Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Hidrosel nedir ?

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

QƏBULA YAZIL

Anonimlik qorunur

Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması

Hidrosele dedikdə xaya qişaları arasındakı mayenin miqdarının artması nəticəsində xayalığın şişməsi halı nəzərdə tutulur. Yunan dilində hidro – su, sele – şişkinlik mənasını verir. Hidrosele anadangəlmə və sonradan qazanılma olur. Xayanın xayalığa enməsi, qarın boşluğunu daxildən örtən, periton yaxud müsariqə adlanan pərdənin xüsusi çıxıntısı ilə əhatə olunaraq , sanki ona bürünmüş halda baş verir. Bu çıxıntını müxtəlif cür adlandırırlar,  peritonun yataq çıxıntısı, xaya çıxıntısı, qasıq çıxıntısı, vaginal çıxıntı və.s. Bu çıxıntının xayalıqda olan hissəsi xayanın daxili və xarici ( visseral və parietal ) qişaları adlanır. Məhz bu qişaların daimi olaraq xüsusi maye hazırlamsı nəticəsində xayanın xayalıqda sərbəstliyi, sürüşkənliyi təmin olunur. Bununla da xayanın ətraf toxumalarla, qişalarla sürtünərək zədələnməsinin qarşısı alınır. (Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması)

Həmçinin bu qişaların belə bir xüsusiyyəti də var ki, bir tərəfdən mayenin hazırlanması  və qişalar arasına toplanması prosesi getdiyi halda, eyni zamanda müvafiq olaraq mayenin artıq miqdarının sorulması baş verir. Bu tarazlıq norma daxilində qorunub saxlanır. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi )

Lakin bəzi faktorların təsirindən bu tarazlıq pozula bilir. Mayenin hazırlanması artır, onun geri sorulması zəif getdiyi üçün mayenin artıq miqdarı xaya qişaları arasında toplanır. Bu isə xayalığın müvafiq tərəfinin böyüməsinə, şişməsinə səbəb olur. Bu hal HİDROSELE adlanır. Mayenin produksiyası kəskin artırsa, yəni qısa zaman ərzində ( bir neçə saat yaxud bir neçə günə ), buna kəskin hidrosele deyilir. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi )

Hidrosel bir və ikitərəfli ola bilir. Daha çox sağtərəfli olur. Hidrosele zamanı xayanın şişməsi bəzən insanları qorxudur. Hidrosel xoşxassəli xəstəlikdir və bədxassəli olmur.

 

Uşağın anasının dedikləri

Bizim uşaqda səhər yuxudan durarkən hər şey normal olur, xayalıqda heç bir şişkinlik olmur. Ayaq üstdə qaldıqda, bir az qaçıb oynadıqdan sonra yaxud axşama yaxın xayalıqın müvafiq tərəfi ( hidroselin hansı tərəfdə olmasından asılı olaraq ) şişir, böyüyür, bəzən uşağa diskomfort ağrı da verir. Bu birləşmiş hidroselenin əlamətidir. Yəni ki, xaya qişalaı arasındakı boşluqla qarın boşluğu arasında əlaqə vardır. Başqa sözlə desək xayanı əhatə edən qişaların  ( xarici və daxili qişa yaxud parietal və visseral qişalar ) arasındakı boşluqla qarın boşluğu arasında bir əlaqə var. Bu əlaqə, xayanın enməsi prosesində qasıq kanalından keçərkən onu əhatə edən periton çıxıntısının qasıq kanalındaki hissəsinin qapanmaması nəticəsində qalır. Belə olduğu halda xaya qişaları arasında toplanan maye asanlıqla qarın boşluğuna və əksinə qarın boşluğundan xaya qişaları arasına axır. Birləşmiş hidrosele adı da buna görədir.

 

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

androloq.az

Hidroselin formaları və xüsusiyyətləri

Periton çıxıntısı dediyimiz hissə, xaya xayalığa endikdən sonra xayalığın yuxarı qütbü, yaxud qasıq kanalı səviyyəsində bağlanmalıdır. Bu proses adətən doğuşdan 1 – 1,5 il ərzində tamamlanır. Belə uşaqların valideyinləri çox diqqətli olmalıdırlar. Əgər valideyinlər uşağın xayalığında şişkinlik görüblərsə, hətta uşağın heç bir narahatlığı yoxdursa belə mütləq həkimə müraciət etməlidirlər. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi )

Sonradan qazanılma hidrosele isə qişalar tərəfindən hazırlanan mayenin kəskin artmasına səbəb ola bilən müxtəlif faktorların təsirindən yarana bilir. Bu faktorlara xayalığın travmaları, aralıq nahiyyənin travmaları, xaya və xaya artımının kəskin və xroniki iltihabı xəstəlikləri ( orxit, epididimit ),cinsi yolla yoluxan xəstəliklər, prostatit, cinsiyyət sistemi orqanlarında aparılan cərrahi müdaxilələr, proseduralar ( sidik kisəsinin kateterizasiyası, sidik kanalından keçməklə aparılan transuretral əməliyyatlar ) və.s aiddir. Hətta cinsiyət sistemindən kənar ( ekstragenital ) orqanların xəstəliklərindən sonra da kəskin hidrosele yarana bilər. Məsələn yuxarı tənəffüs yolları xəstəlikləri ( qrip, pnevmaniya və.s ).

Hidrosele zamanı xaya qişaları arasına toplanan mayenin miqdarı bir neçə ml – dən bir litr – ə qədər və daha çox ola bilir. Hidroseledə maye steril olur. Tərkibi əsasən su və müxtəlif duzların qarışığından ibarətdir. Lakin soyuqdəymə, travma, infeksion və.s səbəblərdən toplanmış maye iltihablaşır və irinləyir. İrinləmiş hidrosele piosele adlanır və çox kəskin əlamətlərlə keçir. Xəstənin hərarəti ( bədən temperaturu ) yüksəlir, halsızlaşır, ürəkbulanma, qusma, halsızlıq, iştahasızlıq, ümumi intoksikasiya əlamətləri olur, xayalıq daha çox şişir, çox ağrılı olur, dərisinin rəngi qızarır, xayanın temperaturu yüksəlir və.s. Bu hal kəskin cərrahi xəstəlik hesab olunur və təcili cərrahi əməliyyat olunaraq xaya qişaları arasına toplanmış irin çıxarılmalıdır, yara sanasiya edilməlidir. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi ).

 

Hidroselin səbəbləri

Anadangəlmə hidrosele yenidoğulmuşların təqribən 10 % – də rast gəlinir ki, bunların da təqribən yarısından çoxu uşağın 1 – 1,5 yaşına qədər öz – özünə sorulur, sağalır və fizioloji hidrosele adlanır. Yenidoğulmuşlarda xaya qişaları arasındakı mayenin artıq miqdarının sorulmasını həyata keçirən limfa sistemi zəif inkişaf etdiyi üçün fizioloji hidrosele yaranır. Uşağın 1 – 1,5 yaşında bu sistem nisbətən təkmilləşir və toplanmış mayenin artıq miqdarının drenajını həyata keçirir.

Anadangəlmə hidrosele çox vaxt peritonun xaya çıxıntısı yaxud vaginal çıxıntı adlandırdığımız hisssənin mənfəzinin tam qapanmaması, bağlanmaması səbəbindən yaranır ki, bu halda da xaya qişaları arasındakı boşluqla ( hansı ki, bu boşluğa maye toplanır ) qarın boşluğu arasında əlaqə qalmış olur. Bu halda yaranan hidrosele birləşmiş hidrosele adlanır. Belə uşaqlar ayaqüstə qaldıqda, yaxud uşağı dik tutduqda maye xaya qişaları arasına toplanaraq xayalıqda şişkinlik yaradır və hidrosele aydın seçilir. Uşaq uzandıqda ( üfüqi vəziyyətdə olduqda ) isə maye qarın boşluğuna qayıdır və xayalığın müvafiq tərəfində olan şişkinlik itir. Uşağın valideyinlərindən soruşmaqla da bunu dəqiqləşdirmək olar. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi ).

 

Hidroselin əlamətləri

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

androloq.az

Hidrosele əksər hallarda əlamətsiz keçir. Hidrosele böyük olduqda xayalıqda ağırlıq, dartılma hissi yaranır. Əsas əlamət toplanan mayenin həcmindən asılı olaraq xayalığın müvafiq tərəfində şişkinliyin olmasıdır. Xayalığın dərisinin rəngi dəyişməz qalır. Əgər hidrosele hər hansı bir travmanın, xaya burulmasının təsirindən yaranıbsa, bu halda kəskin ağrılı olur. Xayalıqda yaranmış şişkinlik hidroselenin formasından asılı olaraq gün ərzində dəyişə bilər. (  Hidroselin formaları bölümünə bax )

 

 

Hidroselin fəsadları

Əgər uşaq xayalığın şişməsi ilə eyni vaxtda qəfildən narahat olmağa başladısa, durmadan ağlayırsa, qusma, temperaturun yüksəlməsi və.s əlamətlər yarandısa təcili həkimə çatdırmaq lazımdır. Xüsusilə o valideyinlər ki, uşaqlarında yırtıq yaxud hidrosele olması haqqında məlumatlıdırlar. Bu əlamət birləşmiş hidrosele olan uşaqlarda nəinki yırtığın əmələ gəlməsi, hətta yırtıq boğulması, xaya burulması kimi daha ciddi halla ağırlaşa bilər. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi )

 

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

androloq.az

Qeyd edim ki, uşaqlarda yırtıq boğulması tez – tez rast gəlinir. Yirtıq mohtəviyyatını çox tez – tez nazik bağırsaq ilgəkləri təşkil edir. Əgər vaxtında, daha doğrusu bir neçə saat ərzində cərrahi müdaxilə aparılaraq yırtıq ləğv edilməzsə, yırtıq möhtəviyyatı boğulur, qan təchizatı tam pozulur, nəticədə isə yirtıq kisəsindəki möhtəviyyatı təşkil edən orqan və ya toxumalar nekrotik ( yəni ölu toxumaya ) toxumaya çevrilir. Təsəvvür edin, əgər boğulmuş yırtıqla əməliyyat gecikərsə və yırtıq kisəsində bağırsaq aşkarlanarsa onun bir hisssəsi kəsilib götürülür ( bağırsaq rezeksiyası ). Bu isə özü – özlüyündə yırtığın ləğvi əməliyyatından qat – qat ağır və travmatik əməliyyat hesab olunur. Çox tez – tez boğulmuş yirtıqda xaya və toxum ciyəsi elementləri aşkarlanır. Boğulma anından keçən müddətdən asılı olaraq xayanı xilas etmək olur və əksinə, əgər çox vaxt keçibsə artıq müvafiq tərəf xaya da ektomiya olunur ( götürülür ). ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi )

Hidroselin müayinəsi 

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

androloq.az

Hidroselenin diaqnostikası peşəkar həkim üçün ciddi çətinlik törətmir. Xayalıqda assimmetriya olur, əllə baxdıqda ağrısızdır, yumşaqdır, elastikdir.( giqant hidrosele gərgin və bərk olur ). Xayalığın dərisi nisbətən dartılmış olur, qızartı olmur, xəstənin ümumi vəziyyəti yaxşı olur. Lakin daha etibarlı müayinə metodu olaraq ultrasəs müayinəsi ( USM ) çox dəqiq informativliyə malikdir. Belə ki, usm – də nəinki hidroseleni təyin etmək olur, hətta ora yığılan mayenin bulanıq ya şəffaf olması, çöküntülü olması, xayanın ölçüləri, qan dövranı, xaya toxumasının vəziyyəti haqqında da ətraflı məlumat almış oluruq

Nisbətən köhnə müayinə metodu hesab olunan və hidroselenin diaqnostikasında aktuallığını itirməyən müayinələrdən biri diafonoskopiyadır. Diafonoskopiya parlaq işıq lampası yaxud adi fonar işığı altıda qaranlıq otaq şəraitində xayalığın işıqlandırılmasıdır. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi )

 

Hidrosel nedir ? hidroselin səbəbi - xayalığa maye toplanması

androloq.az

Hidrosele olan tərəfdə toplanmış maye işıq şüalarının təsirindən al qırmızı yaxud çəhrayı rəngdə görünür və hidrosele üçün tipik mənzərə yaradır.  Xayanın şişməsi ilə müşahidə olunan digər xəstəliklərdə diafonoskopiya edərkən hidroselede gördüyümüz mənzərə alınmır. Çünki yırtıq və xaya şişləri işıq şüalarını bıraxmır. Lakin istisna hal ola bilər. Hidrosele kimi qasıq yırtığı da heç bir əlamətsiz keçib xayanın şişkinliyi ilə müşahidə oluna bilər, o halda ki, yırtıq möhtəviyyatını qazla dolu bağırsaq ilgəyi təşkil eləsin. Sözsüz ki, bütün bu şərtlər daxilində hər bir klinik situasiyanın düzgün dəyərləndirilməsi üçün həkimin peşəkarlıq dərəcəsi, klinik manevr qabiliyyəti vacibdir. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi )

Hidroseleni hansı xəstəliklərdən fərqləndirmək lazımdır ?

 

Hidrosel nedir ? Müalicə, əməliyyat hidrosele, xayalığa maye, su yığılması,xayada şiş. Androloq Ziyad Əliyev Bakıda. Hidroselin müalicəsi, əməliyyatı

androloq.az

  • qasıq yırtığı yaxud qasıq – xaya yırtığı
  • toxum ciyəsi və xaya artımının kistası
  • xayanın şişləri
  • spermatosele
  • orxit ( xayanın iltihabı )
  • epididimit ( xaya artımının iltihabı )
  • xaya burulması
  • varikosele

 

Hidroselin müalicəsi

Yenidoğulmuşlarda əgər hidrosele çox böyük deyildirsə, ağrısızdırsa, uşağa əziyyət vermirsə, həkim uroloq – androloq, yaxud uşaq cərrahı 1 – 1,5 yaşa  qədər nəzarətdə saxlamalı və uşağın valideyinlərinə müəyyən məsləhətlər vermək şərtilə gözləyə bilər. Əgər hidrosele nisbətən böyükdürsə, uşağa diskomfort yaradırsa və həkim hələ ki, əməliyyat məsləhət görmürsə  yaxud uşağın valideyinləri əməliyyat etdirmək istəmirsə bu halda ola bilər ki, steril şəraitdə iynə ilə xayalıqdakı maye punksiya edilsin. Bunu 1 yaşına qədər 2 – 3 dəfə etmək olar. Əgər hər dəfə mayenin evakuasiyasından ( aspirasiyasından ) sonra yenidən artması müşahidə olunarsa cərrahi müdaxilənin aparılması vacib hesab olunur. ( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi )

Hidroselenin cərrahi müalicəsi uşaqlarda vena daxili ( yatızdırmaqla ), böyüklərdə isə əksər halarda spinal keyitmə ( bel nahiyyədən keyidməklə ), həmçinin vena daxili narkoz ( yatızdırmaqla ) və hətta yerli keyidmə altında aparılır. Əməliyyat vena daxili və yerli keyitmə altında aparıldıqda ola bilər ki, xəstə əməliyyatdan bir neçə saat sonra evə bıraxılsın. Əlbətta ki, bu o qədər də məsləhət deyil və əməliyyatdan sonrakı ilk sutka ərzində xəstəxana şəraitində həkim nəzarətində olmaq vacibdir. Əməliyyat müddəti təqribən 30 – 40 dəq – dir. Bir sutkadan sonra xəstə evə yazılır, gündə bir dəfə yaxud günaşırı yara sarğısı dəyişdirilir. Sarğının dəyişdirilmə qaydası xəstəyə izah olunur və buna görə xəstəxanaya gəlmək mütlə deyil. Əksər hallarda dəri içi kosmetik tikişlər qoyulur və bu tikişlər zaman keçdikcə 1 – 1,5 ay ərzində sorulur, toxumalara qarışır. Ona görə də xəstə əməliyyat sahəsinə qoyulmuş tikişləri sökdürməyə gəlmir. Lakin əməliyyatın 7 – 10 günlüyündə həkim baxışı lazımdır.

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

( Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması xayada şiş – xayanın böyüməsi – xayanın şişməsi – xayada sallanma – uroloq – androloq baku Ziyad Əliyev – urologiya – andrologiya – urolog – androlog baku )

Sosial şəbəkələrdə paylaş