Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Mikroskopik varikosel əmeliyyatı.

Mikroskopik varikosel əmeliyyatı, ikitərəfli varikosel müalicə androloq Ziyad Əliyev Bakıda. Mikrocərrahi əməliyyat varikoselin müalicəsi üçün tək yoldur.

QƏBULA YAZIL

Anonimlik qorunur

Mikroskopik varikosel əmeliyyatı.

 

Mikroskopik varikosel əmeliyyatı. Spermoqram göstəriciləri normal olduğu halda varikosel əməliyyat olunmalıdırmı? Yuxarıda qeyd olunduğu kimi varikosele olan pasientlərin əksəriyyətində ( təqribən 75 – 85 % hallarda) varikoselenin dərəcəsindən və davametmə müddətindən asılı olaraq sperm göstəriciləri az və ya çox dərəcədə zəifləmiş olur. Varikosele olan pasientlərin təqribən 10 % – də isə spermoqram göstəriciləri normal yaxud qismən normal ola bilər. Bildiyimiz kimi sperm0qram sperm kütləsinin əsasən kəmiyyət göstəricilərini xarakterizə edən müayinə üsuludur.

Spermoqram 1 ml – eyakulyatda və bütün eyakulyatda olan spermatozoidlərin sayını göstərir. Həmçinin spermatozoidlərinin hərəkətini xarakterizə edən aktiv hərəkətli spermatozoidlərin faizlə miqdarı, canlı sperm sayı və . s kəmiyyət göstəricilərlə məhdudlaşır. Həmçinin spermoqram vasitəsilə cinsiyyət orqanlarında iltihabı proseslərin əlamətləri haqqında dolayı yolla məlumat alırıq.

Mayalanma hadisəsi çoxsaylı fizioloji, biokimyəvi proseslər məcmusundan ibarət, çox səlis və mükəmməl dəqiqliklə tənzimlənən prosesdir.  Mayalanma dedikdə, spermatozoid və yumurtahüceyrənin nüvələrinin birləşməsi halı başa düşülür. İlkin mərhələdə, mayalanmaya qədərki dövrdə spermatozoidlə yumurtahüceyrə arasında gedən ZP1-3 resepsiya adlanan və sanki tanışlığı xatırladan proses baş verir. Zona pellusida – yumurtahücüyrənin şəffaf qişasıdır, ZP adı da oradan götürülmüşdür. Bu zaman səthi akrosomal zülallarla ( spermatozoidin baş hisssəsini örtən akrosomal membrananın səthi qlikozaaminqlikan qatı ) yumurtahüceyrə şəffaf qişasının səthi reseptorları arasında tanıma prosesi gedir. Bu reaksiya mayalanma prosesinin başlanğıcıdır. Akrosom dedikdə spermatozoidin baş hissəsinin önündə yerləşən qovuqcuq nəzərdə tutulur.

Mikroskopik varikosel əmeliyyatı. Varikoselin spermaya təsiri. Varikosel spermanı necə zəiflədir ?

Xatırladım ki, varikoselenin sperm kütləsinə təsir mexanizmlərindən daha çox öyrəniləni xayaların temperatur tənziminin pozulması ilə əlaqədardır. Normal halda insan bədən temperaturu 36.6 – 37 C olduğu halda, xayaların temperaturu bədən temperaturundan 2,0 – 3,0 C aşağı olur. Məhz bu temperatur şəraitində xayalarda normal spermyaranma prosesi gedir. Başqa sözlə desək, spermyaranma prosesində iştirak edən, onu tənzimliyən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar bədən temperaturundan 2 – 3 C aşağı temperaturda normal fəaliyyət göstərir.

Varikosele zamanı xaya ətrafı venalar genişlənir və onlarda venoz qanın durğunluğu yaranır. Yığılan qanın temperaturu bədən temperaturu olduğundan ( 36,6 – 37 C ) xayalığın temperaturunu da bədən temperaturuna qədər qaldırır. Yuxarıda göstərildiyi kimi spermatozoidlərin səthi akrosomal zülallarının normal qruluşda olması yumurtahüceyrə ilə ZP resepsiya ( yəni yumurta hüceyrəni tanımaq ) üçün zəruridir. Varikosele ilə əlaqədar xayalığın temperaturunun yüksəlməsi nəticəsində bu zülallar ( səthi akrosomal zülallar ) denaturasiya olunur. Başqa sözlə desək öz təbii qruluşunu dəyişir. ( Zülalın təbii qruluşunun dəyişməsinə misal olaraq, çiy yumurtanı qaynar suya atdıqda yumurta zülalının denaturasiyasını göstərmək olar. Buna zülalın pıxtalaşması da deyilir ). Belə spermatozoidlərin aktivliyi saxlansa da, onlar yumurta hüceyrə ilə görüşə bilsə də, aralarında ZP resepsiya ( spermatozoidin yumurtahücüyrəni tanıma prosesi ) və akrosomal reaksiya getmir. Nəticədə spermatozoid yumurtahüceyrəni mayalandıra bilmir və tələf olur. Varikosele olan kişilərdə sonsuzluğunun əsas səbəbi də budur.

Spermatozoidlərin əmələ gəlmə prosesi spermatogenez adlanır. Spermatogenezin 4 mərhələsi var. Yaranma ( əmələ gəlmə ), çoxalma, yetişmə və formalaşma. Məhz yetişmə və formalaşma fazasında olarkən spermatozoidin baş hissəsində akrosomal membrananın səthində akrosomal zülallar ( molekulyar qruluşuna görə bu zülallar qlikozaaminqlikanlara aiddirlər ) formalaşır. Varikosele olan pasientlərdə spermatozoidin səthində olan akrosomal zülallar xayalıqda temperaturun yüksəlməsilə əlaqədar denaturasiya ( öz təbii qruluşunu dəyişərək pıxtalaşır ) olur. Belə spermatozoidlər preakrosomal və akrosomal reaksiyaya girmirlər və onların mayalandırmaq xüsusiyyəti olmur.

Mövzuya bu qədər diqqət və yer ayırmağımın səbəbi az da olsa rastlaşdığımız hal kimi, klinik aşkarlanan varikosele ( 2, 3 və 4 – cü dərəcə ) fonunda sperm göstəricilərində ciddi bir dəyişiklik olmasa belə varikosele əməliyyatının vacib olmasına diqqəti çəkməkdir.

 

Klinik müşahidə: spermaqrammada dəyişiklik yoxdursa varikosel əməliyyat olunmalıdırmı? Mikroskopik varikosel əmeliyyatı.

 

Mikroskopik varikosel əmeliyyatı, ikitərəfli varikosel müalicə androloq Ziyad Əliyev Bakıda. Mikrocərrahi əməliyyat varikoselin müalicəsi üçün tək yoldur.

androloq.az

Pasient bir neçə dəfə müxtəlif həkimlərin qəbulunda olub və III dərəcə varikosele aşkarlandığı deyilib. Sperm müayinəsində ( spermaqram ) ciddi bir dəyişikliyin olmamasını əsas gətirərək pasienti əməliyat etməyiblər, anamnezdə 7 il sonsuzluq. Pasient bizim tərəfimizdən müayinə olundu, III dərəcə varikosel təstiqləndi. Yuxarıda yazılan mexanizm pasientə izah olunaraq cərrahi müdaxilə məsləhət görüldü və mikroskopik varikoseleektomiya əməliyyatı icra olundu. Əməliyyatdan 6 ay sonra həyat yoldaşında hamiləlik olduğunu dedi.

Mikroskopik varikosel əməliyyatı nəticəsi olaraq :

Əlbəttə hər bir halın nisbi olduğunu nəzərə alaraq, son sözü həkim uroloq – androloq deməlidir. Həkimin bilik və bacarıqları, klinik manevr qabiliyyəti hər bir halda onun peşəkarlığının göstəricilərindən biri olmalıdır. Belə pasientləri əməliyyat edərkən əvvəlcədən mütləq onlara izah olunmalıdır ki, əməliyyatdan sonrakı bir neçə ay müddətində sperm göstəiciləri nisbətən aşağı düşə bilər, yaxud düşəcək. Ancaq bu heç də o demək deyil ki, sizin əməlyyatınız uğursuz alınıb.

Mikroskopik varikosel əmeliyyatı ikitərəfli aparıla bilərmi? İkitərəfli varikosel əməliyyatından sonrakı vəziyyət.

Ümumiyyətlə varikosele əməliyyatından sonrakı bir neçə ay ərzində ( 1  – 3 ay ), xüsusən də əməliyyat iki tərəfli aparılarsa sperm göstəricilərində zəifləmə müşahidə olunur, lakin bu hal müvəqqəti xarakter daşıyır.  Ona görə də əməliyatdan sonrakı 2 – 3- cü aylarda sperm müayinəsinin yoxlanması o qədər də informativ hesab olunmur. O, pasientlərdə ki, varikosele fonunda sperm göstəriciləri norma daxilində saxlanılıb, yaxud nəzərə çarpmayan zəifləmə var, bəzi hallarda bunlarda da əməliyyatdan sonra göstəricilər dəyişməz qala bilər. Lakin bu hal  müvəqqəti olur və 3 – 5 aya sperm göstəriciləri bərpa olunur. Ən yaxşı göstəricilər əməliyyatın 6 aylığında olur.

Söhbət yalnız spermaqrammada əks olunan kəmiyyət göstəricilərindən gedir. Xüsusən də əməliyyat ikitərəfli aparılarsa. Belə halda pasientlərin əməliyyat öncəsi məlumatlandırılması çox böyük əhəmiyyət kəsb edir. Xüsusən də əməliyyat sonrası pasientlərdə yarana biləcək stresin qarşısını almaqda və onlara daha təmkinlə, səbirlə davranmaqda kömək edir. Əsasən də həkimlə pasient arasında yarana biləcək anlaşılmazlığı qabaqlayır. Ama bir məqamı vurgulamaq çox vacibdir ki, sperm göstəriciləri aşağı düşdüyü dövrdə belə, əməliyyatdan sonra sperm yaranma prosesi daha optimal mühitdə gedir. Spermyaranma prosesində morfoloji və fizioloji cəhətdən daha sağlam spermatozoidlər yaranır.

Məhz onun nəticəsidir ki, belə pasientlərdə əksər hallarda hətta spermoqram göstəriciləri tam bərpa olunmamış həyat yoldaşları hamilə olurlar. Yəni ki, əməliyyat öncəsi spermaqram göstəriciləri çox aşağı olmamasına baxmayaraq hamiləlik olmurdu. Əməliyyatdan sonra bir müddət aşağı düşə bilir, baxmayaraq ki, bu hal müvəqqəti olur. Amma bu dövrdə də hamiləlik qalır. Bu isə onun göstəricisidir ki, varikosele olduğu zaman spermaqrammada göstəricilər yüksək olmasına baxmayaraq morfoloji cəhətdən onlar normal deyillər. Məhz ona görə də mayalanmada iştirak edə bilmir. Əməliyyatdan qısa müddət sonra isə, baxmayaraq ki, spermaqram göstəriciləri müvəqqəti aşağı düşür, bu dövrdə də hamiləliklər baş tutur.

Daha çox genişlənmə olan tərəf birinci əməliyyat olunsun.

 

Mikroskopik varikosel əmeliyyatı, ikitərəfli varikosel müalicə androloq Ziyad Əliyev Bakıda. Mikrocərrahi əməliyyat varikoselin müalicəsi üçün tək yoldur.

androloq.az

Biz öz praktikamızda ikitərəfli varikosele əməliyyatını çalışırıq az hallarda edək. Daha doğrusu ikitərəfli varikosele aşkarlanan pasientlərin hamısına məsləhət görürük ki, əvvəlcə bir tərəf, sonra ( 1,5 – 2 ay və daha gec ) ikinci tərəf əməliyyat olunsun. Hətta dəfələrlə müşahidə etmişik ki, bir tərəfli əməliyyatdan sonra sperm göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və ona görə də ikinci tərəfi əməliyyat etməyib gözləmişik. Müəyyən vaxtdan sonra isə hamiləlik olduğunu görmüşük. Yaxud başqa bir situasiyada ikitərəfli varikosele ilə müraciət edən pasientə ətraflı izah olunub ki, sizi ikitərəfli əməliyyat etsək sperm göstəriciləriniz kəskin zəifləyə də bilər ( bütün hallarda zəifləmir ). Ona görə də bir tərəf əməliyyat olunsun, bir neçə ay müşahidə edək. Əgər sperm göstəriciləri normallaşmasa, yaxud hamiləlik alınmasa ikinci tərəfi də edərik. Birinci əməliyyatdan sonra hamiləlik qalmadığı üçün ikinci tərəfi əməliyyat etdik, bir neçə aydan sonra həyat yoldaşında hamiləlik oldu.

Ümumiyyətlə isə biz ikitərəfli varikosele əməliyyatının eyni vaxtda olunmasının tərəfdarı deyilik. Düzdür, bəzi hallarda iktərəfli varikosele ilə müraciət edən xəstələr özləri, yaxud onların yaxınları, valideyinləri sanki bizi məcbur edirlər, sövq edirlər ki, əməliyyatı ikitərəfli edək. Onlar daha çox əməliyyatxananın stresini, həyəcanını ikinci dəfə yaşamamaq üçün bunu edirlər. Həmçinin əməliyyat narkozla olunursa ikinci dəfə narkoz ( anesteziya ) almamaq üçün çalışırlar ki, hər iki tərəf bir dəfəyə olunsun.  Lakin həkim klinisistin ( androloqun) həkimliyi həm də ondan ibarətdir ki, xəstəni, onun valideyinlərini, yaxınlarını düzgün məlumatlandırsın. Mümkün ola biləcək nəticə və fəsadlarla onları tanış etsin. Bu həm xəstənin sağlamlığı, sperm göstəricilərinin normal saxlanılması üçün, həm də gələcəkdə həkimlə xəstə arasında, yaxud həkimlə xəstə yaxınları arasında anlaşılmazlığın olmaması üçün çox vacibdir.

 

DİQQƏT! İkitərəfli variosel əməliyyat olunmalıdırmı?

Varikosele haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz.

http://androloq.az/uslugi/varikosel-nedir-spermaya-nece-tesir-edir-sonsuzluq-xayada-agri/

 

Sizə ətraflı məlumatlandırmaqda məqsədimiz varikosele adlanan və insanlar arasında damar genişlənməsi kimi papulyar olan bu xəstəliyin vaxtında əməliyyat olunub qarşısı  alınmadıqda hansı fəsadlarla üzləşə biləcəyinizi sizə ətraflı şəkildə anlatmaqdır.

Varikoz damar genişlənməsi cərrahi xəstəlikdir. Bu xəstəliyin yeganə qəbul olunmuş müalicə yolu mikroskopik varikosel əməliyyatı hesab olunur. Mikroskopik varikosel əməliyyatı varikoselin müalicəsi üçün qızıl standart hesab olunur. Əgər mikroskopik varikosel əməliyyatı deyil, digər köhnə metodlarla əməliyyat olunarsa nələr baş verə bilər? Bu barədə aşağıdakı məqalədə ətraflı oxuya bilərsiniz. https://varikosele.az/uslugi/varikosel-mualic/

Sonsuzluqdan əziyyət çəkən ailələrdə kişilər özündə varikosele olduğunu bilərək əməliyyat olunmaqdan qorxub uzun illər dərman və. s müalicələrinə üstünlük verirlər. Nəticədə isə uzun sürən varikosele, xaya toxumasında özünəməxsus geridönməyən dəyişikliklər yaradır. Belə olan halda əməliyyat olsa belə sperm göstəricilərində ciddi bir irəliləyiş olmur. Varikosele uzun müddət davam elədikcə fəsadlar da dərinləşir.

Bu işdə sizə ən yaxın yardımçınız, dostunuz həkimlərdir. Həkim androloq – uroloq sidik – cinsiyyət sistemi xəstəliklərini, onların digər orqan və sistemlərə təsirini, digər orqan və sistemlərin xəstəliklərinin sidik – cinsiyyət sisteminə təsirini öyrənən, bunları müalicə edən həkimdir.

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

Varikoselin mikrocərrahi müalicəsi bakıda, varikoselin mikroskopik müalicəsi. 

Sosial şəbəkələrdə paylaş