Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat vəzi, prostat nədir ?

Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat vəzi ilə tanış olaq.

    Əgər siz kişisinizsə deməli sizin bəxtiniz gətirib, sizdə də prostat vəzi var. Bir – iki istisnanı çıxmaq şərtilə ( əgər sizin prostat vəzinizi əməliyyat edib götürüblərsə yaxud hər hansı genetik xəstəliklə əlaqədar inkişafdan qalıbsa ) prostat vəzi kişi üçün cinsi orqan qədər xarakter bir orqandır. Sadəcə olaraq insan cinsi orqanı hər gün görür, əlbəttə ki, qarın mane olmursa. Prostat vəzi isə görünmür, daxildədir. Lakin prostat vəzi ilə əlaqədar hər hansı problem yarandıqda nəinki xəstə özü, bunu hətta ətrafdakılar hiss edir.

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

    Prostat vəzi və onun xəstəlikləri insanlar arasında çox populyardır. Əsas səbəb isə prostat xəstəliklərinin geniş yayılmsı və aktuallığıdır. Bunu nəzərə alaraq, daha asan anlaşılan dildə olmaq şərtilə nisbətən geniş ümumi məlumat yerləşdirməyi qərarlaşdırdım. Çox geniş informasiya məkanında yaşamağımızla əlaqədar olaraq hər bir insan istənilən xəstəlik haqqında və ya insan sağlamlığı ilə əlaqədar hər hansı bir məlumatı asanlıqla əldə etmək imkanına malikdir.

    Tibb təhsili olmayan insan üçün bol informasiya məkanında istər televiziya, radio, istərsə də internet vasitəsilə heç də həmişə həqiqəti əks elətdirməyən, yanlış və reklam xarakterli məlumatlarla dolu olan bir aləmdə daha düzgününü, daha doğru olanını seçmək asan deyil. Məhz prostat vəzi xəstəliklərinin və cinsi sağlamlığın aktuallığı bu mövzunu daha populyar etmişdir. Hətta o qədər populyar etmişdir ki, bir sıra hallarda ümumiyyətlə prostat vəzi nə olduğunu, nəyə xidmət etdiyini təsəvvür etməyən insanlar, mənim prostatım var, prostatım ağrıyir, prostatım böyüyüb, şişib, genişlənib və.s deyib həkimə müraciət edir. Təcrübəli həkim isə bunları, xəstə öz şikayətləri barəsində danışarkən hərdən bəzi tibb terminlərindən və xəstəlik haqqında qismən də olsa məlumatlı olmasını göstərməyə çalışarkən hiss edir.

     

    Prostat vəzin forması və qruluşu.

    Prostat vəzi, vəzili – əzələvi orqandır və xüsusi kapsula daxilində yerləşir. Vəzili hissəsi prostat şirəsinin hazırlanmasını, əzələvi hissəsi isə hazırlanmış şirənin eyakulyasiya ( boşalma ) zamanı xayalarda hazırlanan spermatozoid kütləsinə qarışaraq xaricə qovulmasını həyata keçirir.

    Müxtəlif səbəblərdən bu funksiyalar pozula bilir. Məsələn :

    • Prostat vəzin iltihabı xəstəliklərində.
    • Postat vəzin adenoması.
    • Kistası olduqda.
    • Müxtəlif kimyəvi maddələrlə, ağr metallar və onların birləşmələri ilə kəskin və ya xroniki zəhərlənmələrdə.
    • Ağır infeksion xəstəliklər, qan xəstəlikləri, şiş xəstəlikləri, şəkərli diabet, sinir sistemi xəstəliklərində, müxtəlif travmalar zamanı və.s ) bu proseslər ya ümumilikdə yaxud ayrı – ayrılıqda ( izolə olunmuş şəkildə ) pozulur və müvafiq əlamətlərlə özünü biruzə verir.

     

    İnsanların prostat vəzi haqqında məlumatı varmı ?

    Məsələn:  Pasientdən soruşduqda nə şikayətiniz var ? Sizi nə narahat edir ? – Məndə prostat var, yaxud mənim prostat vəzim var – deyə cavab verir. Hətta pasientlərin böyük bir qisminin prostat vəzi dedikdə xayaları nəzərdə tutduğunu da müşahidə edirik. Belə ki, prostatım genişlənib, prostatımda ağrı var deyən pasintlərdən ağrının harada olduğunu soruşanda bəzən xayalarını göstərir. Nəzərə alsaq ki, bütün digər orqanlar kimi ( böyrəklər, qara ciyər, xayalar və s. ) prostat vəzi də hər bir kişidə olur. Hələ ana bətnində olarkən o formalaşır, doğulduqdan sonra da cinsi yetişkənlik dövrünə qədər xayalarla sıx əlaqəli şəkildə işləyərək böyüyür. Daha sonra isə spermanın əmələ gəlməsində və kişi cinsi əlamətlərinin formalaşması prosesində iştirak edir.

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

    Prostat vəzi şabalıd formada olan vəzidir. Daha dəqiq desək müxtəlif yaşlarda zirvəsi aşağıya əsası yuxarıya yönəlmiş kümbəzi, yaxud konusu xatırladır. O, çanağın dibində, sidik kisəsinin altında və düz bağırsağın önündə yerləşir. Həcmi təqribən 20 – 22 sm3, çəkisi 20 – 25 qr olan vəzidir.  Sidik kanalının başlanğıc hissəsi prostat vəzin mərkəzindən keçir. Həmçinin hər iki ( sağ və sol ) toxum kisəciyinin axacağları ayrı – ayrılıqda prostat vəzin arxa səthindən daxil olaraq onun daxilində sağ və sol toxumdaşıyıcı axacaqla birləşərək iki ümumi axacaq şəklində sidik kanalının prostat vəzidən kecən hissəsinin arxa divarına açılır.

     

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

    Cavan yaşlarda konusabənzər formada olduğu halda yaş artdıqca daha çox kümbəzəbənzər şəkil alır və bir çox hallarda həcmi böyüyür. Prostat vəzin böyüməsinə müxtəlif yaş qruplarında rast gəlinir. Hiperplaziya yaxud prostat adenoması adlanan bu böyümə əsasən 50 yaşdan yuxarı kişilər üçün xarakterdir. Prostat vəzin adenoması 50 yaşdan yuxarı kişilərin təqribən 50 % – də aşkarlanır.

     

    Prostat vəzin funksiyaları hansılardır ?

     

    1. Kişi orqanizmində sidik ifrazının tənzimlənməsi.

    Sidik ifrazı zamanı prostat vəzin əzələləri boşalaraq sidik kisəsinin boynunu və sidik kanalının sidik kisəsindən çıxan başlanğıc hissəsini genişləndirməklə sidik kanalı daxili müqaviməti azaldır. Nəticədə isə sidik kisə əzələləri yığılaraq daxilindəki sidiyi asanlıqla xaicə qovur.

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

    Əgər sidik ifrazında iştirakı pozularsa aşağıdakı dəyşikliklərlər yaranır.

     

    2. Spermanın tərkibinin formalaşmasında iştirak edir.

     

    Məlum olmuşdur ki, eyakulyasiya zamanı xaricə çıxan toxum mayesinin tərkibinin təqribən 50 % – i prostat vəzin şirəsi hesabına formalaşır. Məhz prostat vəzin şirəsinin unikal tərkibi hesabına sermatozoidlər qadın cinsiyyət yollarına düşərkən xarici faktorların təsirinə daha dözümlü olur və yaşamaq qabiliyyətini daha uzun müddət saxlayır.

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

    Toxum mayesi ( spermanın ) tərkibinin formalaşması, onun qidalı maddələrlə zənginləşməsi, turşu – qələvi mühitinin tənzimlənməsi üçün prostat şirəsi çox vacibdir. Bütün bu prosesləri tənzimləmək üçün prostat vəzi sağlam olmalıdır ki, onun hazırladığı şirə də lazım olan kompanentlərlə zəngin olsun. Prostat şirəsinin tərkibində poliaminlər ( spermin, spermidin ), limon turşusu, sial turşusu, prostaqlandinlər, sink, selen, fermentlər ( qələvi fosfataza, turş fosfataza, amilaza, aminopeptidaza, transaminazalar ), müxtəlif zülallar vardır. Şirənin hazırlanması fasiləsiz bir prosesdir, onun toxum mayesinə qarışaraq xaric olması isə normal halda cinsi əlaqə zamanı eyakulyasiya ( boşalma ) anında olur.

     

    3. Cinsi gücün saxlanması.

    Xayalarda hazırlanan və əsas kişi cinsiyyət hormonu testosteron, məhz prostat vəzi hüceyrələrində daha yüksək androgen effektli bioloji aktiv madde olan dehidrodestosterona çevrilir. Beləliklə də prostat vəzi kişi cinsi statusunun, fəallığının idarə olunmasında, cinsi əlamətlərin formalaşmasında mühüm rol oynayır. Kişinin həm daxilən, həm də ailədə və cəmiyyətdə özünü kişi olaraq hiss etməsi, kişi statusunun, kişi nüfuzunun nümayişi və təsdiqi üçün vacibolan bir orqandır.

     

    Diqqət !

     

    Yuxarıda sadalanan proseslərin tənzimi, sperm kütləsinin tərkibinin formalaşmasında zəruri bütün kompanentlərin mövcudluğu və bununla da sonsuzluq, cinsi zəiflik , sidik ifrazının normal tənzimi prostat vəzin sağlamlığından çox asılıdır.

    Prostat vəzi, prostat haqqında, prostat vezi müalicə, prostat vəzi nədir

    androloq.az

     

    Prostat vəzin xəstəlikləri.

     

    Prostat vəzin üç əsas xəstəliyi daha geniş yayılmışdır :

     

    1. Xroniki prostatit ( prostat iltihabı – https://androloq.az/uslugi/xroniki-prostatit-mualicesi/ )
    2. Prostat vəzin adenoması ( yaxud prostat vəzin xoşxassəli hiperplaziyası https://androloq.az/uslugi/prostat-vezin-adenomasi/ )
    3. Prostat vəzin xərçəngi

     

    Prostat vəzin iltihabı prostatit adlanır. Prostatit haqqında heç yerdə eşitmədiklərinizi aşağıdakı məqalədə oxuya bilərsiniz.

    http://androloq.az/uslugi/xroniki-prostatit/

     

    Prostat vəzin kistası ( prostat kistası, prostatda kista ) barəsində ətraflı məlumatı aşağıdakı məqalədə oxuya bilərsiniz.

    http://androloq.az/uslugi/prostat-vezi-kistasi-prostatda-kista-prostatit-prostat-vezin-xestelikleri/

     

    Prostat vəzin adenoması ( prostat böyüməsi ) haqqında ətraflı məlumatı aşağıdakı məqalədə oxuya bilərsiniz.

    http://androloq.az/uslugi/prostat-vezin-adenomasi-prostat-boyumesi-uroloq-androloq-tur-emeliyyati-prostat/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər