Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat adenoması və şəkərli diabeti olan xəstənin sidik ifrazında dəyişikliklər

Prostat adenoması və şəkərli diabet zamanı sidik ifrazı-uroloq- androloq

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat adenoması və şəkərli diabet

    Həm prostat adenoması həm də şəkərli diabet sidik ifrazında dəyişikliklər yarada bilən xəstəliklərdir. Ona görə də prostat vəzin adenoması və şəkərli diabeti olan pasientlərdə sidik ifrazında yaranan dəyişikliyin bunlardan hansı ilə əlaqəli olmasını dəqiqləşdirmək heç də həmişə asan olmur. Əlbəttə ki, peşəkar uroloq üçün bu o qədər də çətin məsələ olmamalıdır. Belə ki, prostat vəzin adenoması zamanı müşahidə edilən tez – tez sidik ifrazına çağırış sidik kisə tam dolmamış vəziyyətdə yaranır. Hər dəfə ifraz olunan sidiyin miqdarı az olur.Prostat adenoması və şəkərli diabet zamanı sidik ifrazı-uroloq- androloq Həmçinin sidik ifrazı zamanı ağrı, yandırma hissi olur. Tezləşmiş sidik ifrazının əsas səbəbi isə sidik kisəsinin tam boşalmamasıdır. Hər dəfə sidik ifrazından sonra kisədə qalıq sidik qaldığı üçün növbəti dəfə kisə daha tez dolur və xəstə tez – tez və az – az sidiyə çıxmalı olur. Qalıq sidik haqqında ətraflı məlumat aşağıdakı linkdə : ( https://androloq.az/uslugi/qaliq-sidik-nedir-sidik-kisesinin-tam-bosalmamasi/ )  ( Prostat adenoması və şəkərli diabet )

    Həmçinin böyümş prostat vəzi hesabına sidik kanalının mənfəzi daraldığı üçün sidik ifrazı çətinləşir. Şəkərli diabetdə isə sidik ifrazı tez – tez olsa da sidiyin şırnağı ( xaric olan sidiyin təzyiqi ) normal olur, hər dəfə normal həcmdə sidik xaric olur. Düzdür həm prostat adenoması həm də şəkərli diabet zamanı hiper aktiv sidik kisə əlamətləri müşahidə olunur. Bu halda da həkimin bilik və bacarığı, təcrübəsi və kliniki manevr qabiliyyəti xəstənin köməyinə çatır. https://androloq.az/uslugi/hiperaktiv-sidik-kisesi/

     

    Prostat adenoması və şəkərli diabet zamanı sidik ifrazı

    Lakin nəzərə almaq lazımdır ki, uzunmüddətli şəkərli diabet zamanı sidik kisə divarında müəyyən dəyişikliklər olur və bu zaman sidik kisə əzələləri daha zəif yığılır. Buna diabetik sistopatiya deyilir. Diabetik sistopatiyanın səbəbi sidik kisənin sinirlərinin şəkərli diabetlə əlaqədar zədələnməsidir. Bunun nəticəsində də sidik kisə sinirlərinin həssaslığı dəyişir və sidik ifrazında dəyişikliklə müşahidə olunur.Prostat adenoması və şəkərli diabet zamanı sidik ifrazı-uroloq- androloq Zədələnmə ciddi xarakter aldıqca sidik kisə əzələləri daha zəif yığılır və sidik kisə tam boşalmır. Bu zaman aparılan müalicə periferik sinir keçiriciliyinin yaxşılaşmasına, qan dövranı və laxtalanma sisteminə, qanda şəkərin miqdarına nəzarətdən ibarət olur ki, bununla da sidik kisə əzələlərinin yığılma qabiliyyəti yaxşılaşır, müvafiq olaraq da sidik ifrazı normallaşır. ( Prostat adenoması və şəkərli diabet )

    Prostat vəzin adenoması 40 – 45 yaşdan yuxarı kişilər arasında çox geniş yayılmış xəstəlikdir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müalicəsində müxtəlif dərman preparatları və çox saylı cərrahi müdaxilələr tətbiq edilir. Sidik ifrazında yaranan dəyişikliklər aşağı sidik yolları simptomları adlanır. Son zamanlar sidik ifrazında müxtəlif dəyişikliklərlə müşahidə edilən xəstəliklərə xüsusi bir yanaşma mövcuddur. Bu müasir yanaşma aşağı sidik yolları simptomları ilə müraciət edən pasientlərdə urodinamik müayinələrin tətbiqi ilə mümkün olmuşdur. Məhz bu müayinələrin köməkliyi ilə böyük prostat vəzisi olan pasientdə gecələr sidiyə durma yaxud gündüzlər tez – tez sidiyə çıxmanın nə dərəcədə prostat adenoması ilə yaxud hiperaktiv sidik kisə ilə yaxud şəkərli diabetlə əlaqədar olub – olmamasını dəqiqləşdirməyə imkan verir.

     

    Urodinamik müayinələrə urofloumetriyanı misal göstərmək olar. Aşağıdakı linkdə urofloumetriya haqqqında ətraflı məlumat verilmişdir.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

     

    ( Prostat adenoması və şəkərli diabet )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər