Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat vəzin kalsinatları və daşları

Prostat vəzin kalsinatları və daşları

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Bir vaxtlar USM ( UZİ ) müayinəsi yox idi və sanki, insanlar da çox xoşbəxt idilər. Çünki, onlar böyrəklərində olan duzlardan, kristallardan, prostat vəzidə olan kalsinat, fibroz və daşlardan xəbərsiz idi. Belə ki, sadalanan bu hallar demək olar ki, pasientlərin böyük əksəriyətində aşkarlanır. İş orasındadır ki, bu insanların əksəriyyətinin prostata aid heç bir şikayəti olmur. Bütün bunlara baxmayaraq insanlar, prostat vəzinizdə kalsinat, fibroz dəyişiklik, daş və . s kimi xəbərləri çox həyəcanla qarşılayırlar. ( Prostat vəzin kalsinatları və daşları )

     

     

    Pasientlərin belə həssas yanaşmalarını nəzərə alaraq, biz həkim uroloq – androloqlar və bu kimi hallarla qarşılaşan digər ixtisaslı həkimlər daha soyuqqanlı şəkildə xəstəyə izah eləməli və anlatmalıdılar. Həkim mənə dedi ki, sizin prostat vəzinizdə kalsinat var ( yaxud USM – də yazıb ). Bunu deyib çox ciddi həyəcan keçirən pasientlərlə tez – tez qarşılaşırıq. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

    Biz həkim uroloq – androloqlar bilirik ki, adından göründüyü kimi prostat vəzin toxuması eynicinsli deyildir. Yəni burada həm vəzili, əzələvi, birləşdirici toxumalı, həm də bütün digər orqanlarda olduğu kimi damar və sinirlər vardır. Həmçinin bu toxumalar prostat vəzinin müxtəlif zonalarında müxtəlif sıxlıqda ( nisbətdə ) rast gəlinir. Buna görə də hətta tam sağlam prostat vəzi belə USM ( UZİ ) – də eynicinsli görünmür. Onun müəyyən hissələri daha yumşaq, digər hissələri isə daha sərt toxumalardan təşkil olunub. Görüntüləmə imkanları daha üstün olan müasir USM aparatlarında prostat vəzin toxuması daha dərindən öyrənilir. Onun həqiqətən də sağlam halda belə qarışıq strukturlardan ibarət olduğu məlum olub.

    İnsanın həyatı boyu prostat vəzi müxtəlif funksiyaları yerinə yetirərək gərgin işləyir.

    1. Sidik kisəsində sidiyin yığılıb qalması.( sidik kisə dolana qədər sidiyin özbaşına çölə axmıyaraq orada toplanması )
    2. Sidik ifrazının təmin edilməsi.
    3. Həmçinin eyakulyasiya zamanı prostat vəzin şirəsinin və ümumilikdə spermanın xaric edilməsi bilavasitə prostat vəzin əzələlərinin işidir.

    Prostat vəzin mənfəzindən sidik kanalı keçir. Əgər prostat vəzini almaya bənzətək, sidik kanalını almanın çəyirdəyi kimi təsəvvür etməliyik. Sidik olduqca zəhərli, toksiki təsirə malik maddədir. Məlum olub ki, əgər insanın əli bir gün ərzində sidikdə qalarsa dərisində yara əmələ gələr. Bütün bu faktorlar prostat vəzin toxumasına təsirsiz ötüşmür. Hətta prostat haqqında belə bir fikir də var ki, “ tam sağlam prostat yoxdur, tam müayinə olunmayan prostat var “. Ona görə də prostat müayinəsində aşkarlanan kalsinat və fibroz dəyişikliklər heç də həmişə prostat xəstəliyinin əlaməti deyil. Həmçinin prostatda aşkarlanan istənilən sərt toxuma prostat daşı demək deyildir. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

     

    Prostat vəzidə kalsinatın səbəbləri – 

    ( Prostat vəzin kalsinatları və daşları)

    Prostat vəzin kalsinatları demək olar ki, bütün hallarda kalsium oksalat və kalsium fosfat duzlarından ibarətdir. Prostat şirəsinin biokimyəvi tərkibinin öyrənilməsi nəticəsində məlum olmuşdur ki, prostat vəzi daxilində kalsinat və daşların əmələ gəlməsini tormozlayan, onun qarşısını alan limon ( sitrat ) turşusudur. Prostat vəzin müxtəlif xəstəlikləri, iltihabı zamanı onun şirəsində limon turşusunun miqdarı azalır və beləliklə də kalsium duzlarının prostat toxumasında çökməsi baş verir. Həmçinin bir sıra sistem xəstəliklər adlanan xəstəliklər zamanı toxumalarda amiloid cisimciklər ( kraxmal ) çöküntüsü yaranır ki, bu da üzərinə düzları çökdürməklə daş üçün substrat ( yaxud matriks ) rolunu oynuya bilər.  Digər bir tərəfdən isə bildiyimiz kimi sidik kanalı prostat vəzin mərkəzindən keçir və prostat vəzin şirəsi axacaqlar vasitəsilə sidik kanalına açılır.

    Sidik kanalında sidik ifrazına qarşı olan istənilən müqavimət, yaxud prostat vəzi axacağının müxtəlif faktorların təsirindən atonik vəziyyətdə olması nəticəsində sidik ifrazı zamanı prostat vəzin axacağına sidik dolar, iltihablaşar və duzlar şəklində çöküntü verər. Nəzəri cəhətdən tam mümkün ola bilən variantdır. Sidik kanalında sidiyin ifrazına qarşı müqavimətin artması dedikdə isə, sidik kanalında daralma, prostat vəzin böyüməsi, sidik kanalında daşın olması halı başa düşülür. ( Prostat vəzin kalsinatları və daşları – kalkulyoz prostatit  )

    Pasientlərin müayinəsi – 

    ( Prostat vəzin kalsinatları və daşları – kalkulyoz prostatit)

    Əgər müayinə olunarkən sizin prostat vəzinizin USM ( UZİ ) – də  hər hansı bir dəyişiklik aşkarlanıbsa və bu sizi həqiqətən də narahat edirsə mütləq yüksək ixtisaslı uroloq – androloq həkimə müraciət etməlisiniz. Xüsusən də o halda ki, siz müayinə olunana qədər prostat vəzinizlə bağlı hər hansı şikayətiniz olubsa. Onu xüsusilə qeyd etməliyəm ki, belə pasientlərin əksəriyyətinə dinamik müşahidə olunmaq məsləhət görülür və heç bir müdaxilə olunmur. Bir sıra digər hallarda isə xəstənin yaşı, cinsiyyət vəzilərinin vəziyyəti, cinsi yolla yoluxan xəstəliklər, əvvəllər keçirdiyi xəstəliklər, əməliyyatlar və.s nəzərə alınmaqla fərdi yanaşılır və onlara zəruri olan fizioterapiya yaxud digər müalicələr təyin edilir. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

    Prostatda akustik sərt sahələr tək – tək və çox saylı ola bilər. Bunlar bir sıra hallarda prostat daşları olur. Lakin prostat daşları böyrək daşlarından fərqli olaraq çox hallarda akustik kölgə vermir. Bu kölgəlik USM müayinədə aşkarlanan daşın sərtliyinə bağlı olan kölgəlikdir. Prostat daşları 5 – 6 mm dən böyük olduqda belə əksər hallarda kölgə vermir. Prostat vəzinin USM – də daş kimi xarakterizə edilən hiperexogen əlavələrin KT – də ( komputer tomoqrafiya ) daş olaraq təyini və sıxlığının müayinəsi bunu təstiq edir. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

    Transrektal USM – prostat vəzin düz bağırsaqdan müayinəsi

    Prostat vəzin USM ( ultrasəs ) müayinəsi iki formada aparılır. Bunlardan biri transabdominal, digəri isə transrektal müayinədir. Transabdominal USM dedikdə digər orqanların müayinəsində olduğu kimi prostat vəziyə də qarının ön divarından baxılır. Transrektal USM dedikdə isə aparatın xüsusi nəzərdə tutulmuş datçikindən istifadə etməklə prostat vəziyə düz bağırsaqdan baxılır. Bunun üçün xəstə yanı üstə, yaxud üzü yuxarı ayaqlarını qarına yığmış vəziyyətdə uzanır. Həkim isə USM aparatının transrektal adlanan datçikini 2 4-  sm düz bağırsağa daxil etməklə ekranda prostat vəzinin görüntüsünü alır.

     

    Prostat vəzin kalsinatları və daşları

    Prostat vəzi xəstəlikləri və ümumiyyətlə prostat vəzin vəziyyətini daha düzgün qiymətləndirmək üçün transrektal müayinə daha informativ hesab edilir. Qarından baxıb dəqiqləşdirə bilmədiyimiz hal olduqda xəstəyə düz bağırsaqdan ( transrektal ) müayinə məsləhət edirik. Daşın sərtliyindən asılı olaraq çanaqın icmal rentgen müayinəsində də aşkarlana bilər. USM ( uzi ) zamanı prostat vəzisində kalsinat aşkarlanan xəstələrin prostatının düz bağırsaqda barmaqla müayinəsi ( buna rektal palpator müayinə deyilir ) məsləhət deyildir. Rektal palpator müayinə haqqında saytın müvafiq ( müayinələr bölməsində) ətraflı məlumat vermişəm. Daşlı prostatit və prostat vəzin kalsinatları istisna olmaqla, prostat vəzin bütün digər xəstəliklərində barmaqla rektal müayinə olduqca mühüm diaqnostik əhəmiyyət kəsb edir.

     

    ( Prostat vəzin kalsinatları və daşları )

    Prostat vəzidə akustik sərt sahələrin ( kalsinat və daşlar ) aşkarlanmasının əksər hallarda əsas səbəbi prostatda olan uzun müddət davam edən iltihabdır.Prostat vəzin kalsinatları və daşları Uzun müddət iltihab davam edərsə prostat vəzin toxuması qismən birləşdirici toxuma ilə əvəz olunur, çapıqlaşır, sıxlaşır. Beləliklə sağlam prostat toxuması çapıq toxuması ilə əvəz olunur. Buna prostat vəzin sklerozu da deyilir. Əmələ gəlmiş çapıq toxuasına duzlar çökür, sərtləşir və daş əmələ gətirir. Daşların əmələ gəlməsinin digər əsas səbəbi prostat vəzin adenomasıdır. Ancaq prostat vəzin adenoması 40 yaşdan yuxarı kişilər üçün xarakterdir. Prostat adenoması zamanı əmələ gələn daşların ölçüsü 1 – 3 mm – i aşmır. Bu zaman dətən bir neçə daş bir yerdə aşkarlanır. Prostat vəzin TUR əməliyyatı zamanı bunu daha aydın görmək olur.

    TUR əməliyatı ( Trans Uretral Rezeksiya ) sidik kanalından daxil olmaqla prostat vəzidə aparılan yüksək texnologiyalı endoskopik əməliyyatdır. Əməliyyat o insanlarda aparılır ki, onların prostat vəzisi böyüyüb, sidik ifrazı çətinləşib, gecələr bir neçə dəfə sidik ifrazına durur, sidik kisəsi tam boşalmır, hətta bununla əlaqədar kisədə daş əmələ gəlib, yaxud kisə tam boşalmadığından sidik kisə divarında kisəyəbənzər genişlənmələr yaranıb. Bu kisəyəbənzər genişlənmələrə divertikul deyilir. Bununla əlaqədar saytın müvafiq bölmələrdə ətrafı məlumat yeləşdirilib. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

     

    Prostat vəzisində kalsinat olan pasientlərin şikayətləri

    Pasientin yaşından və kalsinatın yerləşdiyi yerdən asılı olaraq şikayətlər müxtəlif ola bilər.Prostat vəzin kalsinatları və daşları

    Sidik ifrazının çətinləşməsi, sidik ifrazı zamanı və sidik ifrazının sonunda ağrının olması, çanaqda, aralıq nahiyyəsində, büzdümdə müalicəyə çox çətin tabe olan xroniki ağrılar, sidik kisə boş olduğu halda sanki sidik var kimi aldadıcı hissiyyatın olması, sidik ifrazına yalançı çağırışlar, həmçinin defekasiya aktı ( nəcis ifrazı ), eyakulyasiya ( spermanın xaric olması anı ) zamanı ağrının olması, bəzən isə adi sakit gəziş zamanı sadalanan nahiyyələrdə ağrı, diskomfort hissiyyatı prostat vəzin kalsinatları, daşları ilə bağlı ola bilir. Bu ağrılar zamanı ağrının xayalığa ötürülməsi və orada da hiss olunması mümkündür. Bəzi pasientlərdə sidik ifrazı zamanı və sonunda aralıq nahiyyəsində olan ağrı dözülməz dərəcədə şiddətli olur. Bundan başqa, sidik ifrazı zamanı, daha çox isə eyakulyasiya zamanı spermada qanın olması da rast gəlinən əlamətlərdəndir. Spermada qanın olması eyakulyasiya zamanı prostat şirəsinin xaricə qovulması üçün prostat vəzi əzələlərinin yığılması nəticəsində prostatda olan daşların sağlam toxumaları zədələməsi ilə əlaqədardır.( Prostat vəzin kalsinatları və daşları – prostatit )

     

    Müalicəsi – 

    ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

    Prostat vəzin kalsinatları və daşları

    TUR əməliyyatının təsviri

    Prostat vəzidə kalsinat aşkarlanmasına baxmayaraq xəstəyə heç bir narahatçılıq vermirsə də, kalsinatın ehimal olunan səbəblərini müəyyən etmək bilmək lazımdır. Həmçininonun böyüməsinə şərait yaradan faktorları ləğv etmək vacibdir. Bu halda ola bilər ki, heç bir müalicə aparılmasın, sadəcə olaraq müəyyən fiziki hərəkətlərlə, həyat tərzini dəyişməklə, dietik, qıcıqlandırıcı olmayan qidalara keçməklə də problemdən uzaqlaşmaq olar. Şikayətlərin intensivliyindən asılı olaraq zəruri müalicə metodu da seçilə bilər. Əgər aparılan konservativ müalicə ( dərman və fizioterapiya ) fonunda əlamətlər yenə də xəstəni narahat edirsə nə etməli ? Trostatın yüksək texnologiyalı endoskopik ( lazer ) əməliyyatı hesab olunan TUR ( trans uretral rezeksiya ) əməliyyatı da aparıla bilər. TUR əməliyyatının aparılması 40 yaşdan cavan kişilərdə məqsədəuygun syılmır.  TUR əməliyyatı sidik kanalından keçməklə aparılır. Yuxarıda TUR əməliyyatı barəsində qismən məlumat verilib. Ətraflı məlumat isə aşağıdakı linkdə https://androloq.az/uslugi/prostat-vezin-lazerle-qapali-emeliyyati-plazmakinetik-tur/. ( Prostat vəzin kalsinatları və daşları – prostatit )

    Prostat vəzidə daşların və kalsinatın yaranmaması üçün nə etməli ? Profilaktikası.

    Prostat vəzin kalsinatları və daşları

    Aktiv həyat tərzi, idmanla məşğul olmaq, faydalı və düzgün qidalanma, pis vərdişlərdən uzaq olmaq, soyuqdəymə və digər xəstəliklərdən, xüsusilə də cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq və requlyar cinsi həyat yaşamaqla prostat vəzidə kalsinatların yaranmasına da mane olmuş olacaqsınız. Daha doğru yol isə requlyar olaraq ildə iki dəfə həkim uroloq – androloq yanında olmaqdır.

     

    Prostat xəstəlikləri haqqında daha ətraflı məlumat aşağıdakı linkdə

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

    ( Prostat vəzin kalsinatları və daşları – androloqbaku – uroloqbaku – prostat kistası mualice – prostatda kalsinat mualice – prostat vəzidə fibroz )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər