Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sonsuzluq, kişi sonsuzluğu müalicə.

Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Sonsuzluq, kişi sonsuzluğu müalicə.

    Sonsuzluq, kişi sonsuzluğu dedikdə requlyar cinsi həyat fonunda 1 il ərzində, heç bir qoruyucu vasitədən istifadə etmədən hamiləliyin olmadığı hal başa düşülür. Pasientlərlə söhbət edəndə çalışıram ki, “sonsuzluq” terminini mümkün qədər az işlədim, çünki bu sözdən heç xoşum gəlmir. Amma burada işlətmək məcburiyyətindəyəm.

    1 il müddəti də təsadüfi seçilməmişdir, statistik rəqəmdir. Məlum olmuşdur ki, hamilə olan qadınların 30 % – də birgə həyatın birinci 3 ayında, 60 % – də 7 aylığına qədər, qalan 10 % – də isə 11 – 12 aylığında hamilə qalmışlar. Ona görə də bir il müddət həm mayalanmanın baş tutması üçün, həm də hamiləlik olmadığı halda sonsuzluq haqqında danışamaq üçün kifayət qədər əsas verir. Sonsuzluq dedikdə, andrologiyada əsasən kişi sonsuzluğundan bəhs edilir.

     

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androloq.az

    Həm tibbi həm də sosial problem olaraq sonsuzluq müasir təbabətin ən aktual tətqiqat obyektidir. Statistikaya görə dünya üzrə yeni qurulan ailələrin 8 – 15 % – i bu problem üzündən övlad sahibi ola bilmirlər.

    Sonsuzluq tibbi termindir və o demək deyildir ki, Sizin heç vaxt övladınız olmayacaq. Sadəcə olaraq bir sıra səbəblər vardır ki, sizin hal hazırda valideyin olmağınıza maneə törədir yaxud onu ləngidir.

    Sonsuzluq, kişi sonsuzluğu. Hansı halda qadın, hansı halda kişi sonsuzluğundan danışılır ?

    Əgər qadın orqanizmində hamiləliyin olmasına mane ola bilən dəqiqləşdirilmiş hər hansı ciddi səbəb vardırsa, bu hal qadın sonsuzluğu hesab edilə bilər. Əgər qadın müayinələrdən tam sağlam çıxırsa və kişinin sperm göstəricilərində mayalandırmaq qabiliyyəti kəskin aşağıdırsa, bu halda kişi sonsuzluğundan danışmaq olar. Müraciət edən ailələrin təqribən 50 % – də həm qadında həm də kişidə hamiləlik qalmasına mane olan faktorlar tapılır.

    Kişi sonsuzluğu çoxsaylı xəstəliklər və faktorla əlaqədar ola bilən və səbəbi çox vaxt asan müəyyən olunan haldır. Çox saylı xəstəliklərlə əlaqədar olması, pasientlərin müxtəlif sahədə çalışan həkimlərə müraciət etməsinə səbəb olur. Bunların bir qismi uroloq – androloqlara, dermatoveneroqlara, terapevt, nevropatoloq, endokrinoloqa və.s müraciət edir. Buna baxmayaraq patospermiynın dəqiq səbəblərini müəyyən etmək və müalicənin uğurlu nəticələrini görmək heç də hər həkimə qismət olmur. Sonsuzluq, kişi sonsuzluğu müalicə müasir dünya standartlarına uyğundur.

     

    Hansı səbəblərdən sonsuzluq, kişi sonsuzluğu yarana bilər ?

     

    1. Cinsiyyət orqanlarının anadangəlmə xəstəlikləri ( anomaliyaları ) :

    – kriptorxizm və ektopiya: xayalardan birinin yaxud hər ikisinin xayalıqda olmaması ( qasıq kanalında yaxud qarın boşluğunda qaldıqda ) Ətraflı aşağıdakı linklərdə.

    https://androloq.az/uslugi/xayanin-ektopiyasi/

    https://androloq.az/uslugi/kriptorxizm-nedir-xayalarin-xayaliqda-olmamasi-kriptorxizmin-mualicesi/

    – hipospadiya və epispadiyalar : sidik kanalının xarici dəliyi cinsi orqanın baş hissəsinin ucuna deyil, cinsi orqanın alt yaxud üst tərəfinə açılır.

    – cinsi inkişafdan qalmalar ( hipqonadizim ) : xayaların inkişafdan qalması.

     

    1. varikosele : xaya damarlarında varikoz genişlənmə. Ətraflı aşağıdakı linkdə

    https://androloq.az/uslugi/varikosel-nedir-sperma-faizi-sonsuzluq/

    https://varikosele.az/

     

    1. Cinsiyyət sistemi orqanlarında infeksion – iltihabi xəstəliklər:

    – cinsi yolla yoluxan xəstəliklər ( süzənək – triplit, xlamidioz, trixomoniaz, ureaplazmoz, mikoplazmoz, genital herpes və.s ) : https://androloq.az/category/maraqli-m-qal-l-r/page/3/

    – prostatit : prostat vəzin iltihabı : https://androloq.az/uslugi/xroniki-prostatit-mualicesi/

    – uretrit : sidik kanalının iltihabı

    – vezikulit : toxum kisəciklərinin iltihabı

    – orxit : xayaların iltihabı: https://androloq.az/uslugi/orxit-xaya-iltihabi-xayada-agri-sis/

    – epididimit : xaya artımının iltihabı :https://androloq.az/epididimit-nedir-xaya-artiminda-iltihab/

     

    1. Digər orqanların xəstəlikləri :

    – şəkərli diabet

    – qalxanabənzər vəzi xəstəlikləri

    – hepatit, qara ciyər sirrozu, qaraciyər çatışmazlığı

    – böyrək çatışmazlığı

    – sidik – cinsiyyət orqanlarının vərəmi

    – epidemik parotit ( el arasına qulaqdibi, svinka kimi tanınır ) –

     

    1. sidik – cinsiyyət orqanları travmaları və onlarda keçirilən əməliyyatlar və.s.

     

    1. peşə xəstəlikləri ilə əlaqədar: kimyəvi maddələrin təsiri ( zəhərli zavodlarda, benzol və digər kimyəvi maddələrlə daimi kontakt – xroniki zəhərlənmə ), radioaktiv şüalanma

     

    1. onkoloji xəstəliklərlə əlaqədar aparılan şüa terapiyası, kimyaterapiya, hormon terapiyası və.s

     

    1. zərərli vəzdişlər: alkoqolizm, narkomaniya, tütün çəkmə və.s.

     

    1. Stressli vəziyyətlər.

     

    Göründüyü kimi kişi sonsuzluğunun səbəbləri çox ola bilər. Hətta sadalanan faktorların bir neçəsi eyni vaxtda səbəb ola bilər.

     

    Müasir andrologiya və spermatologiyada kişi sonsuzluğunun 3 forması müəyyən edilir.

     

    1. Sekretor.

    2. Ekskretor yaxud obstruktiv.

    3. İmmunoloji yaxud autoimmun.

     

    Sonsuzluğun sekretor forması. Sonsuzluq, kişi sonsuzluğu.

    Sekretor forma sonsuzluq dedikdə hər hansı bir səbəbdən xayalarda spermatozoidlərin əmələ gəlmə, yetişmə, formalaşma prosesinin pozulması ilə əlaqədar olan sonsuzluq başa düşülür. Bu halda ya ümumiyyətlə xayalarda spermatozoid əmələ gəlmir, yaxud çox az miqdarda əmələ gəlir. Bir sıra hallarda isə normal miqdarda spermatozoidlər əmələ gəlməsinə baxmayaraq onlar ya tam hərəkətsiz olur ( akinezoospermiya, nekrozoospermiya ) yaxud morfoloji defektli olur. Bu xəstələrin eyakulyatında spermatogenez hüceyrələri 2 % dən çox olur. Normal halda isə 0,5 – 2,0 % olur.

    Sekretor forma sonsuzluq müxtəlif genetik xəstəliklər, hipoqonadizm ( cinsi inkişafdan qalma ), varikosele, kriptorxizm, xaya iltihabı keçirən xəstələrdə daha çox rast gəlinir. Xaya iltihabı orxit adlanır və bir çox pasientlərdə epidemik parotit adlanan xəstəlikdən sonra yaranır. Epidemik parotit el arasında qulaqdibi yaxud svinka kimi də tanınır. Ən çox uşaq yaşlarda rast gəlinr. Əsas əlaməti qulağın dibi – boyun nahiyyəsinin şişkinliyi və bədən temperaturunun yüksəlməsidir. Orxitlə ağırlaşdıqda isə xaya şişir, kəskin ağrılı olur, dərisi qızarır. Belə xəstələr müalicəsini ciddi şəkildə xəstəxana şəraitində almalıdır. Parotitli xəstədə eyni vaxtda hər iki xaya yaxud bir xaya iltihablaşa bilər. Əgər hər iki xaya iltihablaşırsa sonsuzluq riski 75 %, bir xaya iltihablaşırsa 25 % – dir. ( sonsuzluq – kişi sonsuzluğu müalicə )

     

    Varikosele ilə əlaqədar spermatogenezin pozulmasının əsas səbəbləri “varikosele” bölümündə daha aydın izah edilib. Əsasən xayanın temperatur tənziminin pozulması və sərbəst radikalların eyakulyatda artması ilə əlaqələndirilir.

     

    Sonsuzluğun ekskretor forması.

    Ekskretor yaxud obstruktiv sonsuzluq isə toxumçıxarıcı yollarda keçməməzliklə əlaqədardır. Belə ki, cinsiyyət orqanlarında keçirilmiş iltihabı xəstəliklər, cinsi yolla yoluxan xəstəliklər və travmalardan sonra yaranmış çapıq toxuması toxumdaşıyıcı axacaqların mənfəzini ya tam bağlayır yaxud daraldaraq keçiriciliyini pozur. Ona görə də xayalarda normal miqdarda spermatozoid əmələ gəlməsinə baxamayaraq onların xaricə çıxması çətinləşir. Bu asılıdır prosesin bir yaxud iki tərəfli olmasından. Əgər obstruksiya ( keçməməzlik ) birtərəfli olarsa eyakulyatda spermatozoidlərin miqdarı az olur, iki tərəfli olarsa eyakulyatda spermatozoid olmur. Buna ekskretor azoospermiya yaxud obstruktiv azoospermiya deyilir, yəni xayalarda spermatozoid olmasına baxmayaraq eyakulyatda spermatozoid tapılmır. ( sonsuzluq – kişi sonsuzluğu müalicəsi )

     

    İmmunoloji sonsuzluq, kişi sonsuzluğu.

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androloq.az

    İmmunoloji sonsuzluq dedikdə orqanizmdə spermatozoidlərə qarşı xüsusi zülalların-antitellərin əmələ gəldiyi hal başa düşülür. Belə ki, normal halda kişi orqanizmində sperm kütləsi və qan arasında xüsusi baryer mövcuddur, buna hemato – testikulyar ( qan – xaya baryeri ) baryer deyilir ( hemato – qan, testis – xaya ).

    Müxtəlif travmalar, cərrahi əməliyyatlar, infeksion xəstəliklər bu baryerin pozulmasına və qan – sperm kontaktına səbəb olur. Orqanizm spermatozoid zülalını yad zülal kimi qəbul edir, nəticədə isə insan qanında spermatozoidlərə qarşı zülallar – antitellər əmələ gəlir, bunlara antispermal antitellər ( ASA ) deyilir. Bu antispermal antitellər qada dövr edir və pozulmuş baryerdən əksinə – sperm kütləsinə qayıdır. Sperm kütləsində spermatozoidlərin üzərinə çökür, onları bir – birinə yapışdırır və spermatozoidlərin aktiv hərəkət etməsinə maneə törədir. Antispermal anitellərin sperm kütləsində müayinəsi MAR – test adlanan müayinə vasitəsilə aparılır. Bəzən kişinin spermatozoidlərinə qarşı antitellər qadında yaranır. Bu hal immunoloji uyğunsuzluq adlanır.

    Digər bir nöqteyi – nəzərdən birincili və ikincili sonsuzluq ayırd edilir. Əgər kişinin əvvəlki həyat yoldaşında yaxud cinsi partnyorunda hamiləlik olubsa və hal-hazırda cinsi partnyoru ondan hamilə qalmırsa ( qadında hər şey normal olduğu halda ) bu hal ikincili sonsuzluq adlandırılır. Birincili sonsuzluq dedikdə isə ki, kişinin cinsi partnyoru və həyat yoldaşında heç vaxt hamiləliyin olmadığı hal başa düşülür.

     

    Kişi sonsuzluğunun əlaməti olurmu ?

    Kişi sonsuzluğu hansısa bir xəstəlik deyildir ki, onun özünəməxsus bir əlaməti olsun. Əksər halda spermaqramma göstəriciləri aşağı olan kişilər tam sağlam kişilərdir. İlkin baxışdan onlara baxıb hansısa xəstəliyin əlamətlərini axtarsaq belə çox vaxt heç nə tapmırıq. Bütün digər kişilər kimi onlar da aktiv cinsi həyat yaşayır və bundan həzz alırlar. Əksər hallarda onlar özlərində bu problemi təsadüfi müayinə zamanı aşkarlayırlar. Başqa bir halda isə ailə qurduqdan bir neçə ay və ya il keçib həyat yoldaşı hamilə qalmadıqda həkimə müraciət edirlər. Əlbəttə ki, bizim alilələrdə birinci müayinə olunan qadın olur. Qadın tam müayinə olunduqdan sonra hamiləliyin olmasına mane olan hər hansı səbəb aşkarlanmadıqda kişi müayinə olunmağa başlayır. ( sonsuzluq – kişi sonsuzluğu müalicəsi )

     

    QEYD

    Özlərində aşağıda sadalanan bu 3 əlaməti yaxud onlardan hər hansı birini hiss edən kişilər mütləq müayinə olunmaq üçün həkimə androloq – uroloqa müraciət etməlidirlər.

     

    1. Cinsi orqanın sərtləşməsində hər hansı problem varsa ( erektil disfunksiya )

    2. Xaric olan spermanın miqdarında azalma varsa

    3. Cinsi orqanlar nahiyyəsində ağrı, diskomfort varsa

     

     

    Sonsuzluqla əlaqədar kişinin müayinəsi, diaqnostika..

     

    Sonsuzluqla əlaqədar müraciət edən ailə cütlərinin müayinəsi zamanı sonsuzluğun səbəbi 50 % – halarda kişilər olur. Ona görə də kişinin müayinəsi də qadının müayinəsi qədər vacibdir, xüsusən nəzərə alsaq ki, kişinin müayinəsi daha bəsid və sadədir. Belə ki, təkcə spermaqramma verməklə kişinin sperm kütləsi haqqında demək olar ki, lazım olan bütün informasiyanı almış oluruq.

    Sonsuzluqla müraciət edən pasientin müayinəsi onunla söhbətdən başlayır. İlk növbədə cinsi orqanlarla və cinsi sferadan hər hansı şikayətinin olub olmaması soruşulur. Yaxın kişi qohumlarda sonsuzluqla bağlı problemin olub olmaması, irsi xəstəliklər, xroniki xəstəliklər inkar edilməlidir. Həmçinin keçirdiyi xəstəliklərin və əməliyyatların çox ciddi əhəmiyyəti var, xüsusən sidik – cinsiyyət orqanlarında ( parotit, orxit, vərəm, cinsi yolla yoluxan xəstəliklər ).

    Daha sonra pasientin cinsi funksiyası barəde soruşuruq. Normal requlyar cinsi həyat tərzi və hamiləliyin olması üçün cinsi əlaqələrin optimal sıxlığı həftədə 3 – 4 dəfə hesab olunur. Cinsi əlaqə sıxlığının bir ayda 2 dəfədən az olması da normal spermaqramma fonunda sonsuzluğa səbəb ola bilər. Həmçinin məlumdur ki, aneyakulyasiya ( eyakulyasiyanın olmaması ) və çox erkən ( ekstravaginal ) eyakulyasiya da hamilə qalmamağa səbəb ola bilir.

    Növbəti mərhələ cinsiyyət orqanlarına və ümumi bədən qruluşuna baxışdır. Cinsi orqan və xayaların ölçüsü, xayaların xayalıqda olub olmaması, sidik kanalının xarici dəliyinin normal yerləşməsi, daralmanın olmaması aydınlaşdırılmalıdır. Həmçinin pasientin bədən qruluşu, piylənmə, bədəndə, üzdə tüklənmə, süd vəzilərində böyümə, ətrafların uzun olması və.s dəqiq qiymətləndirilməlidir. Çünki bu əlamətlər sonsuzluqla müşaiyət olunan bir sıra genetik xəstəliklərin əlamətləri ola bilər. ( sonsuzluq – kişi sonsuzluğu müalicəsi )

     

    Spermaqramma.

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androloq.az

    Kişinin sperm kütləsi haqqında ən dəqiq informasiyanı isə SPERMAQRAMMA verir. Spermaqramın kriteriyaları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilir və normativ olaraq qəbul edilir. Spermaqram göstəriciləri, onun götürülmə qaydası haqqında ətraflı məlumat ayrı – ayrı məqalələrdə yazılmışdır.  Spermaqram vermək üçün pasient 3 – 6 gün cinsi əlaqədə olmamalıdır.

    https://androloq.az/uslugi/spermaqramma-n-dir-sperma-faizi/

     

     

     

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androloq.az

    Digər vacib müayinə xayaların USM – dir. Xüsusən də xaya damarlarının dopler müayinəsi. Bildiyimiz kimi kişi sonsuzluğunun ən çox rast gəlinən səbəblərindən biri varikoseledir. Varikoselenin diaqnostikasının ən dəqiq üsulu xaya dopleridir. Həmçinin USM – də xayanın həcmini dəqiq təyin etmək olur. Normal halda xayanın həcmi 15 sm 3 -dan çox olmalıdır. Xayaların həcmi ilə eyakulyatdakı sparmatozoidlərin sayı arasında ciddi əlaqə vardır. Xayaların həcminin 15 sm 3 – dan kiçik olması əksər hallarda spermatozoidlərin miqdarının azalması ilə müşahidə edilir. Çünki, xayanın həcminin 95 % – ə qədərini qıvrım toxum kanalcıqları təşkil edir, hansı ki spermatozoidlər məhz bu kanalcıqlarda əmələ gəlir.

    Qanda cinsi hormonların müayinəsi bir sıra hallarda ola bilər ki, ciddi əhəmiyyət kəsb etməsin. Lakin bəzi hallarda, xüsusilə də piylənməsi olan, xayaları kiçik, spermatozoidləri az, tüklənməsi zəif olan pasientlərdə bunu mütləq yoxlamalıyıq.

     

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androlo.az

    Bu pasientlərin minimal müayinə paketinə cinsi yolla yoluxan xəstəliklərin PZR diaqnostikası da daxildir. PZR – diaqnostika sidik kanalından götürülmüş sıyrıntının polimeraz zəncirvari reaksiya üsulu ilə müayinəsidir.

     

    Sonsuzluq, kişi sonsuzluğunun müalicəsi.

    Sonsuzluğun müalicəsi dedikdə ilk növbədə onu yarada bilən səbəblərin aradan qaldırılmasına çalışmaq lazımdır. Məsələn pasientin işi kimyəvi zavoddadırsa, toksiki madələrlədirsə ilk növbədə o işini başqa bir işə dəyişməlidir. Digər tərəfdən gecə növbədə qalmaqla əlaqədar işdirsə, həmçinin gündüz işinə dəyişdirilməlidir. Çünki çox yorğunluq, yuxusuzluq və stres sperm kütləsinə mənfi təsir edir. Həmçinin zərərli vərdişlərdən uzaq durmaq, imkan daxilində normal qidalanmaq və aktiv həyat tərzinə keçmək müalicənin başlanğıcı hesab oluna bilər. Bir çox hallarda sadalananlara əməl etməklə hətta heç bir spesifik müalicə aparmadan sperm göstəriciləri normallaşır. Əgər əlavə olaraq cinsiyyət orqanlarında iltihabı əlamət varsa yaxud varikosele aşkarlanıbsa adekvat müalicə təyin olunmaqla arzuladığımız hamiləliyə nail olmaq olar.

     

    Sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq uroloq Ziyad Əliyev Bakıda

    androloq.az

    Bir sıra hallarda sonsuzluğun dəqiq səbəbini təyin etmək mümkün olmur və belə olan halda biz xəstəyə empirik müalicə təyin edirik. Empirik müalicə növü uzun illərdir təyin olunur və əsasən örqanizmi qüvvətləndirən, onu sağlamlaşdıran vitamin, minerallarla, aminturşularla zəngin dərman preparatlarının, bioloji əlavələrin təyinindən ibarətdir.

     

    Sonsuzluğun profilaktikası.

    Sonsuzluğun spesifik profilaktikası yoxdur. Lakin uşaq yaşlarında bir sıra anadangəlmə xəstəliklərin vaxtında aşkarlanıb müalicə edilməsi sonsuzluğun profilaktikası hesab oluna bilər. Bəzən valideyinlərin səhlənkarlığı yaxud uşaq həkimlərinin səhlənkarlığı üzündən bu xəstəliklər vaxtında aşkarlanmır. Belə ki, ya valideyin uşağı həkimə vaxtı – vatında aparmır yaxud həkim uşağı soyundurub cinsiyyət orqanlarına baxmır və hər hansı patologiyanı gözdən qaçırdır. Uşaq müəyyən yaşa çatdıqda ola bilir ki, cinsiyyət orqanlarındakı defekt, eybəcərlik, cinsi orqanın kiçikliyi və.s onu narahat edir. Belə uşaqlar öz həmyaşıdlarının yanında soyunmağa, dənizdə çimməyə utanırlar. Bu səbəbdən çox ciddi psixoloji gərginlik yaşayırlar. Digər bir tərəfdən cinsiyyət orqanları anomaliyaları vaxtında aşkarlanıb müalicə yaxud əməliyyat olunmadıqda gələcəkdə cinsi sferada müəyyən problemlər, həmçinin sonsuzluq yarada bilir. Ona görə də valideyinlər çox diqqətli olmalıdırlar.

    Həmçinin bir sıra infeksion xəstəliklər vardır ki, xayaları ciddi zədələyir. Məsələn epidemik parotit virusu. Buna el arasında qulaqdibi yaxud svinka da deyirlər. Digər bir tərəfdən xayaların travması, əzilməsi, xaya burulması, qasıq – xaya yırtığı olan uşaqlar yüksək risk qrupunu təşkil edirlər. Ümumiyyətlə uşaq orqanizmində hər hansı bir narahatçılığa çox diqqətli olmalısınız ki, gələcəkdə sizin övladınız sonsuzluq kimi ağır bir problemlə üzləşməsin.

    Yetkin yaşa çatmış insanda isə sonsuzluğun profilaktikası cinsi yolla yoluxan xəstəliklərdən qorunma, zərərli vərdişlərdən uzaq durmaq və vaxtı – vaxtında həkim uroloq – androloq qəbulunda olmaqdır.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

     

    Sonsuzluğun əsas səbəbi varikoseledir.

    http://androloq.az/uslugi/varikosel-ve-sonsuzlugun-mualicesi-androloq-uroloq-ziyad-aliyev/

     

     

    ( sonsuzluq, kişi sonsuzluğu müalicəsi, androloq, uroloq Dr Ziyad Bakıda, sperma analizi – spermaqramma ).

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər