Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikoselin fəsadı ( varikoselin fəsadları ).

Varikoselin fəsadı, varikoselin fəsadları, varikoselin nəticəsi androloq Ziyad

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin fəsadı, ağırlaşması.

    – kişi sonsuzluğu

    – xayanın atrofiyası

     

    Varikoselin ən ciddi fəsadı kişi sonsuzluğudur.

    Varikoselenin ən çox rast gəlinən ağırlaşması sonsuzluqdur. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Belə ki, soyuqda büzüşür, istidə isə boşalır sallanır. Bu isə xayalarda gedən spermyaranma prosesinin ( spermatogenezin ) nə yüksək dəqiqliklə tənzimlənməsini və xaya toxumasının ətraf mühit temperaturuna çox həssas olmasını göstərir. Nəticədə isə sabit temperatur rejimi qorunmaqla xayaların gördüyü bu məsuliyyətli işin daha mükəmməl olması üçün optimal şərait yaranır. ( Varikoselin fəsadı, fəsadları haqqında mümkün qədər ətraflı məlumat verməyə çalışdım. )

    Soyuq havada xayalığın dərisi çox büzüşmüş olduqda ya varikoselenin olub – olmamasını, yaxud da müxtəlif dərəcələrini ayırd etmək nisbətən çətin olur, əsasən də səpələnmiş damar tipli, qadın tipdə piylənməsi olan, toxum ciyəsi elementləri nisbətən zəif inkişaf edən insanlarda. Bu halda xəstəyə müəyyən müddət isti yerdə qaldıqdan sonra, yaxud 5 – 10 dəqiqə aktiv fiziki işlə məşğul olduqdan ( pilləkənlə düşüb – qalxma, 15 – 20 dəfə oturub – durma hərəkətləri etdikdən ) sonra təkrar baxmalı, yaxud daha dəqiq nəticə üçün rəngli dopler müayinəsinə göndərmək lazımdır.

    Varikoselin fəsadı – xayanın atrofiyası ( xayanın ölçüsünün kiçilməsi, büzüşməsi ).

    Varikoselin fəsadı, varikoselin fəsadları, varikoselin nəticəsi androloq Ziyad

    androloq.az

    Xayanın atrofiyası dedikdə hər hansı bir səbəbdən xayanın ölçülərinin kiçilməsi, büzüşməsi başa düşülür. Yəni xayanın həcmi azalır, müvafiq olaraq xayanı təşkil edən hüceyrələr, o cümlədən sperm yaradan ( toxum yaradan ) hüceyrələr azalır. Atrofiya zamanı xaya toxumasında çox ciddi geridönməz dəyişiklik olur və bu da əksər hallarda sonsuzluğa və cinsi zəifliyə səbəb olur. Xaya atrofiyasına ən çox səbəb olan xəstəlik xayanın xayalıqdan kənarda yerləşməsidir. Bu əsasən uşaqlarda rast gəlinir və kriptorxizm adlanır. Kriptorxizm dedikdə enməmiş xaya nəzərdə tutulur. Yəni, belə uşaqlarda xaya xaya kisəsində deyil, qarında yaxud qasıq kanalında yerləşir. Xaya öz təbii yatağından kənarda qalıqda xaya toxumasının formalaşma prosesi pozulur. Belə ki, normal xaya toxuması birləşdirici toxuma adlandırdığımız toxuma ilə əvəz olunur.

    Varikoselin də ağırlaşmalarından ( fəsadlarından ) biri xaya atrofiyasıdır. Normal halda hər iki xayanın ölçüsü və konsistensiyası eyni olmalıdır. İki xayanın ölçüləri arasında fərq 3 kub sm – dən çox olmamalıdır. Varikoselenin 1 və 2 – ci dərəcəsində xayanın həcmi dəyişməz qalır. Bəzi ədəbiyyatlar hətta 2 – ci dərəcə varikoselede de xayanın hipotrofiyasını qeyd edirlər. Müvafiq olaraq 3 və 4 dərəcələrdə isə xayanın atrofiyası daha çox müşahidə olunur. Tətqiqatların nəticələrinə görə 2 – ci dərəcə varikoselede 34 % , 3 – cü dərəcədə isə 80 % – ə qədər hallarda atrofiya müşahidə olunur.

     

    Varikoselin fəsadı olan xaya atrofiyası nə ilə nəticələnə bilər ?

    – sonsuzluq

    – xayada ağrı

    – erektil disfunksiya

     

    Kliniki müşahidələr göstərir ki, varikosele fonunda atrofiya olan  pasientlərdə, əsasən də yeniyetmələrdə əməliyyatdan sonra xayanın həcmində böyümə müşahidə olunur. Bu çox vacib göstəricidir. Əgər yeniyetmə vaxtı varikosele aşkarlanıbsa deməli buna daha ciddi yanaşılmalıdır. Belə ki, vaxtında əməliyyat etdirməklə nəinki xayanı kiçilməkdən xilas edirik, hətta kiçilmiş xayaya qismən də olsa həcmini bərpa etmək imkanı veririk.

     

    https://androloq.az/uslugi/varikosel-nedir-sperma-faizi-sonsuzluq/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər