Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Kəskin prostatit – prostat vəzin iltihabı

kəskin prostatit

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Kəskin prostatit nedir

    Kəskin prostatit – prostat vəzin irinli iltihabı xəstəliyidir və bütün digər kəskin iltihabı xəstəliklər kimi kəskinlik dərəcəsindən asılı olaraq qızdırma, üşütmə, ümumi halsızlıq kimi əlamətlərlə müşaiyət olunur. O,cümlədən sidik ifrazının ağrılı olması və çətinləşməsi, qarının aşağısında, aralıq nahiyyəsində və anusətrafı sahədə ağrı ilə müşaiyət olunur. Həmçinin ağrı sidik kanalı boyunca cinsi orqan başına irradiasiya edir, defekasiya aktı ( nəcis ifrazı ) ağrılı olur. Əgər prostat absesinə keçərsə ümumi intoksokasiya əlamətləri ( zəiflik, halsızlıq ) daha da dərinləşir. Kəskin prostatit stasionar şəraitdə müalicə olunmalıdır. Adekvat müalicə fonunda 10 – 14 gün ərzində demək olar ki, tam sağalma mümkündür. ( Kəskin prostatit )

    Lakin müalicə vaxtında aparılmadıqda yaxud düzgün aparılmadıqda iltihabı proses daha da kəskinləşir və prostat vəzin toxuması irinləyir. Buna prostat vəzin absesi deyilir. Prostat vəzin ölçüləri böyüyür, sidik kanalını sıxır və sidik ifrazı bəzi hallarda mümkün olmur. Xəstənin ümumi vəziyyəti ağırlaşır, halsızlaşır,bədən temperaturu 40 C qədər yüksəlir, ağrılar artır. Bəzən hətta defekasiya mümkün olmur, yaxud kəskin ağrılı olur. Belə olduğu halda prostat vəzidə olan irinlik ( abses ) təcili olaraq açılmalı və irin oradan xaric edilməlidir. Əks halda xəstə bakteriemik şok və sepsislə ağırlaşar. (Kəskin prostatit)

    Kəskin prostatitin müayinəsi

    kəskin prostatit

    Müayinə xəstə ilə söhbətdən, şikayətlərinin dinləməkdən başlanır. Həçinin düz bağırsaqdan prostat vəzin barmaqla müayinəsi və usm müayinəsi yüksək effektivliyə malikdir. Usm müayinədə prostat vəzinin ölçülərinin böyüməsi, exogenliyinin azalması, qan dövranının yüksəlməsi müşahidə edilir. Əgər belə xəstə həkimə vaxtında müraciət etməzsə prostat absesi ilə nəticələnə bilir. Belə ki, prostat vəzinin toxumasında içərisi irinlə dolu ocaqlar yaranır. Adətən bu hal cərrahi yolla absesin boşaldılmasını zəruri edir.

    Kəskin prostatitin müalicəsi

    Belə xəstələrin müalicəsi yataq rejimində stasionarda aparılmalıdır. Xəstələr müalicə ərəfəsində kəskin yeməklər yeməməli, qazlı və spirtli içkilər içməməli, geniş spektrli antibakterial dərman preparatlarını, ağrıkəsiciləri, spazmolitik, iltihab əleyhinə dərman preparatlarını müalicə həkiminin təyin elədiyi sxem üzrə qəbul etməlidir.

    kəskin prostatit

    Prostat vəzi absesinin müalicəsi yalnız cərrahi yolladır. Prostat abseslərinin açılması aralıq nahiyyəsindən, düz bağırsaqdan və sidik kanalından keçməklə aparılır. ( Kəskin prostatit )

     

     

     

    Xroniki prostatit haqqında ətraflı məlumat aşağıdakı linkdə

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər