Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat adenoması və hiperaktiv sidik kisə

prostat böyüməsi

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat böyüməsi

    Prostat vəzin adenoması yaşlı kişilər arasında ən çox rast gəlinən xəstəliklərdəndir. Bu xəstəliyə prostat vəzin xoşxassəli hiperplaziyası ( PVXH ) da deyilir. Hiperplaziya böyümə deməkdir. Həmçinin hiperaktiv sidik kisəsi ( HASK ) də sidik ifrazında pozğunluqlarla müşahidə edilən və əhalinin 15 – 17 % – də rast gəlinən patoloji haldır. Prostat adenoması olan yaşlı kişilərin isə 50 – 70 % – də hiperaktiv sidik kisəsi müşahidə edilir. Hətta prostat adenomasından əməliyyat olunanlar arasında da hiperaktiv sidik kisə əlamətləri 30 % – ə qədər hallarda müşahidə edilir. Prostat vəzi adenoması əməliyyat olunduqdan sonra həm xəstəni həm də həkimi qane etmiyən nəticələr təqribən 10 – 15 % təşkil edir. Ən çox rast gəlinən əlamət gecə və gündüz tezləşmiş sidik ifrazı, qəfildən yaranan sidik ifrazına çağırışın olmasıdır. ( Prostat böyüməsi )prostat böyüməsi

    Sidik ifrazını öyrənən mütəxəsislərə məlum olub ki, prostat adenoması əməliyyatından sonra müşahidə edilən əlamətlər həmin xəstələrdə hiperaktiv sidik kisə yaxud qeyri – stabil ( yaxud neyrogen ) sidik kisə ilə əlaqədardır.

     

    Həkimləri çaşdıran əlamətlər

    Prostat adenoması ilə əlaqədar sidik ifrazında yaranan dəyişikliklərə sidik ifrazının çətinləşməsi, gecələr sidik ifrazına durma və tez – tez sidik ifrazının olması aiddir. Sidik ifrazına çağırış sidik kisəsi tam dolmamış yaranır. Tez – tez sidik ifrazı əksər hallarda prostat adenomasının ilk əlaməti olur ki, bunu da həm xəstənin özü həm də ətrafındakılar hiss edir. Məlumdur ki, prostat adenoması kimi hiperaktiv sidik kisəsi də yaş artdıqca daha çox rast gəlinir. 70 yaşdan yuxarı kişilərin təqribən 50 % – də hiperaktiv sidik kisə müşahidə edilir.prostat böyüməsi Prostat adenoması olan xəstələrdə tezləşmiş sidik ifrazı, gecələr sidiyə durma, sidik ifrazının çətinləşməsi ( sidik şırnağının, təzyiqinin zəifləməsi ) ilə yanaşı qəfildən yaranan ( gözlənilmədən sidik kisə tam dolmadığı halda ) və çox çətinliklə saxlanıla bilən çağırış olur. Bir sıra hallarda hətta sidik qaçırtma ilə müşahidə edilən sidik ifrazına çağırış müşahidə edilir ( xəstə ayaqyoluna çatdırmır ) .

    Əksər hallarda prostat adenoması ilə müraciət edən xəstələrin şikayətlərini dinlədikdə məlum olur ki, xəstəni daha çox narahat edən ölçüsü böyümüş prostat vəzi yox, hiperaktiv sidik kisə əlamətləridir. ( Prostat böyüməsi )

     

    Bu halda həkimin koməyinə onun bilik və bacarıqları, həmçinin klinik manevr qabiliyyəti çatır

    ( Prostat böyüməsi )

    Prostat adenoması ilə müraciət edən xəstələrin urodinamik müayinələrinin nəticələri də onu deməyə əsas verir ki, bu iki xəstəlik əksər hallarda yanaşı olur. Bu isə həkimdən çox ciddi bilik, bacarıq, klinik təcrübə və klinik manevr tələb edir ki, xəstədə prostat adenoması əməliyyatına göstərişin olub – olmamasını dəqiq müəyyənləşdirsin ki, əməliyyatdan sonra xəstədə eyni əlamətlər qalmasın. Həmçinin əməliyyatdan sonra xəstə və həkim arasında hər hansı bir anlaşılmazlığın olmaması üçün əməliyyat öncəsi xəstə və yaxınları tam məlumatlandırılmalıdır. Prostat adenoması olan xəstələrdə hiperaktiv sidik kisəsinin olması o demək deyildir ki, hiperaktiv sidik kisəsi prostat adenoması fonunda yaranıb yaxud ayrı – ayrılıqda yaşla əlaqədar olaraq yaranıblar. Hətta çox uğurla icra edilmiş prostat adenoması əməlyyatından sonra da tezləşmiş sidik ifrazı, gecələr sidiyə durma və qəfil yaranan sidik ifrazına çağırış və.s saxlanıla bilir. ( Prostat böyüməsi )

     

    Prostat adenoması və hiperaktiv sidik kisə – gecələr sidik ifrazına durmaq

    prostat böyüməsi

    Əksər hallarda prostat adenoması ilə əlaqədar sidik kanalı daralır və sidik ifrazına maneə olduğu üçün sidik kisə əzələləri zəifləyir, sanki haldan düşür, onların innervasiyası, qidalanması pozulur və qeyri stabil olaraq yığılır. Bu qeyri – stabillik isə bir çox halarda adenoma əməliyyatından sonra da saxlanıır.

    Ona görə də prostat adenoması aşkarlanan xəstənin müalicəsində nəzərə almaq lazımdır ki, hiperaktiv sidik kisəsi heç də həmişə parostat adenomasının nəticəsi deyil. Ayrıca xəstəlik kimi də mövcud ola bilir. Belə olduğu halda dərman müalicəsində mütləq hiperaktiv sidik kisə nəzərə alınmalıdır. Məhz belə peşəkar yanaşma ilə biz öz xəstələrimizi uğurla müalicə edib onların həyat keyfiyyətinin yaxşılaşmasına çalışırıq. ( Prostat böyüməsi )

     

    Prostat adenoması haqqında ətraflı aşağıdakı linkde

     

    Prostat vəzin adenoması zamanı icra edilən endoskopik – lazer əməliyyatı (TUR əməliyyatı) haqqında aşağıdakı linkdə ətraflı məlumat verilib.

     

    Hiperaktiv sidik kisə haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

     

    ( Prostat böyüməsi, prostat vəzin boyumesi, prostatın xoşxassəli hiperplaziyası )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər