Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Erkən boşalma, tez boşalma, tez qurtarma, erkən eyakulyasiya, erkən qurtarma.

Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

QƏBULA YAZIL

Anonimlik qorunur

Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

androloq.az

Erkən boşalma, tez boşalma və ya erkən eyakulyasiya dedikdə cinsi əlaqənin, daha doğrusu eyakulyasiya prosesinin cinsi əlaqəyə qədər yaxud cinsi əlaqəyə başlayandan 1,5 – 2 dəq ərzində bitməsi halı başa düşülür. Başqa sözlə desək erkən boşalma eyakulyasiya prosesinin tənziminin pozulması ilə əlaqədar kişinin yaxud hər iki partnyorun kişidə tezləşmiş eyakulyasiya səbəbindən cinsi əlaqədən həzz ala bilmədiyi haldır.

Həmçinin, erkən boşalma anlayışı ilə yanaşı qısa cinsi əlaqə anlayışı da mövcuddur. Bunları fərqləndirmək lazımdır. Bu  hal, cinsi əlaqənin normal davam etməsi fonunda partnyorların cinsi əlaqəni uzatmaq istəyinin olması halıdır. Erkən boşalma cinsi disfunksiyalar arasında ən çox rast gəlinənidir. Daha çox gənc yaşlarda müşahidə olunur. Cinsi zəiflikdə olduğu kimi, kişinin özünə güvən hissini azaldır. Həyat keyfiyyətinə mənfi təsir göstərir. ( Erkən boşalma, tez boşalma)

 

Erkən boşalma, tez boşalma birincili və ikincili olmaqla iki forması vardır.

Birincili erkən boşalma dedikdə, ilkin cinsi həyata başlayandan müşahidə olunan erkən boşalma halı nəzərdə tutulur. Yəni, pasientdən soruşduqda ki, nə qədər vaxtdır özünüzdə erkən boşalma hiss edirsiz ?, sualına məndə həmişə belə olub deyirsə deməli söhbət birincili erkən boşalmadan gedir. Əksər hallarda bunun səbəbi cinsi orqan başının sinir həssaslığının yüksəlməsidir.

İkincili erkən boşalma dedikdə isə əvvəllər erkən boşalma hiss eləmiyən pasientdə erkən boşalmanın yaranmasıdır. Bu hal isə daha çox prostatit fonunda və psixoloji fonda yaranır. ( Erkən boşalma, tez boşalma )

 

Erkən boşalma, tez boşalma – səbəbləri.

Fizioloji və psixoloji olmaqla səbəblər iki qrupa bölünür.

Fizioloji faktorlara prostat, toxum kisəciklərinin iltihabı xəstəlikləri və cinsi orqan başının sinir həssaslığına bağlıdır. Prostat vəzin iltihabı prostatit adlanır. Toxum kisəciklərinin iltihabı isə vezikulitdir. Həmçinin toxum qabarının iltihabı da səbəb hesab oluna bilər. Bu isə kollikulit adlanır.

Prostatit zamanı erkən boşalma.

Məlum olmuşdur ki, xroniki prostatitli pasientlərdə cinsi funksiyaların pozulmasında müəyyən ardıcıllıq vardır.

Erkən boşalma – erektil disfunksiya ( cinsi zəiflik ) – libido azlığı ( cinsi əlaqəyə həvəs və maraq ). Bu pasientlərdə əvvəlcə erkən boşalma yaranır. Bu zaman ereksiya normal saxlanılır. Daha sonra erektil disfunksiya ( cinsi orqanda sərtləşmə problemləri ) yaranır. Amma cinsi istək, libido normal olur. Zaman keçdikcə artıq libio zəifliyi də yaranır.

Eyakulyasiya bəzən ağrılı olur. Xroniki prostatitin cinsi həzzin azalmasına və çox erkən boşalmaya səbəb olması sidik kanalının prostat vəzidən keçən hissəsində olan və toxum qabarı adlanan hissənin  iltihablaşması ilə əlaqələndirilir. Toxum qabarı iltihablaşdıqda ödemləşir, həcmi böyüyür, səthindəki sinir ucluqları daha həssas olur. Cinsi əlaqə öncəsi və cinsi əlaqə zamanı çanaq dibi əzələlərinin tonusunun artır. Onlar sürətlə yığılması zamanı sidik kanalının başlanğıc hissəsinin və prostat vəzin əzələlərinin də yığılması müşahidə olunur. Nəticədə isə toxum qabarının erkən qıcıqlanması eyakulyator mərkəzi erkən oyadır. Beləliklə də erkən eyakulyasiya ( boşalma ) baş verir.

Erkən boşalmanın digər bir səbəbi kimi isə cinsi orqan başının sinir həssaslığının yüksəlməsi hesab olunur. Cinsi orqan baş hissəsinin həssaslığının yüksəlməsi anadangəlmə və sonradan qazanılma ola bilir. Sonradan qazanılma, sünnət olunmayan kişilərdə cinsi orqanın baş hissəsinin iltihabı xəstəliklərindən ( fimoz, parafimoz, balanopostit ) sonra yaranır.

 

Prostatit və vezikulit zamanı yaranan erkən boşalmanın əsas əlamətləri – ( erkən boşalma, tez boşalma ).

Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

androloq.az

 

Prostatit dedikdə prostat vəzin iltihabı, vezikulit dedikdə toxum kisəciklərinin iltihabı nəzərdə tutulur.

  1. Cinsi əlaqənin davametmə müddəti dalğavari xarakter daşıyır. Yəni ki, həyatının müəyyən vaxtlarinda normal cinsi əlaqədə olan insanda ola bilər ki, çox erkən boşalma ilə bitən cinsi əlaqə olsun. Yəni xəstə ilə söhbət əsnasında məlum olur ki, onda hər dəfə erkən boşalma olmur.
  2. Erkən boşalma sonradan yaranır və belə insanlardan soruşduqda əvvəllər normal cinsi əlaqə yaşadıqlarını deyirlər. Yəni əvvəllər erkən boşalma olmayıb deyir.
  3. Eyakulyasiya ( boşalma ) cinsi əlaqəyə girənə qədər də ola bilir.
  4. Gün ərzində bir neçə dəfə cinsi əlaqədə olduqda birinci əlaqəyə nisbətən ikinci və sonrakı əlaqələrdə cinsi əlaqə müddəti nəzərəçarpacaq dərəcədə uzanır.
  5. Spirtli içkilər cinsi əlaqənin müddətini uzatmır və hətta qısaldır. Bəzən də cinsi əlaqəni mümkünsüz edir.
  6. Cinsi əlaqədən alınan həzz kəskin azalır və eyakulyasiya ( boşalma ) zamanı ağrı da ola bilir.
  7. Qoruyucu ilə cinsi əlaqədə olduqda cinsi əlaqənin müddəti uzanmır.
  8. Cinsi orqanın baş hissəsinə sürtülən anestetik ( hissiyyatı azaldan keyidici maddələr ) preparatlar cinsi əlaqənin uzanmasına səbəb olmur. ( Erkən boşalma, tez boşalma )

 

Cinsi orqan başında sinir həssaslığının yüksək olması ilə əlaqədar olan erkən boşalmanın əsas əlamətləri.

 

Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

androloq.az

 

  1. Cinsi əlaqənin davametmə müddəti dalğavari xarakter daşımır. Yəni demək olar ki, həmişə eyni olur yaxud çox cüzi fərqlənir.
  2. Kişinin bütün həyatı boyu müşahidə olunur. Pasientdən soruşduqda, onda həmişə erkən boşalma olduğunu deyir.
  3. Qoruyucu ilə cinsi əlaqədə olduqda cinsi əlaqənin vaxtı nəzərəçarpacaq dərəcədə uzanır.
  4. Həmçinin cinsi orqanın baş hissəsinə sürtülən anestetik ( hissiyyatı azaldan keyidici maddələr ) preparatlar cinsi əlaqənin uzanmasına səbəb olur.
  5. Cinsi əlaqənin başlanmasına qədər eyakulyasiyanın olması xarakter deyil.
  6. Spirtli içkilərin qəbulu cinsi əlaqə müddətini nəzərəçarpacaq dərəcədə uzadır. ( Erkən boşalma, tez boşalma )

Erkən boşalmanın cinsi orqanda sinir həssaslığının yüksəlməsilə nə dərəcədə əlaqədar olmasını necə müəyyən etmək olar ?

Bunun üçün lidokain sınağını yoxlamaq lazımdır

Bunun üçün pasient, prolonqator, eros və s lidokain tərkibli gellərdən istifadə edir. Yaxud da adi lidokain aerozoldan istifadə edə bilər. Əməliyyata göstəriş olduğunu müəyyən etmək üçün mütləq lidokain sınağı yoxlanılmalıdır. Cinsi əlaqədən 10 dəqiqə əvvəl yuxarıda adı çəkilən gel yaxud aerozol maddə cinsi orqan başına sürtülür yaxud fısqırdılır. 10 dəq keçdikdən sonra, cinsi orqanın başını nəm dəsmalla silib cinsi əlaqədə olmaq lazımdır. Əgər cinsi əlaqə müddəti nəzərəçarpacaq dərəcədə uzanırsa sınaq müsbət hesab olunur. Bu zaman erkən boşalmanın səbəbi cinsi orqan başında sinir həssaslığının yüksəlməsidir.

Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

androloq.az

Doğrudur bunun da konservativ müalicə yolları vardır. Lakin konservativ müalicə zamanı xəstələr ömür boyu müəyyən dərman preparatlarını qəbul etməlidir. Lakin daha radikal müalicə yolu mikrocərrahi əməliyyatdır. Bunun müalicəsi çox sadədir – cinsi orqan başının denervasiyası əməliyyatı. Belə pasientlərdə əməliyyatdan sonra cinsi əlaqə müddəti 5 – 7 dəfə və daha çox uzanır. Cinsi orqan başının denervasiyası dedikdə yerli keyitmə yaxud vena daxili narkoz altında lupa mikroskopla cinsi orqan başına gələn sinirlərin kəsilməsidir. Yaxud kəsilib yenidən tikilməsi başa düşülür.

Sünnət olunmamış insanlarda isə əvvəlcə sünnət əməliyyatı olunmalıdır. Çünki, sünnət olunduqdan sonra cinsi orqan başı daima alt paltara toxumaqla dərisi nisbətən kobudlaşır və həssaslığı azalır. Bu zaman cinsi əlaqə müddəti 2 – 3 dəfə uzana bilir. Əgər nəticə qane eləməzsə 3 ay sonra cinsi orqan başının mikroskopik denervasiyası əməliyyatı icra oluna bilər. ( erkən boşalma, tez boşalma )

 

Erkən boşalmanın mikrocərrahi müalicəsi. Cinsi orqan başının denervasiyası. ( Erkən boşalma, tez boşalma ).

Cinsi orqan başının sinir həssaslığının patoloji yüksəlməsilə əlaqədar olan ərkən boşalmanın ən effektiv və radikal müalicəsi cinsi orqan başının denervasiyası əməliyyatıdır.

Cinsi orqanın başının dərisinin üst ( səthi ) qatlarında həssas sinir ucluqları ( reseptorlar ) vardır. Bəzi kişilərdə bu sinir ucluqlarının həssaslığı patoloji hesab olunacaq dərəcədə yüksək olur. Cinsi əlaqə zamanı bu sinirlər həddən çox qıcıqlanır və erkən başalma baş verir. Nəticədə isə hər iki partnyor cinsi əlaqədən az həzz alır. Yaxud həzz almır. Kişidə özünə güvən və cinsi əlaqəyə maraq azalır. Bəzən hətta depressiyaya düşür.

Əməliyyata göstəriş olduğunu müəyyən etmək üçün mütləq lidokain sınağı yoxlanılmalıdır.

 

Cinsi orqan başının denervasiyası mikrocərrahi əməliyyatdır. Bu əməliyyatının bir neçə modifikasiyası mövcuddur.

  1. Cinsi orqan başının denervasiya – renervasiyası. Bu əməliyyat zamanı cinsi orqan başına gələn sinirlər xüsüsi mikrocərrahi texnikanın köməyilə kəsilir və yenidən uc – uca tikilir.

    Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

    androloq.az

  2. Cinsi orqan başının hissəvi yaxud selektiv ( mozaik ) denervasiyası. Cinsi orqan başına gedən sinirlərin bəzilərinin ( təqribən 50 % – i ) seçmə yolu ilə kəsilir. Sonradan uc – uca tikilir. Bu modifikasiya nisbətən yüngül hallarda icra edilir.
  3. Cinsi orqan başının tam denervasiyası ( yaxud qeyri selektiv denervasiya ) . Cinsi orqan başına gedən sinirlər kəsilir. Əsasən erkən boşalmanın daha ağır hallarında tətbiq edilir. Sonradan uc – uca tikməmək şərtilə .

Əməliyyatın bütün modifikasiyaları cinsi orqan başında həssaslığın azaldılmasına xidmət edir. Həmçinin qeyd etmək vacibdir ki, əməlyyatın cinsi orqanın sərtləşməsinə heç bir mənfi təsiri yoxdur. Çünki cinsi orqanın sərtləşməsinə cavabdeh olan sinirlərə burada toxunulmur. Əməliyyat əksər hallarda yerli keyitmə altında, cinsi orqanın başına yaxın hissədə təqribən 1,0 – 1,5 sm – lik kəsik aparmaqla icra olunur. Ambulator şəraitdə aparılır və pasient bir neçə saat sonra evə yazılır.

 

Erkən boşalmanın prixogen forması və əsas xarakterik əlamətləri.

  1. Erkən boşalmanın psixoloji forması əsasən daha gənc, cinsi həyata təzə başlamış kişilər üçün xarakterdir.
  2. Qeyri – requlyar cinsi həyat yaşayan və çox gec – gec cinsi əlaqədə olan kişilər üçün xarakterdir. Qeyri – requlyar cinsi həyat dedikdə düzənsiz cinsi həyat başa düşülür.
  3. Cinsi əlaqənin davametmə müddəti çox geniş diapazonda variasiya edə bilir. Yəni ki, müəyyən vaxtlar çox erkən boşalma ilə bitən cinsi əlaqə müşahidə olunduğu halda, başqa bir vaxt çox uzun davam edən cinsi əlaqə ola bilər. Psientlə söhbət əsnasında özü deyir ki, bəzən çox yaxşı olur. Uzun davam edən cinsi əlaqə yaşayıram. Bəzən isə çox erkən boşalıram.

    Erkən boşalma, tez boşalma, tez qurtarma, erken qurtarmaq, erken eyakulyasiya nedir, erkən boşalmaq, tam müalicə Bakıda androloq Ziyad Əliyev.

    androloq.az

  4. Müxtəlif cinsi partnyorlarala cinsi əlaqənin davametmə müddəti müxtəlif ola bilir.
  5. Adətən bir dəfədən çox cinsi əlaqədə ola bilmir.
  6. Adətən belə pasientlərdə erkən boşalma ilə yanaşı ereksiya problemləri də olur. Yəni cinsi orqan tam sərtləşmir.
  7. Az miqdarda alkoqol ( spirtli içki ) vəziyyəti daha da çətinləşdirir, hətta ereksiya itə bilir. Yəni cinsi əlaqə mümkünsüz ola bilir.
  8. Belə pasientlər çox erkən boşalmadan müxtəlif cür yayınmağa çalışırlar. Yəni cinsi əlaqənin davametmə müddətini uzatmaq üçün cinsi əlaqə zamanı çalışırlar ki, tamam başqa şeylər haqqında fikirləşsinlər. Xüsusən də pis sheylər. Çünki, bu onlara bir sıra hallarda cinsi əlaqəni qismən də olsa uzatmağa kömək edir. Həmçinin bu insanların cinsi əlaqədə olarkən başqa şeylər haqqında düşünməsi bəzən ereksiyanın itməsinə səbəb olur. Bu zaman cinsi əlaqə eyakulyasiya olmadan yarımçıq bitir. Belə olduqda da ikinci dəfə ereksiya yaranmır.

Əksər hallarda psixoloji fonda yaranan erkən boşalma və ereksiya problemləri cinsi həyat təcrübəsilə və zaman keçdikcə normallaşır. Bəzən isə zamanın keçməsi mənfi təsir göstərir və erkən boşalmadan daha qabarıq ereksiya ( sərtləşmə ) problemləri olur. Bu isə kişinin cinsi həyatını mümkünsüz edir və daha ciddi böhran yaradır.

Çox ciddi psixoloji problemlər fonunda savadlı seksoloq və ya psixoloqla konsultasiya olunmalıdır. Bəzən isə bütün bu problemlərin öhdəsindən gəlməkdə bacarıqlı, təcrübəli cinsi partnyorun daha çox köməyi dəyir. Nəinki seksoloq və ya psixoloqun.

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

( cinsi orqan başında həssaslıq, cinsi orqanda həssaslıq, erkən boşalma, tez qurtarma )

Sosial şəbəkələrdə paylaş