Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikoselin əlamətləri, dərəcələri

Varikoselin əlamətləri, varikoseli özünüz müəyyən edin, varikosel dərəcələri, androloq Ziyad Əliyev Bakıda. Varikoselin dərəcəsi və əlaməti.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin əlamətləri

    Varikoselin əlamətləri haqqında ətraflı məlumat vermək qərarına gəldim. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur. Ona görə də varikosele olan xəstənin müayinəsi isti otaqda aparılmalıdır ki, xayalığın dərisi büzüşmüş olmasın. Çünki, xayalığın dərisi büzüşmüş vəziyyətdə olduqda damarları təyin etmək çətinləşir yaxud mümkün olmur. Xüsusən də səpələnmiş damar tipi olan insanlarda.

    Varikoseli necə müəyyən etməli ? Varikoselin əlamətləri hansılardır?

    İnsanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

    – magistral tip
    – səpələnmiş tip

    Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 2 – 4 ədəd.
    Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur. Bu halda venaların sayı daha çox olur, 5 – 7 və daha çox.

     

    USM – də varikosel necə aşkarlanır, xaya dopleri nədir ?

    Varikoselin əlamətləri, varikoseli özünüz müəyyən edin, varikosel dərəcələri, androloq Ziyad Əliyev Bakıda. Varikoselin dərəcəsi və əlaməti.

    androloq.az

     

    Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və.s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan klapanlar aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır.

    Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,6 mm, ayaqüstə və gərginlik sınağından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. Gərginlik sınagı ( valsalva sınağı ) dedikdə bir neçə dəfə oturub qalxdıqdan sonrakı göstərici nəzərdə tutulur. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur.

    Varikoselin əlamətləri, dərəcələri

    Təzahür formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :

    I-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı zaman ( buna valsalva sınagı deyilir ) toxum ciyəsinin əllə müayinə edərək aşkarlamaq olur.

    II-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

    III-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur. ( xayada sallanma, şişkinlik, ağrı )

    Varikoselin əlamətləri, varikoseli özünüz müəyyən edin, varikosel dərəcələri, androloq Ziyad Əliyev Bakıda. Varikoselin dərəcəsi və əlaməti.

    androloq.az

    IV-DƏRƏCƏ : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir ( atrofiyalaşır ), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.
    Xəstəlik, xaya səthidə ( 90 % – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir.

     

    Xayalarda vaikoz damar genişlənməsi – mikrocərrahi ( mikroskopik ) əməliyyat haqqında məlumat aşağıdakı linkdə verilmişdir.

    http://androloq.az/uslugi/varikosel-xayalarda-varikoz-damar-genislenmesi/

     

    Varikosele haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir.

     

    http://androloq.az/uslugi/varikosel-nedir-spermaya-nece-tesir-edir-sonsuzluq-xayada-agri/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    varikoselin əlaməti, varikoselin dərəcəsini necə təyin etməli? Varikoseli özünüz müəyyən edin

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər