Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel androloq Ziyad Əliyev. Kişi sonsuzluğunun əsas səbəbi olan varikoselin müalicəsi Bakıda

QƏBULA YAZIL

Anonimlik qorunur

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel. Varikoselin mikrocərrahi müalicəsi.

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel. Varikoselenin dünyada qəbul olunmuş müalicə metodu cərrahi müdaxilədir. Varikosele dedikdə xayalarda varikoz damar genişlənməsi ( genəlməsi ) başa düşülür. Bu vaxta qədər varikoselenin müalicəsində çoxsaylı əməliyyatlar təklif olunub. Müasir dövrdə bunlardan yalnız biri bütün dünyada ən geniş tətbiq olunmaqdadır. Buna mikroskopik varikoseleektomiya yaxud mikroskopik Marmar əməliyyatı deyilir. Marmar əməliyyatı genişlənmə olan tərəfdə, xayadan gedən venoz damarların ( toxum ciyəsinin ) proyeksiyasında cinsi orqanın kökü səviyyəsində 1,0 – 1,5 sm kəsikdən yaxud dəlikdən icra olunur. Əməliyyatın əsas xüsusiyyəti onun mikroskop altında icra olunmasıdır.

 

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel zamanı ağrısızlaşdırma.

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel androloq Ziyad Əliyev. Kişi sonsuzluğunun əsas səbəbi olan varikoselin müalicəsi Bakıda

androloq.az

Xəstənin istəyindən və klinik göstəricilərdən, yanaşı gedən xəstəliklərdən asılı olaraq xayalarda varikoz damar genişlənməsi zamanı əməliyyat yerli keyitmə, vena daxili və spinal ( bel nahiyyədən ) keyitmə altında icra olunur.

  1. Yerli keyitmə dedikdə yalnız əməliyyat aparılan sahəyə ağrısızlaşdırıcı maddə vurmaqla əməliyyat sahəsi ağrısızlaşır. Əməliyyatdan bir necə saat  sonra ( 3 – 5 saat ) xəstə evə yazılır.
  2.  Vena daxili yaxud laringial maska adlanan narkoz növü vardır ki, bu zamanı xəstə yatızdırılır. Laringial maska o xəstələrə məsləhət görülür ki, ümumiyyətlə heç bir ağrı hiss etmək istəmir və bir neçə saat ərzində xəstəxanadan evə getmək istəyirlər.
  3.  Spinal keyitmə dedikdə isə, xəstənin bel nahiyyəsindən keyidici maddə vurmaqla bədənin beldən aşağı hissəsi ayaq barmaqlarına qədər keyləşir, hissiyyatsızlaşır və heç bir ağrı hiss etmir. Əməliyyat  zamanı xəstənin huşu aydın olur, həkimlə söhbət edə bilir. Əməliyyatdan 10 – 12 saat sonra yaxud əməliyyatın səhəri günü xəstə evə yazılır.

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel əməlyyatı zamanı toxum ciyəsi elementlərinin zədələnmə ehtimalı minumum olur. Çünki bir neçə dəfə böyütmə nəticəsində xaya arteriyası, venalar, toxumdaşıyıcı axacaq, limfa axarları aydın seçilir. Mikroskopik əməliyyat xüsusi hazırlıq tələb etmir. Xəstə bütün digər əməliyyatlar üçün lazımi müayinələrdən keçir. Qan ümumi, sidik ümumi, laxtalanma, qan qrupu, hepatit B, hepatit C, HİV ( spid ), sifilis, ürəyin EKQ müayinəsi, döş qəfəsi rentgen.

Əməliyyatın mahiyyəti genişlənmiş xaya venalarının kəsilib bağlanması və xayadan gedən venoz qanın bu venalarla geriyə – xayalığa qayıdmasının qarşısını almaqdır. Əməliyyat 1,0 – 1,5 sm kəsikdən icra olunur, orta hesabla 20 dəq. davam edir. Dəri içi kosmetik tikiş qoyulur.

 

Əməliyyatdan sonra bütün xəstələrdə sperm göstəriciləri yaxşılaşır. Birinci spermoqramma əməliyyatdan 3 ay sonra verilməlidir. Əməliyyat olunan bütün xəstələrin sperm göstəriciləri yaxşılaşır, böyük əksəriyyətində isə tam normallaşır. Əksər xəstələrdə buna 3 – 6 ay, digərlərində isə 6 – 8 ay və daha artıq vaxt tələb olunur. Bütün bunlar asılıdır varikoselenin dərəcəsindən, davametmə müddətindən ( varikoselenin yarandığı dövrdən əməliyyata qədərki dövr ), xayaların həcmindən, yanaşı gedən xəstəliklərdən və s.

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel Bakıda, androloq Ziyad Aliyev

androloq.az

 

Varikosel nə vaxt əməliyyat olunmalıdır? Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel əməliyyatı.

 

  1. Klinik olaraq aşkarlana bilən varikosele, bura aiddir II, III, IV dərəcəli varikosele
  2. Xayalıqda varikosele ilə əlaqədar ağrı və ya diskomfortun olması
  3. Xayanın ölçüsünün kiçilməsi, konsistensiyasının yumşalması
  4. Spermatozoidlərin kəmiyyət və keyfiyyət göstəricilərinin zəifləməsi ( spem analizində zəiflik və sonsuzluq olan insanda varikosel aşkarlanıbsa mütləq əməliyyat mikrocərrahi olunmalıdır )

 

Varikosele haqqında ətraflı məlumat almaq istəyirsinizsə buyurub aşağıdakı məqaləni oxuyun.

http://androloq.az/uslugi/varikosel-nedir-spermaya-nece-tesir-edir-sonsuzluq-xayada-agri/

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

Mikrocərrahi varikosel əməliyyatı, mikroskopik varikosel əməliyyatı.

Sosial şəbəkələrdə paylaş