Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikoselin əlaməti. Gənclər bunu özlərində necə aşkarlıya bilər ?

Varikoselin əlaməti, əlamətləri, həkim androloq Ziyad Əliyev Bakida

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin əlaməti

    Varikosele cox zəif sürətlə ikişaf edir, məsələn : I dərəcədən II dərəcəyə yaxud II dərəcədən III dərəcəyə kecməsi bir neçə ay və ya bir neçə il davam edir. Məhz buna görə də xəstələrin əksəriyyətində ( təqribən 90% – ə qədərində ) ağrı şikayəti olmur. Varikoselenin əksər hallarda təsadüfi aşkarlanmasının əsas səbəbi də onun ağrısız keçməsidir. Xəstələrin yalnız 10 % – ə qədərində ağrı şikayəti olur. Bütün digər hallarda isə xayalığın müvafiq tərəfində keçici xarakterli diskomfort, qısamüddətli sızıltı, digər xayaya nisbətən çox sallanma və.s kimi əlamətlərlə özünü göstərir. Bir çox hallarda isə hec bir əlamətsiz keçir. ( Varikoselin əlaməti )

    Varikoselin əlaməti, əlamətləri, həkim androloq Ziyad Əliyev Bakida

    androloq.az

    Bu əlamətlər əsasən piyada uzun məsafə gəzdikdə, ağır fiziki iş gördükdə və cinsi əlaqə zamanı və ya ondan az sonra yaranır, yaxud artır. Uzanmış vəziyyətdə isə sadalanan əlamətlər azalır yaxud tam itir. Hətta bəzən varikosele olan kişilər ağrı zamanı xayanı şalvarın cibindən əlləri ilə nisbətən yuxarıda saxlamağa çalışırlar ki, ağrı azalsın, yaxud çıxış yolunu sıx alt paltar geyinməkdə görürlər. Bu isə öz növbəsində varikoselenin daha uzun müddət gizlədilməsinə, fəsadlarının isə daha dərinləşməsinə gətirib çıxardır. Belə gecikmiş ( III,IV cü dərəcə ) varikosele zamanı adətən xayanın ölçüləri kiçilir, konsistensiyası yumşalır, sparmyaratma funksiyası zəifləyir. I, II dərəcədə isə xayanın xarici görünüşündə, həcmində dəyişiklik yaranmır. Sadalalan əlamətlərlə yanaşı agır fiziki işdən sonra varikosele olan tərəfdə xayalığın daha çox sallanması, digər tərəfə nisbətən böyük görünməsi, həmçinin müvafiq tərəfin dərisində qaşınma, dəridə genişlənmiş damarların proyeksiyasında gözlə görülə bilən, əllə hiss olunan damar təsviri müəyyən oluna bilər. ( Varikoselin əlaməti )

     

    Nə vaxt varikoseldən şübhələnməli ?

    Məlumatlı insan üçün bu əlamətlər kifayət qədər asan aşkarlana bilər. Həkimə vaxtında müraciət edərsə gələcəkdə özünü və ailəsini sonsuzluq adlanan həm tibbi həm də sosial ağır bir problemdən qismən də olsa sığortalamış olar.

    Həmçinin varikosele uzun müddət davam edərsə xayanın həcmi kiçilir ( atrofiya ), cinsi sferada müəyyən dəyişikliklər yaradır. Başqa bir qism pasientlər isə sperm ( toxum ) mayesində duruluq, ereksiya zəifliyi və.s qeyd edir. Düzdür, sadalanan əlamətlərin varikosele ilə nə dərəcədə əlaqəli olub-olmaması tam müəyyən olunmayıb. Ama məlum olan odur ki, varikosele əməliyyatından sonra, sadalanan bu əlamətlər itir və xəstə özünü tam normal hiss edir. Əlamətsiz keçdiyinə görə pasientlərin həkimə müraciətlərinin gecikməsinə və müraciət edən pasientlərin əksəriyyətində varikoselenin gecikmiş və ağırlaşmış formalarının aşkarlamasına səbəb olur. Əgər həkimə vaxtında müraciət edərsinizsə gələcəkdə özünü və ailənizi yaxud övladınızı sonsuzluq kimi tibbi və sosial ağır problemdən qismən də olsa sığortalamış olarsınız. ( Varikoselin əlaməti )

     

    Varikoselin müayinəsi. Varikoselin əlamətləri.

    Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur. Ona görə də varikosele olan xəstənin müayinəsi isti otaqda, xayalıq dərisinin boşalmış vəziyyətində aparılmalıdır. Soyuq otaqda olduqda xayalığın dərisi büzüşdüyündən varikoselenin əllə kliniki müayinəsi çətinləşir. Xüsusən də səpələnmiş damar tipli insanlarda.

    Bildiyimiz kimi insanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

    – magistral tip

    – səpələnmiş tip

    Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 3 ya 4 ədəd.

    Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur.  Bu halda venaların sayı daha çox olur, 5, 7 və daha çox.

    Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və.s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan qapaqlar ( klapanlar ) aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır. Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,8 mm, ayaqüstə və gərginlik sınagından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur. ( Varikoselin əlaməti )

     

    Varikosele dərəcələrini necə ayırd etməli ?

    Təzahür  formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :

    Varikoselin əlaməti, əlamətləri, həkim androloq Ziyad Əliyev Bakida

    androloq.az

    I-DƏRƏCƏ : adi sakit halda xəstə ayaq üstə durduqda damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı zaman ( buna valsalva sınağı deyilir ) toxum ciyəsinin əllə müayinə edib aşkarlamaq olur.

    II-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Xəstə uzanıq vəziyyətə keçdikdə isə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

    III-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal ( uzanmış ) vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur.

    IV-DƏRƏCƏ : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir (atrofiyalaşır), konsistensiyası yumşalır. Ağrı  sakit halda da ola bilir.

    Xəstəlik, xaya səthidə ( 90% – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir. ( Varikoselin əlaməti )

     

    Varikoselin fəsadları.

    – kişi sonsuzluğu

    – xayanın atrofiyası ( kiçilməsi )

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər