Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Erkən boşalmanın müalicəsi – cinsi orqan başının denervasiyası

Erkən boşalmanın müalicəsi, tez boşalmanın müalicəsi Bakıda androloq Ziyad Əliyev. Tez qurtarmaq müalicə. Erkən boşalmanın səbəbləri və müalicəsi.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Erkən boşalma nədir ?

    Erkən boşalma və ya erkən eyakulyasiya dedikdə cinsi əlaqənin, daha doğrusu eyakulyasiya prosesinin cinsi əlaqəyə qədər yaxud cinsi əlaqəyə başlayandan 1,5 – 2 dəq ərzində bitməsi halı başa düşülür. Başqa sözlə desək erkən boşalma eyakulyasiya prosesinin tənziminin pozulması ilə əlaqədar kişinin yaxud hər iki cinsi partnyorun kişidə tezləşmiş eyakulyasiya səbəbindən cinsi əlaqədən həzz ala bilmədiyi haldır. Erkən boşalma cinsi disfunksiyalar arasında ən çox rast gəlinənidir. Daha çox gənc yaşlarda müşahidə olunur. Cinsi zəiflikdə olduğu kimi, kişinin özünə güvən hissini azaldır, həyat keyfiyyətinə mənfi təsir göstərir. ( Erkən boşalmanın müalicəsi )

    Erkən boşalmanın müalicəsi, tez boşalmanın müalicəsi Bakıda androloq Ziyad Əliyev. Tez qurtarmaq müalicə. Erkən boşalmanın səbəbləri və müalicəsi.

    androloq.az

    Erkən boşalma birincili və ikincili olmaqla iki forması vardır.

    Birincili erkən boşalma dedikdə, ilkin cinsi həyata başlayandan müşahidə olunan erkən boşalma halı nəzərdə tutulur. Yəni, pasientdən soruşduqda ki, nə qədər vaxtdır özünüzdə erkən boşalma hiss edirsiz? , sualına məndə həmişə belə olub deyirsə deməli söhbət birincili erkən boşalmadan gedir. Əksər hallarda səbəbi cinsi orqan başının sinir həssaslığının yüksəlməsidir.  ( Erkən boşalmanın müalicəsi )

     

    Erkən boşalmanın müalicəsi – mikrocərrahi denervasiya

    Cinsi orqan başının sinir həssaslığının yüksəlməsilə əlaqədar olan ərkən boşalmanın ən efektiv və radikal müalicəsi cinsi orqan başının denervasiyası əməliyyatıdır. Cinsi orqanın başının dərisinin üst ( səthi ) qatlarında həssas sinir ucluqları ( reseptorlar ) vardır. Bəzi kişilərdə bu sinir ucluqlarının həssaslığı yüksək olduğu üçün cinsi əlaqə zamanı həddən çox qıcıqlanır, bu isə erkən başalma ilə nəticələnir. Nəticədə isə hər iki partnyor cinsi əlaqədən az həzz alır, kişidə özünə güvən və cinsi əlaqə marağı azalır, hətta depressiyaya düşür. Əməliyyata göstəriş olduğunu müəyyən etmək üçün mütləq lidokain sınağı yoxlanılmalıdır.

     

    Erkən boşalmada lidokain sınağı

    Erkən boşalmanın müalicəsi, tez boşalmanın müalicəsi Bakıda androloq Ziyad Əliyev. Tez qurtarmaq müalicə. Erkən boşalmanın səbəbləri və müalicəsi.

    androloq.az

    Cinsi əlaqədən 10 – 15 dəq əvvəl 10 % – li lidokain aerozolu cinsi orqan başına bir neçə dəfə fısqırdıb gözləməli. 10 dəq keçdikdən sonra cinsi orqan başını nəm dəsmalla silib cinsi əlaqədə olmalı.

    Əgər cinsi əlaqə müddəti nəzərəçarpacaq dərəcədə uzanarsa lidokain sınağı müsbət hesab olunur və cinsi orqan başının denervasiyası əməliyyatına göstərişdir. Əgər cinsi əlaqə müddəti dəyişməzsə, yaxud çox cüzi uzanarsa lidokain sınağı mənfi hesab olunur və bu halda erkən boşalmanın səbəbi cinsi orqan başının həssaslığının yüksəlməsi deyil başqa bir faktorla əlaqədardır ( əsasən prostatit və psixogen faktorlar ). Belə olduğu halda cinsi orqan başının denervasiya əməliyyatı effektsizdir və əks göstəriş hesab olunur. Cinsi orqan başının denervasiyası mikrocərrahi əməliyyatdır. Denervasiya əməliyyatının bir neçə modifikasiyası mövcuddur.  ( Erkən boşalmanın müalicəsi )

     

    Denervasiya əməliyyatının modifikasiyaları

     

    1. Cinsi orqan başının denervasiya – renervasiyası. Bu əməliyyat zamanı cinsi orqan başına gələn sinirlər xüsüsi mikrocərrahi texnikanın köməyilə kəsilir və yenidən uc-uca tikilir.
    2. Cinsi orqan başının hissəvi yaxud selektiv ( mozaik ) denervasiyası. Cinsi orqan başına gedən sinirlərin bəzilərinin ( təqribən 50 % – i ) seçmə yolu ilə kəsilməsidir və nisbətən yüngül hallarda icra edilir ( sonradan uc-uca tikməmək şərtilə ).

      Erkən boşalmanın müalicəsi, tez boşalmanın müalicəsi Bakıda androloq Ziyad Əliyev. Tez qurtarmaq müalicə. Erkən boşalmanın səbəbləri və müalicəsi.

      androloq.az

    3. Cinsi orqan başının tam denervasiyası ( yaxud qeyri selektiv denervasiya ). Cinsi orqan başına gedən sinirlər kəsilir. Əsasən erkən boşalmanın daha ağır hallarında tətbiq edilir ( sonradan uc – uca tikməmək şərtilə ).

    Əməliyyatın bütün modifikasiyaları cinsi orqan başında həssaslığın azaldılmasına xidmət edir. Pasientin şikayətlərinə əsasən denervasiyanın növü ( modifikasiyası ) seçilir. Həmçinin qeyd etmək vacibdir ki, əməlyyatın cinsi orqanın sərtləşməsinə heç bir mənfi təsiri yoxdur, çünki cinsi orqanın sərtləşməsinə cavabdeh olan sinirlərə burada toxunulmur. Əməliyyat əksər hallarda yerli keyitmə altında, cinsi orqanın başına yaxın hissədə təqribən 1,0 – 1,5 sm -lik kəsik aparmaqla icra olunur.  ( Erkən boşalmanın müalicəsi )

     

    Erkən boşalma haqqında ətraflı məlumat aşağıdakı məqalədə verilib. http://androloq.az/uslugi/erken-bosalma-erken-qurtarma-tez-bosalma-tez-qurtarma-cinsi-zeiflik/

     

    Erkən boşalmanın səbəbini özünüz müəyyən edin. http://androloq.az/uslugi/erken-bosalmanin-sebebleri/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər