cinsi orqanı təşkil eliyən hüceyrələrdə oksigen aclığı ( hipoksiya ), qida maddələrinin çatışmazlığı yaranır. Müəyyən müddət hücüyrələr bu aclığa dözüm göstərməyə çalışırlar. Aclıq davam etdikcə onlarda sanki bir ereksiya tələbatı yaranır.

     

    Uşaqlarda yaranan ereksiyanın səbəbi nədir?

    Hücüyrələr arasında daha ciddi aclıq həyəcanı axırıncı ereksiyadan təqribən 48 saat sonra yaranır. Əgər bu həyəcana bütünlükdə orqanizim bir cavab vermək istəmirsə, yaxud baş beyinin bu işdə hətta marağı yoxdursa ( cinsi qıcıqlandırıcı olmadığı halda ), mağaralı cismi daxildən örtən endoteli hücüyrələri özləri bu aclığa cavab vermək məcburiyyətində qalır. Onlar xüsusi bioloji aktiv maddələr hazırlayaraq  hətta ereksiyanın yaranması üçün heç bir lüzum, zərurət olmayan yerdə və şəraitdə ereksiya yaradır. Bununla da güclü arterial qan axını hesabına cinsi orqan özünün oksigen və qidalı maddələr çatışmazlığından xilas edir.

    Məhz gecə ereksiyalarının hesabına cinsi orqan hüceyrələri aclıq imtahanına çəkilmir. Gecələr özü – özünə yaranan ereksiyanın hesabına oksigen və qida maddələrinə olan təlabatını ödənilir. Belə spontan ereksiyalar uşaqlar və ümumiyyətlə cinsi həyat yaşamıyan insanlar üçün xüsusilə vacibdir. Səhər ereksiyaları da gecə ereksiyalarının davamıdır. Onlardan heç nə ilə fərqlənmir. Hansı ki, səhərlər hətta bizi yuxudan oyadır. Lakin bəzi alimlərin fikrincə səhər ereksiyaları daha çox refleksogen xarakter daşıyır. Yəni, sidik kisəsinin dolması, gərginləşməsi ilə əlaqəli yaranan ereksiyadır. Amma bunu nə təsdiq nə də inkar eliyən sübutlar yoxdur.

     

    Gecə ereksiyası olmasa nə baş verər?

    Bir sıra xəstəliklər zamanı gecə ereksiyaları kəskin zəifləyir hətta olmur. Bu isə cinsi orqan toxumalarında xroniki hipoksiya və qida maddələri çatışmazlığı yaradır. Nəticədə isə cinsi orqanın əsasını təşkil edən mağaralı cismdə ciddi destruktiv dəyişikliklərinə yaranır. Bu isə öz növbəsində müalicəyə çox çətin tabe olan haldır. Ona görə də uşaqlarda belə ereksiya epizodlarının olması olduqca vacibdir. Kişinin normal cinsi sağlamlığı üçün çox vacibdir. ( süngəri cisim, kavernoz cisim )

     

    Ereksiya nədir

    Səhər ereksiyası nədir ?

    Mağaralı cisim əzələlərinin boşalması ilə mağaralı cismin mağaralarının ( boşluqlarının ) genişlənməsi baş verir və bu boşluqlarda mənfi təzyiq yaranaraq ora güclü qan axını cəlb olunur. Güclü qan axını nəticəsində boşluqlarda təzyiq kəskin yüksəlir, boşluqlar şişir, gərginləşir və cinsi orqandan venoz qanı aparan vena damarlarına kompressiya edib onları sıxaraq qanın cinsi orqandan getməsinə mane olur və əlavə olaraq mağaralı cismin boşluqlarında təzyiqin yüksəlməsinə şərait yaradır. Bu mexanizmə korporal venooklyusiv ( okklyuziya – qapanma, sıxılma deməkdir ) mexanizim deyilir.

    Nəticədə isə cinsi orqan daha da sərtləşir və bu vəziyyət – ereksiya adlanır. Ereksiya zamanı arterial qanın cinsi orqana axınının güclənməsi ilə cinsi orqanın toxumasına çoxlu qidalı maddələr, oksigen çatdırılır. Hər dəfə belə ereksiya epizodlarında mağaralı cismin boşluqları daha çox qanla dolur, əvvəlkinə nisbətən daha çox gərgin olaraq həm ümumilikdə mağaralı cismin həm də ayrı –  ayrı mağaraların böyüməsinə, nəticədə isə cinsi orqanın böyüməsinə səbəb olmuş olur. Beləliklə də uşaqlarda və yeniyetmələrdə olan spontan ( öz – özünə yaranan) ereksiyaların necə vacib bir proses olduğu məlum olmuşdur.

     

    Ereksiya qabiliyyəti nə vaxt zəifləməyə başlayır?

    Təqribən 20 yaşında cavan oglanda ereksiya maksimim həddə çatır və bundan sonra isə get – gedə zəifləməyə başlayır. Bu zəifləmə çox zəif sürətlə gediyindən 30 yaşa qədər kişilər çox vaxt bunu hiss eləmirlər, hətta bu barədə fikirləşmək onların ağlına da gəlmir. Lakin hər sonrakı iki ildə onlar keçən ildəkinə nisbətən zəiflədiklərini hiss eləməyə başlayırlar.

     

    Ereksiya qabiliyyəti və mayalandırmaq ( döl yaratmaq ) . Ereksiya qabiliyyəti ilə mayalandırmaq qabiliyyəti arasında hər hansı bir əlaqə varmı?

    Məlum olmuşdur ki, bu iki məfhum arasında əlaqə yoxdur. Yəni ki, ereksiyanın olmadığı halda mayalandırmaq qabiliyyəti saxlana bilir, eyni zamanda da ereksiya tam normal olduğu halda mayalandırmaq qabiliyyəti olmaya bilir. Buna misal olaraq azoospermiya olan pasientləri göstərmək olar ( sonsuzluq və spermatologiya bölməsində azoospermiya haqqında ətraflı məlumat verilmişdir ).

     

    Ereksiya və testosteron

    İnsan orqanizimdə testosteronun pik həddi orta hesabla 30 yaşa təsadüf edirsə, ereksiyanın piki 20 yaş hesab olunur. Həmçinin ereksiyanın zəifləməsinə testosteronun azalması səbəb ola bildiyi kimi artması da səbəb ola bilər. Bəzi insanlar elə hesab edirlər ki, süni şəkildə testosteronu artırdıqda ereksiya onları “ göyün yeddinci qatına “ qaldıracaq, lakin əksinə olması da mümkündür və hətta ereksiya tamamilə itə bilir.

     

    Ereksiyanın yaranması insanın milliyyəti, yaşadığı iqlim qurşağı və digər faktorlarla nə dərəcədə əlaqədardır ?

    Çoxsaylı tədqiqatların nəticəsi olaraq belə bir nəticəyə gəlinib ki, cənub yarımkürəsinin ( cənub qütbünün ) xalqlarında ereksiya daha tez yaranır və daha tez sönür. Şimal qütbündə yaşayan xalqlarda isə daha gec yaranır və nisbətən daha uzun davam edir. Sözsüz ki, ereksiyanın fərdiliyini qeyd eləməliyik və bu sadəcə olaraq ümumi manitoringlərdə gəlinmiş bir nəticədir.

     

    Requlyar cinsi həyat nədir və ereksiyaya necə təsir göstərir?

    Çox intensiv və çox nadir cinsi həyat tərzi əksinə cinsi orqanın sanki yorulması yaxud unudulması hissiyyatını yaradır. Hətta dənizçi impotensiyası ( erektil disfunksiyası ) adlanan belə bir anlayış da var erektil disfunksiyaya həsr olunmuş elmi ədəbiyatlarda. Belə ki, bir neçə aylıq dəniz səyahəti zamanı cinsi həyat yaşamayan lakin çox arzuladıqları, hətta açgözlüklə təsəvvür etdikləri cinsi həyatı, dənizçilər geriyə evə, ailələrinə döndükdən sonra icra edə bilmirlər. Sanki orqanizmdə bir unudqanlıq, çaşqınlıq yaranır. Bu hal dənizçilər və requlyar cinsi həyat yaşayıb sonradan uzun müddət yaşamıyan insanlarda nisbətən tez – tez rast gəlinən bir hal olduğu üçün artıq ədəbiyyatda da yer alıb.

     

    Normal requlyar cinsi həyat necə olmalıdır ?

    Cinsi həyatın rasional bir rejimi yoxdur. Belə ki, alimlərin bir qisminin fikrinə görə insan öz orqanizminin ereksiya imkanlarını, cinsi istəyini bilərəkdən söndürməməli, basqılamamalıdır. Yəni ki, əgər ereksiya qabiliyyəti ona imkan verirsə, bir gündə yaxud həftədə bir neçə dəfə cinsi əlaqədə olsun.

    Sağlam ereksiya kişi sağlamlığının əsas göstəricilərindəndir. Başqa bir qrup alimlərin fikrincə bütün digər orqan və sistemlərin normal həyat fəaliyyəti üçün zəruri olan requlyarlıq, sistemlilik cinsi həyata da tətbiq edilməlidir. Belə ki, insan öz cinsi həyatını düzənli bir şəkildə rejimə salmalı, həftədə iki – üç dəfə, hər dəfədə bir – iki dəfədən çox olmamaq şərtilə cinsi əlaqədə olmalıdır. Bu halda insanın cinsi imkanları daha böyük, ereksiya daha sağlam olar. Hal – hazırda bu məqaləni oxuyan insanlardan kim isə burada yazılandan daha gec – gec cinsi əlaqədə olursa, bu onlarda zəiflik qorxusu, həyəcanı yaradmasın, çünki bütün bu rəqəmlər nisbidir, fərdidir. Çünki, müxtəlif orqanizimlərin potensial imkanları müxtəlifdir, ona görə də bunun üçün qəbul olunmuş bir norma yoxdur. ( ereksiya nədir)

     

    Ereksiya və cinsi zəiflik haqqında digər məlumatları saytın digər məqalələrində oxuya bilərsiniz.

     

    http://androloq.az/uslugi/ereksiya-nedir-cinsi-orqan-nece-sertlesir/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    ( Ereksiya nədir,cinsi zəiflik )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər