Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır?

Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ?

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ?  Varikosel zamanı niyə sonsuzluq yaranır ?

    Yəqin ki, hər biriniz sərbəst radikallar haqqında eşidmisiniz, əsasən də onların mənfi təsiri haqqında. Sərbəst radikallar nə dərəcədə təhlükəlidir və ondan qorunmaq mümkündürmü ? ( Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ? Bu barədə aşağıda ətraflı yazmışam)

    Sərbəst radikallar haqqında elmdə məlumat artdıqca bir sıra xəstəliklərin və hətta insanın qocalmasının da sərbəst radikallarla çox əlaqəsi müəyyən edilmişdir. Məsələn, sonsuzluq və onkoloji xəstəliklərlə mübarizədə istifadə olunan bir çox dərman preparatları ( antioksidantlar ) məhz sərbəst radikalların neytrallaşmasına, onların təsirinin aradan qaldırılmasına əsaslanır.

    Sərbəst radikal nədir ? Varikosel zamanı sərbəst radikallar niyə artır ? Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır?

     

    Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ?

    androloq.az

    Sərbəst radikallar dedikdə, xarici elektron təbəqəsi natamam olan, qeyri stabil atom və molekullar nəzərdə tutulur. Bu maddələr çox aktiv olurlar və asanlıqla digər molekullardan özünə elektron birləşdirərək öz xarici elektron təbəqəsini tamamlayır. Belə ki, canlı orqanizmin hüceyrələri normal, stabil ( xarici elektron təbəqəsi tamamlanmış yaxud dolmuş ) molekullardan təşkil olunub. Sərbəst radikallarin təsiri nəticəsində bu stabil molekullar oksidləşməyə məruz qalırlar, yəni ki, öz xarici elektron təbəqəsindəki elektronu sərbəst radikallara verir və bununla da sərbəst radikallar stabil molekulaya çevrilir. Əvəzində isə elektronu verən maddə özü ( hansı ki, canlı orqanızmin hüceyrəsini təşkil edir ) qeyri stabil maddəyə yəni sərbəst radikala çevrilir. ( Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ? )

    Sərbəst radikala çevrilən hər bir yeni molekula, əvvəllər inert ( başqa maddələrlə reaksiyaya girmək qabiliyyətinin olmaması ) olduğu halda sərbəst radikala çevrildikdən sonra kimyəvi aktivlik əldə edir və asanlıqla kimyəvi reaksiyalara girir. Beləliklə də hüceyrənin tamlığı pozulur və onun dağılmasının, məhvinin əsası qoyulur. Bununla da orqanizmdə sərbəst radikalların iştirakı ilə gedən kimyəvi reaksiyalar kaskadı işə düşür. Bütun bu proseslər məcmusu oksidativ stres adlanır. Məsələn, oksigenin sərbəst radikalı ilə oksidləşməyə məruz qalan kollagen molekulları kimyəvi cəhətdən o qədər aktiv olurlar ki, hətta öz aralarında reaksiyaya girib birləşirlər. Nəticədə tikilmiş kollagen alınır. Tikilmiş kollagen ( kollagen dimerləri ) adi kollagenə nisbətən az elastik olur və nəticədə isə dərinin elastikliyinin azalmasına və qocalmaya səbəb olur. Eləcə də digər orqan və sistemlərdə analoji proseslər müşahidə olunur. Varikoseledə xaya toxumasında sərbəst radikallarla zəngin olan venoz qanın ləngiməsi nətiəsində ən çox zərər görən spermatogen toxumadır ( yəni toxum yaradan hüceyrələr, yaxud toxum hüceyrələri ).

     

    Sərbəst radikalların təsiri daha mikroskopik hüceyrə orqanoidləri səviyyəsində olduğundan tam axıra qədər öyrənilməyib və elmə qaranlıq qalan məqamlar çoxdur.

     

    Oksidativ stres nədir və hüceyrə səviyəsində təsiri.

    Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ?

    androloq.az

    Ümumdünya  Səhiyyə Təşkilatının məlumatına görə 8 – 10 % – ə qədər hallarda kişi sonsuzluğu məhz sperm kütləsinin keyfiyyət göstəricilərinin ( morfoloji cəhətdən sağlam spermatozoidlərin azlığı ) aşağı olması ilə əlaqədar olaraq yaranır. Məlum olmuşdur ki, oksigenin aktiv formalarının ( sərbəst radikallar ) az miqdarda olması spermatozoidlərin normal həyat fəaliyyətləri üçün mühüm əhəmiyyət  kəsb edir. Belə ki, spermatozoid nüvəsindəki zülalların oksidləşməsində, tirozin zülalının fosforlaşması prosesində, DNT – nin ( Dezoksiribonuklein Turşusu -spermatozoid nüvəsinin əsasını təşkil edir ) formalaşmasında və spermatozoid səthinin yumurtahüceyrə ilə kontaktda olan hissəsinin böyüməsində və formalaşmasında vacib rol oynayır. Lakin, sərbəst radikalların orqanizmdə artıq miqdarda toplanması spermatozoid membranının, xromosom DNT – nin zədələnməsinə səbəb olmaqla onların əvvəlcə hərəkətsizləşməsinə daha sonra isə tələf olmalarına səbəb  olur. Bu hal oksidativ stres adlanır.

    Başqa sözlə, oksidativ stres dedikdə orqnizimdə sərbəst radikalların artması prosesi ilə onların neytrallaşaraq zərərsizləşməsi prosesi arasındakı balansın pozulması nəzərdə tutulur.

    Belə olan halda spermatozoidlər mayalandırmaq qabiliyyətlərini ( başqa sözlə desək fertilliyini ) ya tamamilə yaxud da qismən itirirlər. Bu zaman nisbətən aktivliyini saxlayan spermatozoid müxtəlif süni mayalanma proseduralarında istifadə edilərsə mayalanma ehtimalı çox aşağıdır. Əgər mayalanma baş tutarsa inkişafdan qalma ehtimalı çox yüksəkdir. Həmçinin DNT – si spermatozidin mayalandırdığı yumurtadan doğulan uşaqda müxtəlif genetik defektlərlərin və hətta xərçəng riskinin olması ehtimalı var. ( Oksidativ stres nədir, varikosel zamanı niyə sonsuzluq yaranır ? – Yəqin ki, az da olsa sizlərə izah edə bildim. )

     

    Sərbəst radikallar nə zaman artır?

    – qocalıq

    – siqaret çəkmək, narkotik maddələr, spirtli içkilər

    – iltihabi proses

    – varikosele https://androloq.az/uslugi/varikosel-nedir-sperma-faizi-sonsuzluq/

    – şəkərli diabet

    – piylənmə

    – vitamin çatışmazlığı və.s

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər